BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələrinə şair, publisist Manya Səxavətqızı “Vətən Fədailəri” trilogiyasını hədiyyə etdi.

 

Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi "Vətən Fədailəri" trilogiyasının I kitabı “Naxçıvan şəhidləri”, II kitabı “İmişli şəhidləri”, III kitabı “Şəki şəhidləri” adlanır.  

I kitabda məğrur Naxçıvanın qəhrəman şəhidlərinin ömür və döyüş yolundan söhbət gedir. 155 şəhidə həsr olunmuş kitabda Birinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanlarla yanaşı, müxtəlif illərdə Vətən uğrunda canından keçən, Azərbaycan ordusunun Qələbə qazandığı Aprel döyüşlərində, Fevral döyüşlərində şəhid olan və 44 günlük Vətən müharibəsi zamanı Zəfər tarixini yazan şəhidlərimizin qısa və şərəfli ömür yolları öz əksini tapıb.

 “İmişli şəhidləri” kitabında Birinci Qarabağ müharibəsində, atəşkəs rejimində, Aprel döyüşlərində və Vətən müharibəsində şəhid olan yüz şəhidin qəhrəmanlığından bəhs olunub. Kitabın hər səhifəsi bir qəhrəmanlığı tərənnüm edir.

 Burada İmişli torpağının 1990-cı illərdə öz yurd-yuvalarından didərgin düşən insanları bağrına basmasından, bu torpaqda böyüyüb boya-başa çatmış qəhrəmanlarla yanaşı 37 naməlum şəhidin  dəfn olunmasından məlumat verilir.

 “Şəki şəhidləri” adlanan III kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz haqqında  məlumatlar tarixə həkk olunur. Kitabda Birinci Qarabağ, Vətən müharibəsi və Aprel döyüşlərində şəhid olan Şəki rayonunun 99 şəhidinin həyatından, döyüş  şücayətlərindən bəhs edilir. “Zəfərin 44 anı” başlığı altında 44 günlük Vətən müharibəsində Şəkinin qəhrəman oğullarının göstərdiyi şücayətlərdən və azad olunan torpaqlardan danışılır.

Trilogiyada şəhidlərin şərəfli ömür və döyüş yolları ilə bərabər, onlara həsr olunmuş şeirlər də daxil edilmişdir.

Bundan başqa, Manya Səxavətqızı kitabxanalara şəhid Şahmar Quliyevə həsr olunmuş “Şahmarın eşq əsəri” və şəhid Toğrul Məmmədova həsr olunmuş “Qeyrət təcəssümü” kitablarını da hədiyyə etmişdir.   

Sözügedən kitablar tarix yazan şəhidlərimizi tarixə yazmaqla onların gələcək nəsillər tərəfindən tanımağına vasitəçi olur.

Trilogiya  və kitablarla oxucular Yasamal rayonunun  kitabxanalarında tanış ola bilərlər.

 b_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_yasamal.jpg

b_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_22222.jpg

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər