BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Səbuhi Zamanın “Adamin Dibi” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda ölkəmizin ictimai-siyasi, incəsənət xadimləri, millət vəkilləri, Türkiyə və Azərbaycanın tanınmış iş adamları, ədəbiyyatsevərlər, şairlər, yazıçılar, KİV və QHT nümayəndələri iştirak ediblər.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir “Ümid yeri” Uşaq Sığınacağına dəstək məqsədilə təşkil olunub.

Kitabda Səbuhi Zamanın duyğuları, düşüncələri yer alıb. Müəllifin şeirlərində, insanın daxili aləmi, cəmiyyətin sosial və mənəvi həyatı ilə bağlı fəlsəfi fikirlər öz əksini tapıb. “Adamin Dibi”ndə müasir Azərbaycan cəmiyyətinin əxlaqi, mənəvi keyfiyyətləri və insanın daxili mübarizəsi kimi mövzular geniş işıqlandırılıb. Səbuhi Zaman özünün fəlsəfi yanaşmaları və realizm təəssüratı ilə, insanlara  düşüncələrini yenidən qurmağa, onlara yeni perspektivlər təqdim etməyə çalışıb. Müəllifin özünəməxsus dil üslubu və dərin mənalı şeirləri hər kəsi fikirləri üzərinə cəmləyə bilir.
Rəngarəng poeziya gecəsində müəllif çıxış edərək qonaqlara təşəkkürünü bildirib. O, özünəməxsus ifa tərzi ilə şeirlər səsləndirərək ədəbiyyatsevərləri təsirləndirib. 
Çıxış edən ziyalılar, millət vəkilləri kitabın əhəmiyyətindən və müəllifin əsərinə qoyduğu mənəvi dəyərdən bəhs ediblər.

Tədbirdə uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən "Snerjipro" şirkətinin prezidenti tanınmış türk iş adamı Ufuk Aydın səhnəyə dəvət alıb. O, Səbuhi Zamanın yaradıcılıq üslubunun orjinallığından danışıb və şeir səsləndirib. Baş sponsor olaraq belə layihələrə dəstək göstərməkdən məmnunluq ifadə edib.
Tədbirdə, həmçinin şairlər, qiraətçilər “Adamın dibi” kitabından şeirlər səsləndiriblər. Tanınmış müğənilərin ifasında lirik mahnılar dinlənilib.
Sonra “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri  Səbuhi Zaman kitabın ərsəyə gəlməsi ilə mədəniyyətin inkişafına və təbliğinə dəstək olan ziyalılara, iş adamlarına mükafat təqdim edib. 
Sonda tədbir iştirakçıları müəllifin imzalı kitabını əldə ediblər, onunla xatirə fotoları çəkdiriblər. 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər