BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Tarixi abidələrimiz qorunmalıdır. Amma hər gün mediada və sosial şəbəkələrdə tarixi abidələrimizin baxımsızlıqdan məhv olduğuna dair məlumatlar paylaşılır.  Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Qəbələdə də tarixi abidələrin bir çoxu baxımsızlıqdan məhv olur və yaxud məmurların biganəliyindən yaşı yüzillərlə ölçülən tarixi abidələr zibilliyə çevrilir.

Qəbələnin Həzrə kəndi də tarixi abidələrin məskənidir. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr “ocaq, pir” deməkdir.

Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında “Qalayeri” kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.

Amma bu abidələr baxımsızlıqdan məhv olur.

Həyacan təbilini isə Qəbələyə səfər edən ictimai fəal Ramil Əliyev qaldırıb. İctimai fəal bildirib ki, tarixi abidələri qorumağa borclu olan Mədəniyyət Nazirliyi nədənsə bu abidələri görmür.

“Tarixi abidələr millətin tarixini, keçmişini əks etdirir.Orada babalarımızın ruhu gəzir. Millətin qan yaddaşıdır bu abidələr. Onları qorumaq və gələcək nəsillərə çatdırmaq hamımızın müqəddəs işimiz olmalıdır. Hər dəfə bir rayona gedəndə uçurulmuş, dağıdılmış tarixi abidələri görəndə qəlbim qan ağlayır. Qəbələdə belə tarixi abidələr tamamilə dağıdılır. Bəzi abidələr isə gözdən – könüldən uzaq olduğöu üçün baxımsızlıqdan darmadağın olur. Mədəniyyət Nazirliyi bu abidələrin üzərinə qorunması ilə bağlı lövhə vursa da, burada abidələrin baxımsızlığı göz önündədir. Bu abidələr millətin namus məsələsidir.” -deyə Ramil Əliyev bildirib.

İctimai fəal qeyd edib ki, tarixi abidələr baxımsızlıqdan tamamilə məhv olub.

“Bu məsələdə abidələrə cavabdeh qurumların böyük günahı var. Bu abidələri qorumalı olan Mədəniyyət Nazirliyinin səlahiyyətləri yəqin ki, bu abidələrə baxmaq üçün yox, burada kabab yemək üçün gəlirlər. Çünki abidələrin baxımsızlığı və dağıdılması göz önündədir. Təsəvvür edin ki, bir insan babalarından, nənələrindən qalan bir qiymətli əşyanı göz babəyi kimi qoruyur. Amma bu sevgini onun tarixi abidəyə münasibətində görmürük. Bəli, dağıdılır, tari-mar edilir abidlərimiz. İldən-ilə dünya əhəmiyyətli, ölkə əhəmiyyətli, regional əhəmiyyətli tarixi abidələrimiz yoxa çıxır.” -deyə Ramil Əliyev bildirib.

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər