BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi  Ağdaş və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanalarının təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində və Zərdab rayon Heydər Əliyev Mərkəzində uşaq yazıçısı, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova ilə görüşlər keçirildi. Balaca oxucular sevimli Gülzar nənələrini alqışlarla qarşıladılar. Tədbir iştirakçılarına uşaq yazıçısı, şair Gülzar İbrahimovanın yaradıcılığı və yeni əsərləri haqqında məlumat verildi. Qeyd olundu ki, G.İbrahimova bütün həyatını, yaradıcılığını uşaqlara həsr edir, heç bir uşağı unudub kənarda qoymur, uşaqlara diqqət yetirərək onların qəlblərini sevindirir və üzlərini güldürərək sehrli nağıllar aləminə apararaq onların dünyagörüşünü artırır.  Ağdaş rayon  MKS-nin direktoru v.m.i.e. Sevgili İbrahimova və Zərdab rayon  MKS-nin direktoru  Nailə Əliyeva qonağı salamladılar və vurğuladılar ki, belə görüşlərin keçirilməsi  vacib və zəruridir. Uşaqlar Gülzar İbrahimovanın  əsərlərindən kompozisiya və səhnəciklər göstərdilər. Yazıçının Vətənə, torpaqa, şəhidlərə, anaya, bayrağa həsr olunmuş şeirlərini söylədilər, onun sözlərinə yazılmış mahnılar, rəqslər ifa etdilər. G.İbrahimovanın uşaqlar tərəfindən səhnələşdirilmiş “Vəfalı dostlarla sehrli cinin nağılı”, “Tənbəl  dovşan” və b. nağıllar uşaqların alqışlarına səbəb oldu. Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşı, gənc yazar Leyla Yaşarın da çıxışı maraqla qarşılandı. O, yazıçıya səmimi görüşlərə görə təşəkkür etdi və ona  yaradıcılıq uğurları arzuladı.  Görüşdə iştirak edən Aylin Xəlilli yazdığı “Dələnin nağılı”nı səsləndirdi, Zeynəb Bağırova “Sülhə salam” şerini musiqi ilə ifa etdi. Onların hər ikisi Gülzar İbrahimovadan xüsusi hədiyyə aldılar.  Zərdablı oxucular “Qədim Azərbaycan” krossvordunda iştirak edərək “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin “Qızıl açar” Diplomuna layiq görüldülər. Yazıçı 11 №-li Ağdaş şəhər Körpələr Evi-Uşaq Bağçasına da dəvət olundu, orada körpə fidanlarla səmimi görüş keçirdi və onlara “Cücənin nağılı”nı danışdı, fillər haqqında nağılını səhnəcik şəklində göstərdi. O, "Bağçamız", "Ana dilim", "Sağol ey Vətən!" mahnılarını uşaqlarla birgə ifa etdi, uşaqlar arasında tapmaca müsabiqəsi keçirdi. Qaliblərə hədiyyələr, bağçaya isə kitablar hədiyyə etdi.  Yazıçı Gülzar İbrahimova uşaqlara yeni yazdığı şeirlərini söylədi, onlara maraqlı hədiyyələr verdi.  Ağdaş rayon Heydər Əliyev Mərkəzində G.İbrahimovanın yaradıcılığına həsr olunmuş kitabxanaçılar tərəfindən hazırlanmış videoçarx nümayiş olundu. Görüşlərdə fəal oxucular, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar, müəllim və valideynlər, Ağdaş və Zərdab rayon MKS-nin əməkdaşları iştirak etdilər. Görüşdən sonra yazıçı Ağdaş və Zərdab rayon Mərkəzi Kitabxanalarının Uşaq şöbəsində oldu, çoxsaylı kitablarını kitabxanalara hədiyyə etdi.  

      

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər