BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” və “Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində şair, publisist, tərcüməçi Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir təşkil etdi.                                                         
Tədbir iştirakçıları Böyük Qələbəni, tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad etdilər.                                                                                        
Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova şairin yubileyinin xalqımızın tarixi bayramlarından biri 15 iyun Milli Qurtuluş Gününə təsadüf etdiyini bildirdi. O qeyd etdi ki, 32 il öncə xalqımız nə qədər doğru qərar verdiyi ilə bu gün fəxr edir. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı və qarantı kimi yazıldı. Azərbaycan xalqı Ulu Öndərin böyüklüyünü və dahiliyini bir daha gördü. Fəxr edirik ki, 1993-cü ildə Milli Qurtuluşumuz gerçəkləşmiş, 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, 2023-cü ildə isə suverenliyimiz tam təmin olunmuşdur. 
Sonra Lətifə Məmmədova Vaqif Bəhmənlinin yaradıcılığı və yeni nəşr olunmuş kitabları haqqında məlumat verdi.
 Əməkdar jurnalist, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli çıxış edərək qeyd etdi ki, poeziyamızın parlaq simaları – Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı sırasında Vaqif Bəhmənli də var. Vaqif Bəhmənli yaradıcılığında insanın hiss və duyğularını ifadə edən ən gözəl şairlərimizdəndir. Onun şeirlərində insan düşüncəsi, insanı yaşadan hisslər var. “Bir şair ki, Allahın ətəyindən yapışmaq üçün sözdən nərdivan düzəldir, bütün dünyanı gözəl görür və onu beynində yaradaraq şeirlərində ifadə edir, bizim düşüncə tərzimizi genişləndirir, əlbəttə ki, bu fövqəladə bir istedaddır. O yaradıcılığında səmimidir, dürüstdür, insanlara əxlaq aşılayandır, insana ən gözəl duyğuları yaşadandır. Azərbaycan poeziyasını kərpic daşları ilə quran şairdir”, – deyərək Q.Məhərrəmli sözünü yekunlaşdırdı. 
Yazıçı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülnur Aslan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini vurğuladı. O çıxışında bildirdi ki, Vaqif Bəhmənlinin sənətindəki səmimiyyət bizə sözə, düşüncəyə sədaqəti göstərir. Gənc yazıçı qeyd etdi ki, şair yaradıcılığı ilə insanların fikirlərinə işıq saçır, onları ilhamlandırır və maarifləndirir. G.Aslan qeyd etdi ki, ədəbiyyatçı olmaq bir qədər asan olsa da, şair olmaq çətindir və şairə yaradıcılıq uğurları arzuladı.               Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu vurğuladı ki, Vaqif Bəhmənli Azərbaycan poeziyasının çox məhsuldar, sözünə kifayət qədər dəyər verən bir şairdir. O, şairin uşaqlarla bağlı və gənclərə ünvanlandırdığı səmimi şeirlərindən danışdı.                      
Filologiya elmləri doktoru, yazıçı-publisist Esmira Fuad çıxışında Vaqif Bəhmənlini sözü seçən, milli koloritdən istifadə edən və doğulduğu Böyük Bəhmənli kəndinin obrazını yaradan, kəndin məsləklərini poeziyaya çevirən qələm ustası olduğunu vurğuladı. Şair yaşadığı acıları və sevincləri yaradıcılığına gətirdiyini, Azərbaycan dilində dialekt sözlərinə üstünlük verdiyindən danışdı.                                                     
Şair Ağacəfər Həsənli Vaqif Bəhmənli şeirlərində sözü seçə-seçə, qəlbinin, canının qanı ilə qələmə içirdə-içirdə yazdığını dedi.                       Uşaq yazıçısı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova Vaqif Bəhmənli ilə bağlı xatirələri ilə bölüşdü və şairin yaradıcılığının maraqlı anlarına müraciət etdi. 
Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyeva çıxış edərək bildirdi ki, biz mənəvi cəhətdən belə ziyalılarımız üçün acıq. O qeyd etdi ki, Norveçdəki Azərbaycan Evinə bizim ziyalılarımız, mədəniyyət xadimlərimiz gəlir, onların hər gəlişi bizim üçün bayramdır, onların təkcə poeziyasını deyil, sözünü, danışığını dinləməkdən doymuruq, çünki biz onlardan öyrənirik və bundan sonra da öyrənəcəyik. “Sizin hədiyyə etdiyiniz bu kitabları məktəbdə uşaqlarla birgə oxuyacayıq eyni zamanda sizin kitablarınız Oslodakı Azərbaycan Evinin kitabxanasında yer alacaq”, – G.Əliyeva dedi.
Tədbirdə iştirak edən dosent, şair Oqtay Abbasov, şair Tofiq Nurəli və Nərgiz Cabbarlı çıxışlarında Vaqif Bəhmənlinin Azərbaycan ədəbiyyatının zənginləşməsinə və inkişafina töhvələr vermiş bir sənətkar olduğunu, həm bədii, həm də publisistik sahələrdəki əsərləri ilə ədəbiyyatımızın qiymətli incilərindən biri olduğunu bildirdilər.                                                            
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Vaqif Bəhmənlini 70 illik yubileyi münasibətilə təbrik etdi və ona həsr etdiyi “Sən xalqının şairisən” şeirini söylədi.
Vaqif Bəhmənlinin həyat yoldaşı yazıçı Rəhilə Gülgün tədbir iştirakçılarına ürək sözlərini söylədi və şairlə qürur duyduğunu bildirdi.                      Yubiley tədbirində Vaqif Bəhmənli Vətənə, dünyasını dəyişmiş valideynlərinə, müasir problemlərə həsr etdiyi şeirlərini söylədi, tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi. 
Yubilyar şairə və Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim edildi.
Tədbirin bədii hissəsində 225 №-li tam orta məktəbin şagirdləri, bir sıra müsabiqələrin laureatları, kitabxananın fəal oxucuları Aylin Rüstəmli, Nəzrin Əzimli, Südabə Səfərli, 147 №-li Texniki-Humanitar Liseyin şagirdləri Əziz Məmmədli, Fatimə Məmmədli, Rais Adıyev, Azər Hüseynov, Murad Səidli, Ağarafiq Mustafazadə, Şəhla İbrahimova, 20 №-li məktəbin şağirdləri Şəfiqə Əliyeva, Ayşən Əliyeva şair Vaqif Bəhmənlinin şeirlərini söylədilər.                                   
 Muğam ustası, xanəndə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova və Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə, Mətin Cəfərov Qarabağa, Vətənə həsr olunmuş mahnı və muğamlar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşaiyət etdilər.
Müəllif tədbir iştirakçılarına yeni nəşr olunmuş kitablarını hədiyyə etdi. 
Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.               
Yubiley gecəsində şair və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət nümayəndələri KİV nümayəndələri iştirak etdilər.
Tədbirdə Milli Qurtuluş Gününə və şairin 70 illik yubileyinə həsr olunmuş videoçarxlar izlənildi. Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib: 
//www.youtube.com/watch?v=tNLjt4Xyzf0&t=5s
//www.youtube.com/watch?v=fdLCToJjK_0&t=6s

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər