BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Tanınmış uşaq yazıçısı, AYB və AJB-nin üzvü, H.B.Zərdabi mükafatçısı, Prezident təqaüdçüsü, Gülzar İbrahimova Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin kitabxanalarının  oxucuları ilə görüşüb. Görüşlər Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilib.

Goranboy rayon Mədəniyyət Mərkəzinin foyesində Gülzar İbrahimovanın kitablarından ibarət “Uşaq yazıçısı Gülzar İbrahimovanın yaradıcılığı” adlı sərgiyə baxış keçirildi.

Tədbiri giriş sözü ilə Gülzar xanım açaraq tədbir iştirakçılarını salamladı və göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş məktəblilər arasında “Nəsillərə örnək şəxsiyyət” adlı  inşa müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim olundu.

Məktəblilərin, fəal oxucuların ifasında Gülzar İbrahimovanın “Oğul dedi mənə Vətən”, “Sülh nəğməsi” , “Gülzar nənə, nağıl danış”, “Türkiyə Azərbaycan”, “Yay” şeirləri”, “Azərbaycan dilimdir”,  “Sağ ol, ey Vətən”, “Bağçamız”, “Gizlənpaç”  mahnıları səsləndirildi. Fəal oxuculardan ibarət teatr qrupu “Mən zəfərlə qayıtdım, ana” adlı pyes səhnələşdirildi.
Aparıcının ifasında “Ağlamaq yaraşmır Azərbaycana!” şeiri səsləndirildi.

Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 1 №-li məktəb-liseyin, Sərhəddin Əliyev adına 2 №-li məktəbin, Qarayeri qəsəbə 2 №-li məktəbin, Burunqovaq kənd tam orta məktəbin, Sarıqaya kənd tam orta məktəbin, Qiyaslı kənd tam orta məktəbin, Hacıalılı, Qovlarsarı, Qarabağlar, Sərkar kənd tam orta məktəbin, Ziyadlı kənd tam orta məktəbin müəllim və şagirdləri, 6 №-li Körpələr evi-uşaq bağçasının körpə fidanları, valideynlər, fəal oxucular və kitabxana əməkdaşları iştirak etdilər.

Tədbiri giriş sözü ilə Gülzar İbrahimova açaraq tədbir iştirakçılarını salamladı və göstərilən diqqətə görə təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Gülzar İbrahimovanın şeirləri, mahnıları, kitabları uşaqlar tərəfindən sevilərək oxunur və qeyd etdilər ki, yazıçının kitablarına tələbat və maraq var.
         Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində keçirilən görüşdə M.Əzizbəyov adına 15 №-li, N.Nərimanov adına 25 №-li, 26 №-li, Fizika-riyaziyyat və informatika təmayüllü məktəbin, 4 №-li uşaq evinin və Happy-Kids Uşaq Tədris İnkişaf Mərkəzinin müəllim və şagirdləri, kitabxananın əməkdaşları, valideynlər iştirak etdilər.

Yazıçı bütün iştirakçıları salamlayaraq, onlara xoş arzularını bildirdi. Tədbirdə yazıçıya həsr olunmuş “Uşaq ədəbiyyatının gür çeşməsi  – Gülzar İbrahimova” adlı videoçarx nümayiş olundu. Məktəblilərin ifasında müəllifin bayrağa, Vətənə, anaya, sülhə həsr olunmuş şeirləri səsləndi. “Mən Zəfərlə qayıtdım” pyesindən səhnə, “Anamın portreti” mənsur şeirdindən kompozisiya, “Ayı və dovşan” nağılından səhnəcik tədbiri rəngarəng etdi. Yazıçı uşaqlara yeni şeirlərini söylədi və onların verdiyi sualları cavablandırdı. Sonda yazıçının kitablarından ibarət sərgiyə baxış keçirildi və yazıçı uşaqlara hədiyyələr təqdim etdi.

Göygöl rayon Heydər Əliyev Mərkəzinin  girişində yazıçının kitablarından ibarət sərgiyə baxış keçirildi.  

Tədbiri Göygöl rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova açaraq, qonaqları salamladı. Tədbirdə Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin və Xaqani kənd Musiqi Məktəbinin şagirdləri yazıçının sözlərinə bəstələnmiş mahnılar oxudular, şəhər 4 №-li orta məktəbin, TTT liseyin, Yeni Qızılca kənd orta məktəbinin şagirdləri yazıçının təqdim etdiyi krossvordlar işlədilər, şeirlər söylədilər və səhnəcik göstərdilər. 4 №-li orta məktəbin şagirdləri Gülzar xanımın nağıllarına həsr olunmuş rəsm albomunu yazıçıya təqdim etdilər. 

Tədbirlərdə G.İbrahimovaya həsr olunmuş videoçarxlar nümayiş olundu, viktorinalar və öyrədici krossvordlar keçirildi, yazıçı tərəfindən qaliblərə diplom,  hədiyyə və suvenirlər təqdim edildi.

Görüşlərdə şagirdlər, valideynlər, fəal oxucular, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdirlər. 

 

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər