BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirdi. Tədbirdə Türkiyə və Norveçdən gələn şairlər də iştirak etdi. Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O çıxışında qeyd etdi ki, 2025-ci il bayramlar ilidir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. L.Məmmədova qeyd etdi ki, vətənpərvər şairimiz Bəxtiyar Vahabzadənin yubileyi təntənəli, bayram şəraitində keçir. Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalamışdır. O qeyd etdi ki, şairin yubileyi ilə əlaqədar MKS-də silsilə tədbirlər həyata keçirilir. Mərkəzi Kitabxanada inşa, esse və şeir müsabiqələri təşkil olunmuşdur. Filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin mütəxəssisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuad qeyd etdi ki, Bəxtiyar Vahabzadə bütün türk dünyasının şairidir. Bəxtiyar Vahabzadə yaradıcılığına türkçülüyü gətirirdi. Təsadüfi deyil ki, “Gülüstan” poeması dillərdə əzbər olmuşdur. O özü də etiraf edirdi ki, mən istədiyim zaman sözümü deyə bilmişəm. Bəxtiyar Vahabzadə təbiət, humanistlik, sevgi şairi idi.

Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki, Bəxtiyar Vahabzadə bir filosof idi. “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında Bəxtiyar Vahabzadəni tədris edirəm. Şairin 90 illik yubileyi qeyd olunan zaman mən elmi məqalə ilə çıxış etmişdim. Və artıq 100 illik yubileyi ilə əlaqədar Şəkidə keçiriləcək simpoizumda çıxış edəcəm”. O, Bəxtiyar Vahabzadə haqqında duyğularını dilə gətirən yazı ilə tədbir iştirakçılarını tanış etdi. Y.İsmayılova çıxışını şairin şeirləri ilə yekunlaşdırdı.

Yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadə çıxışında Bəxtiyar Vahabzadənin böyük şair olduğunu vurğuladı. “Azərbaycanın ağrılı-acılı günlərində radioda Bəxtiyar Vahabzadənin və Mirzə Xəzərin səsi gəlirdi. B.Vahabzadə öz dövründə bütün şairlərə yüksək qiymət verirdi. Bəxtiyar Vahabzadə yaradıcılığını oxuyanda hər bir söz hədəfə dəyir”. R.Mirzəzadə tarixçi alim Lev Qumilyovun Bəxtiyar Vahabzadə yaradıcılığına verdiyi rəy və yüksək qiymət haqqında danışdı.

Tükiyənin tanıınmış şairi, hekayə və roman yazarı Selvigül Şahin çıxışına qələmə aldığı şeiri ilə başladı. O, B.Vahabzadə haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, böyük şairlər ölmürlər, özlərindən sonra yetişən şairlərə örnək olur, əsərlərini miras qoyurlar.

Türkiyədən gələn qonaq, tanınmış yazıçı Suheyla Karaca çıxışına “Azərbaycan-Türkiyə” şeirini söyləməklə başladı. O, Azərbaycan xalqının sənətçi ruhuna aşiq olduğunu bildirdi. Ədəbi-bədii gecədə şeir söyləyən uşaqların içində milli ruhu görəndə xoşbəxt olduğunu bildirdi. “B.Vahabzadə təkcə öz millətinin yox, bütün türk dünyasının şairi idi”, – deyə çıxışını yekunlaşdırdı.

Osloda Azərbaycan Məktəbinin koordinatoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Günay Əliyeva çıxışında qeyd etdi ki, Bəxtiyar Vahabzadə bizim üçün bir məktəbdir. Biz onun hər misrasından nəsə öyrənirik. O, B.Vahabzadənin “Kitab” şeirini söylədi.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva tədbirə dəvətə görə təşəkkürünü bildirdi. O, B.Vahabzadə yaradıcılığı haqqında fikirlərini bölüşdü. X.Əfəndiyeva tələbə vaxtı şairə portret hədiyyə etməsindən danışdı. Bildirdi ki, B.Vahabzadə ona “mənim şəklimi yox, taleyimi çəkmisiniz” cavabını vermişdir.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova Ulu Öndərin adını daşıyan Mərkəzdə ədəbi-bədii gecələrin təşkilinə görə L.Məmmədovaya öz təşəkkürünü bildirdi. N.Ömərova çıxışında Bəxtiyar Vahabzadənin bütün türk dünyasının şairi, Vətəninə bağlı bir şair olduğunu vurğuladı. O, Ümummilli Lider Heydər Əliyevin B.Vahabzadə xəstəxanada olarkən onu ziyarət etməsi və onların dialoqlarından tədbir iştirakçılarına məlumat verdi və qeyd etdi ki, mərkəzimizin fondunda Xalq şairinə aid lent yazıları da vardır.

Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Türkiyədən qonaq gələn yazarlara həsr etdiyi şeirini, şair Aytəkin Mehmanqızı, 225 №-li tam orta məktəbin direktor müavini Zenfira Nusalova B.Vahabzadənin şeirlərini səsləndirdilər. Tədbir iştirakçılarından İlahəxanım Rəşidova Xavər Xəlilinin şeirini, 128 №-li tam orta məktəbin 1-ci sinif şagirdi Tunay Həsənov “Azərbaycan-Türkiyə” şeirini söylədi.

Esse, inşa və şeir müsabiqələrinin qalibləri Nəzakət Cəfərliyə, Davud Orucluya, İlahə Quluzadəyə, Şahhüseyn İbrahimova, şeir müsabiqəsinin qalibləri Allahverdi Ramazanova, Azərin Quliyevaya, Şücayət Kərimzadəyə, Züleyxa Xudiyevaya, Heydər Əliyevə, Fateh Qədirova diplom və təşəkkürnamələr təqdim edildi.

Tədbirin bədii hissəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, muğam ustası, xanəndə Maya Cəbrayılova “Çanaqqala Müzəffər” və “Nədən oldu”, Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin şagirdləri “Tar-kamanım gəl, gəl”, “Heydərbabaya salam”, “Azərbaycanım” mahnılarını və muğamlar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşayiət edirdi.

Türkiyədən təşrif buyuran dəyərli və hörmətli yazarlar – Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını sevən, onu təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olundu. Azərbaycan muğamını, xalq musiqilərini peşəkar səviyyədə təbliğ etdiklərinə görə Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin müəllimləri – kamança ifaçısı Lalə Əfəndiyeva, tarzən Famil Məmmədov, qaval ifaçısı Əziz Mənsimli və tanınmış kamança ifaçısı Xətayə Cəfərova, sözügedən musiqi məktəbinin şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə və Mətin Cəfərov xalq musiqilərini gözəl ifa etdiklərinə görə təşəkkürnamələrlə təltif olundu.

Yubiley tədbirində alimlər, şair və yazıçılar, KİV nümayəndələri, ziyalılar və geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə  həsr olunmuş videoçarx nümayiş olundu. Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilmişdir:

//www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=54s

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər