BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Türk müğənnisi Orhan Ölməzlə şair, qiraətçi Səbuhi Zamanın duet konserti gözlənilir.

Bugun.tv- xəbər verir ki, Azərbaycanda ilk dəfə mart ayının 7-si tarixində unudulmaz duet konsert baş tutacaq.

Layihə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü, “NNFİLM.AZ”-ın təşkilatçılığı, “Bu gün.tv Media Qurumu”nun dəstəyi ilə gerçəkləşdirilir. Konsert Azərbaycan–Türkiyə mədəni əlaqələrinin gücləndirilməsi məqsədi ilə təşkil olunur.

“NNFİLM.AZ”-ın rəhbəri, konsert proqramının təşkilatçısı Natiq Novruzov

Bu barədə “NNFİLM.AZ”-ın rəhbəri, konsert proqramının təşkilatçısı Natiq Novruzov mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq 2 aydır bu layihə üzərində işlər aparılır. “Türkiyəli müğənni Orhan Ölməz Azərbaycanda keçirmək istədiyimiz “Bir şəhər axşamında” konsert proqamı təklifimizi məmnunluqla qarşıladı. Müqavilə bağlandı. Artıq şəhərin mərkəzi küçə və prospektlərində anonslarımız, video-çarxlarımız yayıma çıxarılıb. Eyni ilə televiziylarda və bütün sosial şəbəkələrdı konsertlə bağlı məlumatlar yayımlanmaqdadır”, – deyə, N.Novruzov bildirib.

Televiziya və radio aparıcısı, şair, bədii qiraətçi Səbuhi Zaman

Matın 7-də Heydər Əliyev Sarayında baş tutacaq möhtəşəm konsertdə Orhan Ölmezin duet ortağı, televiziya və radio aparıcısı, şair, bədii qiraətçi Səbuhi Zaman Bugun.tv-yə müsahibəsində yeni layihəsindən söz açıb. “Bu konsertin təşkilini illər öncə arzulamışdım. Çox şükür layihəyə uğurla başladıq. Gəncliyimizin türk sənətçisi Orhan Ölmezlə eyni səhnəni bölüşmək, həqiqətən də, qürurvericidir. Onun Azərbaycanda kifayət qədər sevənləri, pərəstişkarları var. Buna görə də, möhtəşəm bir gecə olacağına əminəm. Bir sözlə desək, duyğuların, musiqi ilə poeziyanın unudulmaz sintezi ilə hər kəsə sevgi dolu anlar yaşatmağa çalışacağıq. Bütün poeziya aşiqlərini, məni izləyən, dinləyən, şeiriyyata önəm verən hər kəsi martın 7-si tarixində Heydər Əliyev Sarayında gözləyəcəm”.

“Bu gün Tv Media Qurumu”nun rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva

Qeyd edək ki, Bugun.tv də “Bir şəhər axşamında” konsert proqramının media dəstəkçisidir. Bu barədə “Bu gün Tv Media Qurumu”nun rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, son 2 ildə gerçəkləşdirdikləri tədbirlər içərisində bu sayca 5-ci böyük layihədir. “Qurum olaraq, televiziyamız həm də tədbir təşkilatçılığı və media dəstəyi göstərir. Şair dostumuz, həmkarımız Səbuhi Zamanın duet konsert proqamında da onun yanındayıq. Fərqli layihədir. Azərbaycanda ilk dəfədir ki, şeirlə musiqi bir araya gələcək. Layihəyə bir həftədir ki, start vermişik. Biletlərin satışını İtiket.az saytı gerçəkləşdirir. Hər iki sənətkara olan sevgi, maraq satışa da öz müsbət təsirini göstərməkdədir. Konsert 8 Mart qadınlar gününə həsr olunduğundan, bu gecəni bizimlə keçirmək istəyən çoxdu. Bu bizi sevindirir. Ümumilikdə, yeni layihəmizdə bizə inanan, dəstək olan bütün dostlara, xüsusilə də, Heydər Əliyev Sarayına dərin təşəkkürümü bildirirəm!”, – deyə, E.Dərziyeva əlavə edib.

Qeyd edək ki, layihədə sponsor brendlərinin geniş auditoriyada tanıdılması da nəzərdə tutulub. Aparıcı tərəfindən səhnəyə dəvət alan Baş sponsorlara “Türk mədəniyyətinin təbliğinə dəstəyə görə” xüsusi mükafatı təqdim olunacaq.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər