BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında Yasamal rayon 225 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, yazıçı, şair, məktəbin nəzdində Kiçik Akademiyanın rəhbəri Zenfira Nusalovanın “Xəyallardan gerçəkliyə”, “Səndə gözəlsən həyat”, “Aforizmlər” kitablarının təqdimatını keçirdi.                     
    Tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.                                                                         
    Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, Zenfira Nusalova tanınmış və istedadlı müəllim, peşəsini və şagirdlərini çox sevən insandır. Öz peşəsinin vurğunu olmaqla yanaşı gələcək nəslin əsl vətəndaş kimi yetişdirilməsində onun rolu danılmazdır. Zenfira Nusalova üç kitabın müəllifidir. ”Səndə gözəlləşən həyat” kitabının layihə rəhbəri millət vəkili, mədəniyyətə çox böyük dəyər verən şəxsiyyət  Cavanşir Feyziyevdir. O bildirdi ki, Cavanşir müəllimin rəhbərliyi ilə həyata keçirilən layihələr əsasında nəşr olunan kitablar oxucuların masaüstü kitablarına çevrilib. Lətifə Məmmədova  yazıçıya Mərkəzi Kitabxananın Fəxri oxucu Diplomunu təqdim etdi.                                                                                     
    Kitabın redaktoru, şair-publisist, Prezident mükafatçısı Nəçibə İlkin çıxış edərək bildirdi ki, Zenfira xanım yazdığı elmi-fəlsəfi kitablarıyla bir çox insanların həyatında  böyük dönüş etdi. Yazıçı demək istəyir ki, hər bir insan kim olduğunu, nə demək istədiyini və harda olduğunu bilməli və bilərək də bu həyatı yaşamalıdır. Yazıçı mənəvi azadlığı hər şeydən üstün tutur, həyatı bizə yenidən anladır, özgüvənimizdən, həyata olan bağlılığımızdan söz açaraq, həyatı bizə o qədər gözəl təsəvvür edir ki, bəzən həyatdan aldığımız zərbələri də unuduruq. Müəllif şagirdlərə savad öyrətməklə yanaşı onları şəxsiyyət kimi yetişdirir. 
    Milli Məclisin deputatı Vuqar İsgəndərov vurğuladı ki, dünyanın xaotik və gərgin bir zamanında bu cür  kitablar bizi özümüzə qaytarır. Müəllifin fəlsəfi düşüncələri oxucunu özünə cəlb edir. İnsan hər anının, dəqiqəsinin, saatının, gününün fərqində olmalıdır. Kitab oxucunu özünü dərk etməyə, özünü görməyə çağırır. Zenfira xanım təhsil verməklə yanaşı, şəxsiyyət də yetişdirir. Bu dövlətçiliyimizin möhkəmlənməsi üçün çox vacibdir. 
    Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Zenfira Nusalovanı təbrik etdi və ona həsr etdiyi “Xəyalların gerçək olsun” şeirini söylədi.                                                                            
    Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor, Əməkdar müəllim Elçin İsgəndərzadə çıxışında kitab dünyasından söz açdı. O, müəllifin  kitablarından sitatlar gətirərək valideynlərinə minnətdarlığını bildirdi. 
    Filologiya elmləri doktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuad qeyd etdi ki, şagirdlərə özündə olan özəllikləri ötürmək özü dəyərdir. Müəllim xüsusi bir varlıqdır, bizi düşündürür, həyatı öyrədir. “İnsan olmağı öyrədəndir müəllim və mən Zenfira xanımın timsalında onu gördüm. Müəllif fəlsəfi düşüncələr sahibidir”, – deyə E.Fuad çıxışını bitirdi.                                                                                           
    Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Manafov 225 №-li məktəbi bitirdiyindən və bu məktəbi bitirən gənclərin düşmənlə qəhrəmanlıqla vuruşmasından danışaraq müəllifi məktəbin 1975-ci il məzunları adından təbrik etdi.                                                               
    Mayor, batalyon komandirinin müavini, cəsarətli döyüşçü  Aidə Şirinova qeyd etdi ki, biz Vətəni sevməyi, ananı sevməyi, insanları sevməyi məktəbdən öyrənmişik, məktəb bizə dürüstlüyü öyrədib. Mən müəllimin gözündən tökülən sevgidən, onun danışığından sevmişəm insanları. A. Şirinova şəhidlərə həsr etdiyi şeirini söylədi.                                                                                         
    Turan Cəmiyyətinin üzvü, vətənpərvər şair Mərcan Şahbuzlu çıxışında Azərbaycan qadının dünya qadınlarından üstün olduğunu, bütün sahələrdə öz sözünü dediyini vurğuladı və yazıçını öz şeiri ilə təbrik etdi.                                                                                                                            
    Politoloq, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadə dedi: “Mən bu kitabı oxuyanda gözümün önünə dünyamızın dahi düşüncəli zəka adamları gəldi: Cəlil Məmmədquluzadə, Abbasqulu Ağa Bakıxanov, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə və b. Onların qoyduğu tövsiyələr hər birimiz üçün böyük fəlsəfi məktəbidir. Bizim cəmiyyətimizdə elə müəllimlər var ki, tədqiqatlar aparırlar, yazırlar, məhsuldar  işləyirlər. Qadınlarımızın içində potensialını, biliyini, savadını millətin tərəqqisi və inkişafı yolunda qoyan Əzizə Cəfərzadə, Mirvarid Dilbazi kimi şəxsiyyətlərin yollarını keçən, milli mənəvi dəyərlərimizi yaşadan xanımlarımız baş tacımızdır.  
    Yazıçı, şair AYB-nin üzvü Məhəbbət İbrahimova, şair, bəstəkar Aybəniz Güllər Zenfira Nusalovanın tərbiyə verdiyi şağirdlərini alqışladı və yazıçıya yaradıçılıq uğurları arzuladılar.                                                   
    Jurnalist, yazıçı-publisist Fəxrəddin  Meydanlı sözlərini şair Məhəmməd Hadinin misrası ilə başladı: “Elmin ədəbin varsa əgər, durma, buyur gəl. Yoxsa bu cahan aləminə olma bir əngəl”. O, yazıçını salamladı ona sevgi və uğurlar arzuladı.                                                           
    225 №-li tam orta məktəbin direktoru Sevda Eminova Zenfira Nusalovanın valideynlərini təbrik etdi, özünə isə yaradıcılığ ugurları arzuladı. 
Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddin qızı Cəfər Cabbarlının qadın azadlığına həsr etdiyi əsərlərini hədiyyə edərək yazıçını təbrik etdi.    
 Gənc alim Xəyalə Əfəndiyeva  xatirələrindən danışdı. O qeyd etdi ki, Zenfira Nusalova şagirdlərinə ürəyini, sevgisini, şəfqətini verir. Daha sonra o dedi: “Sizin üzərində imza olmayan cəmiyyətə təqdim etdiyiniz yüzlərlə kitabınız var. Bunlar sizin şagirdlərinizdir. Mən inanıram ki, həmin əsərləriniz elə bu kitablar qədər cəmiyyət üçün faydalı olaçaqlar”. Xəyalə Əfəndiyeva türkiyəli yazıçı Sueyla Qaracanın pannosunu  yazıçıya hədiyyə etdi.                                                                                                                                                                          
     Tədbirdə iştirak edən Xeyransa İsmayılova, Əhməd Əhmədov, Güllü Eldar Tomarlı, Pərvanə Məmmədova, Dürdanə Musayeva, Elida Sadıqova, Aybəniz Osmanova və b. müəllifi təbrik edərək ona ürək sözlərini çatdırdılar. 
     Müəllifin həyat yoldaşı, aktyor Elməddin Cəfərov, oğlanları, qohumları Tural Cəfərov, Elnarə İbrahimova, Günel Teyyubova, Mirvari xanım  və digər yaxınları, dərs dediyi şağirdlər Ümid Rüstəmli, Nərminə İmanova, Leyla Rəcəbli, Vüsal Məmmədalıyev, Nurcan Muradlı, Aylin Rüstəmli, Mədinə Həbib, Gülnar Ağabəyli, Zəhra Fərəcova və b. Zenfira Nusalovanı təbrik edərək, ona ürək sözlərini söylədilər.  
        Zenfira Nusalova tədbir iştirakçılarına minnətdarlığını bildirdi və vurğuladı ki, Allaha olan təslimiyyətim cəmiyyətdəki azadlığımdır. Mənim üçün xanım çox böyük simvoldu, çox böyük obrazdı. Sevgi axtarmır ki, o sevginin özüdür, dəyər axtarmır ki, o dəyərlidir. O, yazdığı “Möcüzə qadın”  və “Düşüncələr” şeirlərini söylədi.                                                                                                                                                                  
Tədbirin bədii hissəsində AMEA-nın Folklor İnstitunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası, aktrisa Həlimət Sultan “Dünya səndən kimlər keçdi?” bədii-musiqili kompozisiyanı təqdim etdi. Aktrisaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Diplomu təqdim edildi.                                                                           
Xanəndə, muğam ustası Maya Cəbrayılova “Bayatı Qacar” muğamını və “Bahar olsun” mahnısını ifa etdi. Müğənni, bəstəkar Arif Səlimov “Möcüzə qadın” mahnısını ifa etdi.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər