BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan öz məqsədlərinə çatmaq üçün səmərəli şəkildə və əməkdaşlıq şəraitində çalışır

 Hazırda Azərbaycan özünün iqtisadi və enerji təhlükəsizliyini təmin edir. Bununla yanaşı, Azərbaycan qlobal enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində, həmçinin bu mövzuda aparılan müzakirələrdə çox fəal iştirak edir. Artıq Azərbaycan enerji istehsalçısı və ixracatçısı, eləcə də tranzit ölkəyə çevrilib. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin enerji resruslarının nə dərəcədə güclü olduğunu göstərir. Prezident İlham Əliyev 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında ölkəmizin təbii qaz ixracının artmasını rəqəmlərlə ifadə edib: “İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir”. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması dünya liderləri tərəfindən təqdir olunur. Bu o deməkdir ki, Avropa İttifaqı və burada təmsil olunan ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər.

 Göründüyü kimi, Azərbaycan qaz təchizatının arenasını Avropa bazarına qədər genişləndirib. İldən-ilə də təbii qazın ixracı artır. Bu, Azərbaycan üçün böyük uğurdur. Bütün bunlara baxmayaraq, Azərbaycan dayanmadan öz enerji potensialını gücləndirməyə çalşır. Bu məsələni Prezident İlham Əliyev çıxşında xüsusi olaraq qeyd edib: “Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”.

 Azərbaycanın qaz təchizatının artırmasında və dünya bazarına ixracında Cənub Qaz Dəhlizi mühüm əhəmiyyət kəsb edir. Məhz bu layihənin icrasından sonra Azərbaycan dünya enerji bazarına açılım etdi. Bu gün artıq Azərbaycan dünyada neft və qaz ixrac edən ölkə kimi tanınır. Cənab Prezidentin xatırlatdığı kimi Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq”, - deyə Prezident əlavə edib.

 Dünya iqtisadiyyatı yaşıl iqtisadiyyata keçid etməkdədir. Belə bir məqamda Azərbaycanla Avropa arasında yaşıl enerji dəhlizi yaradılır. Azərbaycan Avropanı, eyni zamanda bərpaolunan enerji ilə də təmin edəcək. Cənab Prezidentin sözləri ilə desək, Azərbaycan Avropaya yeni enerji körpüsü salır. Bərpaolunan enerjinin Avropaya nəqli ölkəmizə çox böyük iqtisadi divident qazandıracaq, eyni zamanda tərəfdaşlarımızın sayı çoxalacaq. Bu istiqamətdə Avropa ölkələri Azərbaycanla əməkdaşlığı inkişaf etdirilər. Azərbaycanın bərpaolunan enerji potensialını Prezident İlham Əliyev öz çıxşında belə qeyd edib: “Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır”. Artıq bir neçə qlobal enerji şirkətinin Azərbaycanda yaşıl enerjinin istehsalına yatırımlar etməsi üçün danışıqlar gedir. Əcnəbi şirkətlərin Azərbaycanın külək və günəş enerjisinin istehsalına sərmayə qoyması ixracın ötürmə gücünu daha da artıracaq. Azərbaycan öz məqsədlərinə çatmaq üçün səmərəli şəkildə və əməkdaşlıq şəraitində çalışır. Tərəfdaşlarından da bu fəaliyyəti gözləyir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Bütün xəbərlər