BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən dəyərli bayramlarından biri olmaqla yanaşı, milli kimliyimizin və mədəni irsimizin ayrılmaz hissəsidir. Minilliklər boyu qorunub saxlanılan bu bayram təbiətin oyanışını, həyatın yenilənməsini və yeni ilin başlanğıcını simvolizə edir. Novruz yalnız təqvim bayramı deyil, həm də insanların mənəvi dünyasını zənginləşdirən, onları bir araya gətirən xüsusi bir mədəni hadisədir.

Novruz bayramının kökləri qədim dövrlərə, zərdüştilik inancına və təbiətə bağlı həyat tərzinə dayanır. Bu bayramın əsas ideyası insan ilə təbiət arasında harmoniyanın bərpası, qışın soyuq və durğun dövründən sonra baharın dirçəlişinin qeyd olunmasıdır. Gün və gecənin bərabərləşdiyi bu dövr yeni başlanğıcların, ümidlərin və yenilənmənin rəmzi kimi qəbul edilir. Bayrama hazırlıq mərhələsi xüsusi əhəmiyyət daşıyır. Novruzdan əvvəl qeyd olunan dörd çərşənbə - su, od, yel və torpaq çərşənbələri - təbiətin əsas ünsürlərini təcəssüm etdirir. Hər bir çərşənbə insanların həyatında təmizlənmə, saflaşma və yenilənmə prosesini simvolizə edir. Bu günlərdə insanlar evlərini təmizləyir, köhnə əşyaları yeniləri ilə əvəz edir, küsülülər barışır və bayrama mənəvi cəhətdən hazırlaşırlar.

Novruz bayramı həm də humanizm və paylaşma dəyərlərini təbliğ edir. Bu günlərdə insanlar bir-birini ziyarət edir, ehtiyacı olanlara kömək göstərir, böyüklərə hörmət, kiçiklərə qayğı nümayiş etdirirlər. Bayram ailə bağlarını möhkəmləndirir, cəmiyyət daxilində birlik və həmrəylik hisslərini gücləndirir.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. Bu fakt Novruzun ümumbəşəri dəyər daşıdığını və müxtəlif xalqları birləşdirən ortaq mədəni irs olduğunu göstərir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Zəfərimizin zirvəsi Şuşa şəhərinin azad edilməsi oldu. 2021-ci il martın 20-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırdılar. O əziz gündə ölkəmizin başçısı dedi: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”.

Bu gün Azad Qarabağımız, Şərqi Zəngəzurumuzda şanlı bayrağımız qürurla dalğalanır, bayram tonqalları qalanır.  Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikində vurğuladığı kimi, Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Ramil Nəbiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər