BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Zəfər günü ərəfəsindədir.  Məlum olduğu kimi, vətənpərvərliyin uşaqlara, yeniyetmələrə aşılanmasında təhsil ocaqları əvəzedilməz rol oyanır. Bu baxımdan müasir tariximizin, Zəfər gününün gələcək nəsillərə çatdırılması ilə bağlı məktəblər üzərinə düşən məsuliyyətin öhdəsindən nə qədər gəlir?  Keçən il olduğu kimi bu il də məktəblərdə sözügedən mövzu ilə bağlı  xüsusi hazırlıqlara başlanılıb. Məktəb kollektivinin,  müəllimlərin bu baxımdan şagirdlərə, yeniyetmələrə verdiyi motivasiya, vətənpərvərlik ruhu, torpaq sevgisi hər şeydən daha önəmlidir. 162 nömrəli məktəbin direktoru, qabaqcıl təhsil işçisi Arzu Nəzərova təhsildə aparılan islahatlar və  Zəfər Günü ilə bağlı fikirlərini Olaylar.az-la bölüşüb.

 - Arzu xanım, öncə təhsildə aparılan ən son islahatlar haqqında fikrinizi bilmək istərdik.  

- Əlbəttə, təhsil sahəsində aparılan islahatlar cəmiyyətin diqqətindədir, müxtəlif sferalarda, həmçinin, sosial şəbəkələrdə pedaqoqlar, valideynlər, ziyalılar, ictimai xadimlər bu məsələyə vaxtaşırı münasibət bildirirlər. Bu da təbiidir. Çünki təhsilsiz inkişaf mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı tutduğu mövqedən asılı olmayaraq təhsilə öz töhfəsini verməlidir. Çünki  təhsil sağlam  gələcəyimiz, sağlam gələcək nəsil deməkdir. Biz də  məktəb daxilində, kollektivlə, həmçinin valideynlərlə   islahatlarla bağlı müzakirələr aparırıq, hər kəs öz fikrini bildirir. İnanırıq ki,  hər məktəbin, hər rayonun təhsil şöbəsinin, ziyalıların rəyi, təklifləri  cəmiyyətimiz üçün faydalı olacaq.

İslahatlar uzun müddətli,  perspektivli nəticələr üçün nəzərdə tutulur. Əlbəttə, qeyd etdiyiniz kimi bu gün həyata keçirilən islahatların təhsilimizə, Azərbaycan gəncliyinə çox böyük faydası olacaq. Zaman-zaman mövcud olan  boşluqların aradan qaldırılması, yeniliklərin tətbiqi, məktəblərdə neqativ halların aradan qaldırılması hamısı   islahatların məntiqi nəticəsidir. 

   - Uzun illərdir pedaqoq kimi fəaliyyət göstərirsiniz. Böyüklərin "zəmanə pisləşib" ifadəsi ilə razısınızmı?

- Hər şeyi zəmanə ilə əlaqələndirmək olmaz. Sadəcə əvvəllər hər birimizin,  valideynlərin də,  övladların da tək informasiya mənbəyi televiziya idi.  Onlayn təhsil sisteminə keçdiyimiz zaman, imkansız ailələr belə övladlarına smartfon telefonlar almaq məcburiyyətində qaldı. Təəssüf ki, telefonlar da  şagirdlərin diqqətinin yayılmasında rol oynayır. Bu günün şagirdi sadəcə dərs oxumur,  lazımlı-lazımsız çoxlu informasiya ilə əhatə olunub. Günün reallığı budur.  Yeganə valideyn və müəllimlərin birgə əməkdaşlığı övladlarımızı  bu informasiya bolluğunun zərərli tərəflərindən qoruya bilər. 

 - Bilirik ki, şagirdlərin məktəbə smartfon və mobil telefonlarla girişinə  qadağa qoyulub. Bu qaydanı qoruya bilirsinizmi? Başqa sözlə şagirdlər qadağaya tabe olurmu?

- Əlbəttə, smartfonların məktəblərə gətirilməsinə qoyulan qadağa yalnız və yalnız  övladlarımızın xeyrinə atılan bir addımdır. Bununla bağlı məktəb daxilində valideyn iclasları təşkil edildi. Valideynləri maarifləndirdik. Əlaqə yaratmaq üçün sadə telefonlardan istifadə edilməsinin daha məqsədəuyğun olacağını izah etdik. Etiraf etmək lazımdır ki, şagirdlərin qadağaya tabe olması o qədər də asan deyil. Bunun üçün  valideynlərlə sıx əməkdaşlıq etməyə üstünlük veririk. Məktəblə valideynlərin sözü üst-üstə düşməlidir, onların birgə fəaliyyəti uşaqların tərbiyəsində də, təlimində də ciddi müsbət nəticələr verə bilər.  İlk etablarda  əziyyət çəkdik. Telefonların yığılması prosesi olduqca çox vaxt aldı. Demək olar ki, hər  həftə keçirilən valideyn iclaslarında övladlarına  smartfon telefonlar verilməsinin faydasız olduğunu izah etdik.  Başa düşən valideynlər üstünlük təşkil edir.  Onu da deyim ki, hansı ailədə  telefonla bağlı saat şərti qoyulursa, onlar sonradan problem yaşamır.  Əlbəttə, telefonlardan istifadənin faydalı tərəfləri də var. Əvvəllər İKT bacarıqları olan şagirdlərin sayı çox az idi. Məktəbizimdə 7 ildir rəqəmsal bacarıqlar layihəsi keçirilir. Əvvəllər şagirdlər üçün tək informasiya mənbəyi ensiklopediya və kitabxanalar  idi.  Indi internet seqmenti yeni  fürsətlər yaradıb.  Şagirdlər üçün şagird planşetlərinin paylanması da aktual məsələlərdəndir. Şagirdlər bu planşetlərdən  sadəcə müəyyən proqramlardan və məlumatlardan istifadə edə biləcək. İnkiçaf etmiş ölkələrdə bu üsul özünü doğruldub. İnanıram ki, yaxın zamanlarda  bizdə də bu mücbət yenilik tətbiq olunacaq. Planşetlər eyni zamanda şagirdləri  ağır çanta yükündən xilas edəcək.  

- Bir təhsil işçisi kimi Böyük Vətən müharibəsində əldə etdiyimiz Zəfər günü ilə bağlı  hissləriniz?

- 30 il boyunca hamımız xalq olaraq  bayramlarda, əziz günlərdə  bir-birimizə "İnşallah Qarabağda qeyd edək" kimi ifadələr işlədirdik. Axır ki, həsrətlə yaşadığımız  illər keçdi, gözlədiyimiz zaman, an gəldi. Bu Zəfər günü idi. Qələbə çaldığımız  gün mənim üçün də heç unudulmayacaq gündür. Sevinc göz yaşlarını,  küçələrdəki insan selinin coşqusunu, şadyanalığı, bayram əhval-ruhiyyəsini sözlərlə ifadə etmək belə asan deyil.  İnsan öz doğmasının, övladının şad günündə  belə bu qədər sevinmir.  Biz xalq olaraq o böyük Zəfərin sevincini sözlə ifadə edə bilmirik. Məktəbimiz birinci Qarabağ müharibəsi şəhidi Etibar Əliyevin adını daşıyır. Ikinci Qarabağ müharibəsində məktəbimizin dörd məzunu Vətən uğrunda şəhid olub. Məktəb kollektivi olaraq, şəhid olan dörd məzunumuzun xatirəsi bizə əzizdir, onların ailələri bizim baş tacımızdır.  Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun bu qəhrəmanlığı tarix boyu unudulmayacaq. Zəfər tarixinə imza atan, şəhidliyə ucalan oğullarımızın xatirəsi həmişə əziz tutulacaq. Bu günkü qürurlu yaşayışımız üçün, torpaqlarımızın işğaldan olunması üçün biz onlara borcluyuq. Hazırda Zəfər Bayramı münasibətilə  birinci sinifdən on birinci sinifə qədər hər bir şagirdimiz məktəb kollektivi ilə birgə tədbirə hazırlaşır. Səbail rayon ictimaiyyəti dəvət olunmaqla çox böyük bir tədbirə hazırlıq işləri gedir. Mütləq ki, müəllimlərimiz Zəfər günü ilə bağlı hər sinifdə xüsusi saatlar keçirir, şagirdlərə müasir tariximizin incəliyini aşılayırlar.  

  - Azərbaycanın şanlı Zəfər tarixinin müasir gəncliyə, yeniyetmə nəsillərə öyrədilməsi məktəblərin qarşısında duran ən vacib vəzifədir. Bu baxımdan məktəblərdə görülən işlər qənaətbəxş sayıla bilərmi?

- Əlbəttə, Azərbaycanın ən ucqar kəndindəki  məktəbindən tutmuş paytaxt məktəblərinə qədər, hər bir təhsil ocağında  Zəfər gününə aid tədbirlər təşkil olunur, keçirilir.  Əvvəllər məktəb dəhlizlərində ancaq Xocalı qətliamı, 20 Yanvar faciəsi ilə bağlı şagirdlərin hazırladığı rəsm əsərlərini görürdük. Çox sevinirəm ki,  indi dəhlizlər Zəfər bayramı ilə bağlı rəsmlərlə,  foto stendlərlə zəngindir.   Şagirdlər sanki rəqabətə girib.  Siniflər stendlərinin bir-birindən gözəl olması üçün çalışırlar. Məktəbimizin girişində Zəfər günü ilə bağlı muzey yaradılıb. Hər biri əl işidir. Hər biri qələbənin sevincindən irəli gəlir. Qələbə şagirdlərimiz üçün böyük motivasiyadır. 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər