BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

18 May -  Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı günü” keçirilib. 
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, “Biz təşkilat olaraq “Suraxanı” gəmi muzeyi ilə əməkdaşlıq edərək eşitmə məhdudiyyətli şəxslərin muzeyə əlçatanlığını təmin etmişik. Bu baxımdan ilin hər bir günü eşitmə məhdudiyyəti olan hər bir kəs muzeyi ziyarət edərkən, muzeydə Jest dilində məlumat alma imkanı var. Hər zaman olduğu kimi bu gün Beynəlxalq Muzeylər Günündə birliyimizin eşitmə məhdudiyyətli şəxsləri də xüsusi diqqətdə saxlanılıb.  Peşəkar surdo-bələdçinin köməkliyi ilə həmin qrupdan olan uşaqlar üçün muzeyin ekspozisiya zallarına ekskursiyalar təşkil olunub. Bununla da, ASCO, o cümlədən gəmi-muzey  daha inklüziv mühitin yaradılmasına töhfə verərək, həssas qrupların cəmiyyətə sürətli inteqrasiyasını təmin etmək məqsədilə göstərdiyi təşəbbüs və səylərə sadiqliyini bir daha nümayiş etdirib. Belə ki, təşkilatımız bu gün iki qrup eşitmə məhdudiyyətli gənclərin ekskursiyasını təşkil etdi. Birinci qrup uşaqlar Sağlamlıq imkanları məhdud uşaqların 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün təşkil edilmişdi. Şagirdlərin asudə vaxtlarının səmırəli təşkili məqsədilə tışkil edilən muzey ekskursiyası, yaddaqalan oldu. Şagirdlırə muzey tərəfindən  ASCO-nun təşəbbüsü ilə nəşr olunan “Dənizçilik əlifbası” kitabı da hədiyyə edilib. Dünyada ilk tanker-muzeyinin eksponatları əsasında hazırlanan kitabda dənizçiliyə aid terminlər və onların izahları yer alıb. İkinci qrup isə təşkilatımızın gənc benefessarları üçün təşkil edilmişdi. Təşkilat olaraq məktəbi bitirən şagirdlər üçün də müxtəlif layihələr , informasiya xarakterli gəzinti və turlar təşkil edirik.  Bu cür mədəni-kütləvi tədbirlər, müxtəlif informasiyalar haqqında məlumatlar eşitmə məhdudiyyətli şəxslər üçün çox vacibdir. Ümumilikdə təşkilatımız tərəfindən bu gün əlli nəfər eşitmə məhdudiyyətli şəxs “Suraxanı” Gəmi Muzeyini ziyarət edərək , dünyada olan ilk tanker muzey haqqında məlumatlandılar. Muzeydə eşitmə məhdudiyyəti olan şəxslərin informasiyaya əlçatanlığının təmin edilməsi məqsədilə yaradılan şəraitə görə ASCO şirkətinə, “Suraxanı” Gəmi Muzey rəhbərliyinə, muzey bələdçimiz Firuzə xanıma, Jest dili bələdçimiz Nərgiz Abdulovaya xüsusi təşəkkür bildiririk”


Bütün bunlarla bərabər, tədbirdə təbiətə həssas münasibətin vacibliyi də ön planda olub. Dəniz canlılarını yemləmək məqsədilə “Suraxanı”nın göyərtəsində xüsusi dəmir yeşiklərdə qidalar qoyulub və onları yemləmək üçün ziyarətçilərə çağırış edilib. “Yem ver, yaşat” devizi ilə edilən bu çağırışa hər kəs böyük həvəslə qoşulub.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər