BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Zəfər günü ərəfəsində "Medical Media" şirkətinin direktoru,  AQSİA-nın üzvü, fəal ictimaiyyətçi Günay Kazımova ilə həmsöhbət olduq. Müsahibimizin qadın inkişafı, Zəfər tariximiz, sahibkar qadınlara dövlətin dəstəyi və bir sıra digər suallarımızla bağlı   cavablarını oxucularımızın diqqətinə təqdim edirik. 
 

 - 8 Noyabr - Zəfər Günü ərəfəsindəyik. Azərbaycanın Zəfərdən öncəki və bugünki tarixindən danaışmamaq mümkün deyil... 
 

   -  İkinci Qarabağ Müharibəsi bizi bir daha  dünyaya qalib xalq kimi tanıtdı. Bu gün doğrudan da,   hər bir Azərbaycan vətəndaşı  ölkə xaricində özünü daha qürurlu, daha məğrur,  qalib bir xalqın nümayəndəsi kimi hiss edir.   Öncəki illərlə müqayisəyə gəldikdə, mənə elə gəlir ki, bu gün müşahidə edilən    "insanlarımızın birliyi, bütövlüyü"  qürurvericidir.  Ən böyük fərq isə Azərbaycanın ərazisinin bütövlüyünün təmin olunması, həsrətlə işğaldan azad olunmasını gözlədiyimiz müqəddəs torpaqlarımıza ayaq basa bilməyimizdir. Şuşa bizim üçün müqəddəs bir məkandır. Bu gün Şuşa ili çərçivəsində Şuşada, Azərbaycanın bütün bölgələrində, dünyanın müxtəlif ölkələrində o qədər tədbirlər keçirilir ki,..  Bu gün xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər edirlər. Azərbaycanın dilbər guşəsinin gözəlliyini və bu torpaqların Azərbaycana məxsus olduğunun şahidi olurlar. Qarabağın, Şuşanın bizim əzəli torpaqlarımız olduğunu dünüyaya sübut və təsdiq etməkdən daha böyük nə ola bilər ki?

Bu fərqlər hamımızı sevindirir, bugünkü və gələcək nəsillər üçünsə bir xoşbəxtlikdir.  Əlbəttə,  Ali Baş Komandanın  yürütdüyü siyasət nəticəsində  xalqımızın, dövlətimizin birliyi, qələbəsi təmin olundu. Bu uğurları, fərqləri görməmək, danışmamaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin sözləri ilə ifadə etsək, bu gün biz gerçəkdən  fəxr edirik ki,  azərbaycanlıyıq. 
 

   - Siz işgüzar xanımların nümayəndəsi, fəal ictimaiyyətçisiniz. Vətən müharibəsi zamanı işgüzar xanımların, onların fəaliyyəti, cəbhəyə qatqısı... Bu barədə fikirləriniz maraqlıdır. 
 

 - Etiraf edək  ki, böyük Qələbəyə qədər içimizdə bir kövrəklik hissi vardı, torpaqlarımız işğaldan olduğu, rayonlarımız talan olunduğu, məcburi köçkünləri iz öz doğma yurd-yuvalarından didərgin düşdüyü, minlərlə şəhidlər verdiyimiz üçün içimizdə bir məğlubiyyət hissi vardı. 
Amma bu gün əksinədir.   Hətta Qarabağı görməyən, orda doğulmadan  gənclərimizin müharibə zamanı yüksək əhval-ruhiyyəsini gördük. Gənclərin könüllü müharibəyə yazılmaqlarının şahidi olduq. Bu  göstərici o deməkdir ki, vətənpərvərlik ruhunda bir gənclik yetişib. Bu gənclər Zəfəri əldə etməyimiz üçün əsas qüvvə oldu. Vətən anlayışı, vətənpərvərlik ideologiyası nəinki gənclərimizi, bütün vətəndaşlarımızı öz ətrafında birləşdirib. Eynilə də analar, qadınlar və işgüzar xanımlar müharibədə öz missiyasını, məncə layiqincə yerinə yetirdi. Həmin ağır günlərdə müxtəlif strukturların idarəedici funksiyasında fəaliyyət göstərən xanımlarln, sahibkar qadınların hər birinin Vətən, Torpaq naminə bacardığı töhfəni verdiyinin şahidi olduq. 

Hətta,  bir çox qadınların kiçik biznesindən gələn  gəlirləri 44 günlük Vətən müharibəsi zamanı  əsgərlərimizə göndərdiklərini də müşahidə etdik. Əlbəttə, dövlətimizin Ordu, müharibə üçün bütün təminatı vardı.  Amma bu bir könüllülük prinsipi, bir olmaq istəyi, əsgərlərimizin yanında olmaq arzusu idi. Üzvü olduğum Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın həmin dönəmdəki fəaliyyəti bütün cəmiyyətə bəllidir. Sahibkar xanım olaraq biz hamımız AQSİA çətiri altında toplandıq. Həmin dönəmdə pandemiya şəraitində yaşayırdıq. Təbii, heç də asan deyildi. Müharibədən gələn şəhid xəbərləri, sağlamlığını itirən  qazilərimiz, pandemiyadan əziyyət çəkən insanlarımız... Bu həssas dönəmdə ehtiyac hiss edən vətəndaşlarımızın yanında olmağa çalışdıq. Bu bizim həm insanlıq borcumuz , həm də  vətəndaşlıq məsuliyyətimiz idi. Zənnimcə, bu kimi aksiyaların mənəvi çəkisi daha ağır,  motivasiya mənbəyi idi. Təbii ki, direktoru olduğum   Medical Media və Saffarma əczaçılıq şirkəti olaraq bu könüllülük aksiyalarından kənarda qalmadıq.  Həm əczaçı, həm media qurumu olaraq  44 günlük müharibədə daim dövlətimizin, Ordumuzun yanında, ön cəbhədə olduq, bacardığımız  dəstəyi göstərdik: dərman pereparatları, qida məhsulları, üst geyimləri və s. Ğ Media Medical və Saffarma Əczaçılıq şirkətinin təsisçisi başda olmaqla, biz komanda olaraq həmin günlərdə vətəndaşlıq borcumuzu yerinə yetirməyə var gücümüzlə  çalışdıq.  
 

- Qarabağda imkan yaransa, hansı işləri görmək istəyərsiniz?

- Qarabağda imkan yaranarsa, ilk tibbi məntəqələrin yaranmasında, səhiyyə ocaqlarının qurulmasında yer almaq istərdim.    Media agentliyi olaraq Qarabağda media agentliyi qurmağı və Qarabağa media dəstəyi ilə xidmət göstərməyə də hazırıq. 
 

- Bildiyimiz qədər, siz ixtisasca həkimsiniz. Amma fərqli sahədə çalışırsınız... 

- Doğru,  mən Azərbaycan Tibb Universitetinin məzunuyam. Amma həkim kimi heç çalışmadım.  Tibb Universitetini bitirdiyim gündən əczaçılıq sahəsində işləməyə başladım. Əslində arzum həkim olmaq idi. Amma həyat mənə  seçimimi  dəyişdirəcək istiqamətə apardı.  Beləcə, öncə əczaçılıq sahəsinə gəldim, sonra isə pandemiya dönəmi bizi media sahəsinə gətirib çıxartdı. Covid 19 pandemiyası zamanı düşündük ki, insanların mövcud durumda maarifləndirilməsinə, sağlam informasiya ilə təmin olunmasına ehtiyac var. Bu düşüncə ilə yeni yola çıxıdq.  "Medical Media"nə yaratdıq   və biz YouTube üzərindən onlayn şəkildə fəaliyyətə başladıq. Fəaliyyətimiz bizi   Səhiyyə televiziyasının yaradılmasına qədər gətirdi.  
 

- Niyə məhz Səhiyyə televiziyası?

-  Bilirsiniz,  hər bir televiziyada fərqli-fərqli tibbi proqramlar yayımlanır. Bilirsiniz ki, bu proqramların əksəriyyəti reklam xarakterlidir.  Amma biz  düşündük ki, insanlarımızı, xalqımızı tibbi istiqamətdə, əczaçılıqla bağlı, dərmanlarla bağlı planlı, ardıcıl, kompleks şəkildə  maarifləndirməyə ehtiyac var.  Niyyətimiz insanların sağlamlığına, səhiyyənin inkişafına dəstək olmaqdır.  Onu da qeyd etmək istərdim ki, Səhiyyə TV-nin kifayət qədər tibbi proqramları var. Hətta  layihələrimizdən birində dünyada olan azərbaycanlı həkimləri bir araya toplamışıq və onlarla davamlı canlı proqramlarımız olur. Həmin proqramlarda soydaşlarımızı həm xalqımıza təqdim edirik, həm də onların vasitəsilə dünya səhiyyəsində baş verən yenilikləri insanlarımıza çatdırırıq. Eyni zamanda insanlarımızın sağlamlıqla bağlı sualları müxtəlif ölkələrdə yaşayan azərbaycanlı həkimlərimiz tərəfindən cavablandırıllr.    Məqsədimiz ixtisaslaşmış tibbi jurnalistikanın əsasını qoymaqdır. Bu yolda inamla irəliləyirik. Hədəflərimiz böyükdür, Hələ ki, Azərbaycanda, gələcəkdə isə beynəlxalq aləmdə tanınmaq istəyirik. Onu da deyim ki,  bu gün dünyada  olan azərbaycanlı həkimləri Səhiyyə TV-yə cəlb ediriksə, (onların arasında   məşhur həkimlər,  ən müasir yeniliklərə imza atan institut rəhbərləri də var)  bu həm də bu vasitə ilə   Azərbaycan səhiyyəsini, öz tibbimizi tanıdırıq. 
 

- Sizcə, qadınlarımız indi sosial həyatda necə rol oynayır?

- Baxır kim onu necə istifadə edir, bu çox önəmlidir. Elə insanlar var ki, sadəcə şou xatirinə gündəmdə qalmaq istəyir. Amma mən Azərbaycan qadınını sosial cəmiyyətdə olmağını dəstəkləyirəm.  Bu gün sosial şəbəkələrdə nə qədər maarifləndirici tədbirlər keçirilir, nə qədər onlayn, offlayn konfranslar olur. Əksər hallarda  sosial şəbəkələrdən məlumatlar əldə edirik. Bu çox ciddi maarifləndirmə vasitəsidir.    Bu gün imkanı olan da, olmayan da, evdar qadınlar belə sosial şəbəkə vasitəsilə nəsə öyrənə bilər. Amma önəmli olan odur ki,  nə öyrənmək istəyirik, seçimimiz nədir?  Bu baxımdan   doğru istiqamətdə sosiallaşmaq bütün cəmiyyət üçün , eləcə də xanımlar üçün faydalı olar. Sosial mediada nə qədər müsbət nümunələr görəriksə, bir o qədər müsbət nəticələr olar, deyə düşünürəm. 

 - Sizcə sahibkar xanımlar göstərilən dövlət dəstəyindən yetərli faydalana bilirmi?

- Azərbaycanda Qadın  Sahibkarlığının  İnkişafı Assosiasiyasının dövlət qurumları tərəfindən dəstəklənməsi, bu istiqamətdə həya keçirilən müxtəlif  layihələr sahibkar qadınlara böyük dəstəkdir.  Dövlət qurumları ilə  əlaqələrin yaradılması, qarşıya çıxan  çətinliklərin, qayğıların aradan qaldırılması  sahibkarlara diqqətin göstəricisidir. Həmçinin Assosiasiya tərəfindən gerçəkləşdirilən çoxsaylı maarifləndirmə proqramları gənc və iş qurmaq istəyən xanımlar üçün  mayakdır.   Açığını deyim ki, bu gün iş qurmaq istəyən bir xanım üçün heç bir problem yoxdur. Sadəcə zəhmət çəkmək və məqsədə doğru addımlamaq lazımdır.  Yeri gəlmişkən, gələcəkdə tibblə bağlı özəl bir təhsil mərkəzi yaratmağı düşünürəm. Həmin məktəbdə  tibbin satış və marketinqi təlimlərini keçmək, tibb sahəsində satış və marketinq mütəxəssisləri yetişdirmək istərdim. Məncə,  bu sahədə mütəxəssislərə  böyük ehtiyac var.

  Bizim özümüzü inkişaf etdirmək, fəaliyyətimizi genişləndirmək, qurmaq-yaratmaq üçün  Birinci vitse-prezident Mehriban Əliyeva kimi nümunəmiz, örnəyimiz, İlham mənbəyimiz var.  Bu gün Azərbaycan qadını dünyaya Mehriban Əliyeva kimi mütərəqqi bir xanımın simasında təqdim olunur. Bu baxımdan Azərbaycan qadınları çox şanslıdır.  Qarşımızda bu qədər güclü bir xanımın nümunəsi varkən, biz qadınların  inkişaf etməməyə haqqı varmı?

- İndi cəmiyyətdə qayğılar sanki  daha çox qadınların üzərinə yüklənib...

- Tam da deməzdim... 20 ildir iş xanımıyam. Amma hərdən hamı mənə sual verir ki, siz bu qədər işi necə çatdırırsız? İnsan işini, zamanını, planını doğru şəkildə etdikdə, məncə ailəyə də, övlada da vaxt ayıra bilir və hər bir qadın qayğını üzərinə çəkməyi bacarır. Bu fədakarlıq bütün Azərbaycan qadınlarında var.  Həmişə  qadın və kişi hüquqlarının bərabərliyi müzakirə mövzusu olurdu,  tez-tez qadın azadlığı ilə bağlı fikirlərə rast gəlirdik.  Məncə bu gün artıq o dövrdür. Bu gün qadın azaddır, işləyir, inkişaf edir,  ailəsinə dəstək olur,  bacarıqlarını üzə çıxarır. Bu çox gözəl tendensiyadır.  

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər