BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində tanınmış rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi, ornament və portret rəssamı Mirzə Qədim İrəvaninin  200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı.

Videoçarxda Azərbaycan Respublikası Prezidentinin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, rəssamın həyat və yaradıcılığı haqqında qısa məlumat verilir, onun əsərləri nümayiş olunur. Bildirilir ki, Mirzə Qədim xalq sənətini dərindən bilən, əsərlərindən bu tükənməz sərvətin gözəl ənənələrindən gen-bol və bacarıqla istifadə edən mahir ornamentalist rəssam olmuşdur. Rəssam 1875-ci ildə vəfat etmişdir.

Rəssamın vəfatından sonra ailə arxivində onun 100-dən çox əsəri qalmışdı. M.Q.İrəvaninin yalnız 20-i əsəri  Bakıya gətirilmişdir və 1939-cu ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi (h/h Azərbaycan Milli İncəsənət Muzeyi) tərəfindən alınmışdır. Bu rəsmlər ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir.

Mirzə Qədim İrəvaninin yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır. İzləyicilərə rəssamın ilk işi olan yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi “Qadın” portreti, şüşə üzərində işlənilən “Rəqqasə” və “Dərviş” əsərləri, yaradıcılığının erkən dövrünə aid olan portretlər arasında “Döyüşçü”, “Molla” və s. əsərləri təqdim olunur.

 Videoçarxda bildirilir ki, M.Q.İrəvaninin 200 illik yubileyi ölkəmizdə geniş qeyd olundu. Yubileylə əlaqədar rəssamın Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş olundu.

İzləyicilərə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş, həyat və yaradıcılığından, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən “Cənnət yuxusu” bədii-sənədli filmindən qısa fraqment də təqdim olunur.

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər