BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihənin icra edəcək.
Layihə ilə bağlı fikirlərini bizimlə bölüşən təşkilatın sədri Ramiz Alıyev öncə layinənin məqsədi barədə məlumat verdi.

Layihənin əsas məqsədinin hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaq olduğunu deyən həmsöhbətimiz problemin aktuallığından bəhs etdi.
“İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birbaşa həlli mümkün deyil. Səbəb də odur ki, zaman kerçdikcə bu istiqamətdə fəaliyyət göstərən qruplar öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Həm cinsi, həm də məcburi əmək xidmətləri ilə bağlı edilən “xüsusi” təkliflər insanların asanlıqla insan alveri qurbanına çevrilməsinə şərait yaradır. Bu baxımdan insan alverinə qarşı mübarizə sahəsində davamlı maarifləndirmə işinin həyata keçirilməsi labüddür. Bu həm qəbul olunan Dövlət Proqramının icrasına, həm də Azərbaycanın bu istiqamətdə qoşulduğu beynəlxalq Konvensiyaların yerinə yetirilməsində müsbət nəticələrin əldə olmasına rəvac verəcək”.
R.Alıyev qeyd etdi ki, insan alveri geniş sferada özünü göstərməkdədir: “Son zamanlar insan alverində əməyin istismarı və aldadıcı təkliflərlə insan alveri qurbanı olanların sayı artmaqdadır. Təşkilatımızın həm İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi saytında, eyni zamanda sosial şəbəkələrdə apardığı araşdırmalar zamanı məlum olub ki, son zamanlarda xaricdə təhsil adı altında insanlar aldadılır və asanlıqla qurbana çevrilirlər. Bu istiqamətdə təşkilata 2024-cü ildə edilən müraciətlərdən belə aydın olur ki, xaricdə cəlbedici Ali Təhsil imkanları təklif edən “işbazlar”ın əsas məqsədi qurbanları asanlıqla ələ almaq, onlardan istifadə etməkdir. Biz insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçiririk. Bu istiqamətdə keçirdiyimiz görüşlər əsnasında deyə bilərik ki, aidiyyatı qurumlarla yanaşı vətəndaş cəmiyyətinin imkanlarından istifadə vacibdir. Bu baxımdan təşkilat olaraq insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbirlərinin təşkili istiqamətində növbəti layihə keçirməyə qərar verdik”.
Təşkilat sədrinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının illik məruzəsinə əsasən, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir: “İnsan alveri qurbanlarının sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. “Milli Fəaliyyət Planı”nda da göstərilib ki, vətəndaş cəmiyyəti bu sahədə maarifləndirmə tədbirlərini daha genişləndirməlidir. Daxili İşlər Nazirliyi, bu sahədə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları, bölgələr üzrə fəaliyyət göstərən sosial işçilər, kütləvi informasiya vasitələri insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə işlərində ən vacib və aparıcı qüvvələrdir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında birgə fəaliyyət göstərirlər”.
R.Alıyev sonda qeyd etdi ki, layihə çərçivəsində 7 dəqiqəlik qısametrajlı film çəkiləcək: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, Daxili İşlər Nazirliyinin isə təşkilati dəstəyi ilə ərsəyə gələcək filmin Bakı və Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələr üzrə geniş şəkildə yayımı reallaşdırılacaq. Çəkilən qısametrajlı film televizya kanallarına da təqdim olunacaq. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı bu günə qədər bu səpkidən olan bir neçə filmin, serialın müəllifidir. Biz filmlərimizdə insan alveri qurbanlarının acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdiririk. Dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi bütün dünya ölkələrində polislərə nümunə göstərilir. Polisi və digər hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir ki, ölkədə sabitlik hökm sürür. Azərbaycan polisi bütün dönəmlərdə dövlətinə, xalqına sədaqətlə xidmət edib, hər bir çətinlikdə öz ali rəhbərinin yanında olub. Son illərdə istər pandemiya zamanı, istərsə də Vətən müharibəsi vaxtı Azərbaycan polisi böyük sınaqlardan üzüağ çıxdı. Düzdü, həmin vaxtı polisə qarşı qarayaxma kampaniyaları aparanlar oldu, elə indi də var. Əlbətdə ki, onların mənfur məqsədi məlumdur.
Hesab edirəm ki, biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq heç bir zaman imkan verə bilmərik ki, ictimai-əsayişimizi qoruyan, sabitliyimizi təmin edən polis orqanlarına kimlərsə ləkə vursun. Son 5 ildə mən, xüsusilə, deyə bilərəm ki, cəmiyyətimizdə gənclərimizin polis sisteminə marağı daha da artıb. Buna səbəb kimi polis orqanlarına yeni qatılan gənclərin həm xarici görünüşü, fiziki sağlamlığı eyni zamanda polisin cinayətkarlara qarşı apardığı qətiyyətli mübarizə dayanır. Daxili işləri naziri general-polkovnik cənab Vilayət Eyvazovun demək olar ki, hər ay Bakıda və bölgələrdə polis sıralarına qoşulmaq istəyən gəncləri şəxsən seçməsi isə həmin gənclərdə ruh yüksəkliyi yaradır.”

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər