BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, İsraillə İran arasında münaqişə geniş miqyaslı müharibəyə çevrilə bilərmi?

- Ehtimal azdır. ABŞ Türkiyə və ərəb ölkələrinə qarşı qoymaq, lazım olanda onlara təzyiq etmək üçün İranın bütövlüyünü qoruyub saxlamağa çalışır. Böyük müharibə İranın bütövlüyünə son qoya, yeni dövlətlərin yaranması ilə sonuclana bilər. Bunu İranda da, ABŞ-da da başa düşürlər. ABŞ İranda rejimin dəyişdirilib ərəb ölkələrində olduğu kimi qərbyönümlü monarxiya qurulmasında maraqlıdır. Çünki İranda demokratiya olarsa ölkə ən azı federallaşacaq və onun ABŞ-dan idarə olunması çətinləşəcək. İran rəsmiləri bunu bildiyi üçün Prezident səviyyəsində məhz ABŞ-da bəyan olundu ki, rejimin dəyişdirilməsi cəhdi İranın ən azı beş yerə parçalanmasına yol aça bilər. Məhz bu səbəbdən ABŞ İranda yaşayan xalqların milli hüquqlarını heç zaman müdafiə etmir, özünü elə aparır ki, sanki belə bir problem yoxdur. İranın dağılmasının qarşısını almaq üçün ABŞ böyük müharibəyə imkan verməməyə çalışacaq.

- Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir. ABŞ niyə İranı Türkiyəyə qarşı qoymağa çalışsın ki?

- Elədir, amma Türkiyə tam sözəbaxan və idarəolunan deyil, öz ambisiyaları var. Türkiyənin güclənməsi türk dövlətlərinin inteqrasiyasına, yeni regional güc mərkəzinin yaranmasına yol aça bilər. Ona görə Türkiyəyə öz NATO üzrə “müttəfiqləri” tərəfindən sanksiyalar tətbiq olunur, müasir silahlar satılmır, Qərb şirkətləri Türkiyədən çıxarılır və s. Türkiyəni müharibəyə cəlb etmək, iqtisadiyyatını çökdürmək istəyirlər. 2011-ci ildə “ərəb baharı” zamanı ABŞ Suriyanın Rusiyanın nəzarətinə keçməsini daha məqbul saydı, nəinki Türkiyə yönümlü qüvvələrin Suriyada hakimiyyətə gəlməsini. İranın Ermənistanı dəstəkləməsində də Qərbin barmağı var.

- ABŞ İranda rejimi dəyişə biləcəkmi?

- Bu, proseslərin gedişindən asılı ola bilər. Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin siyasətə qarışmasının qarşısını aldığı kimi, İranda da İnqilab Keşikçiləri Korpusunun siyasətə qarışmasının qarşısı alınmalıdır. Korpusun generalları siyasi bəyanatlar verməkdən, qonşuları, o cümlədən bizi hədələməkdən çəkinməlidir. Pezeşkian proseslərin dinc yolla inkişafı üçün İranın malik olduğu bəlkə də son şansdır. İsrail də, Qərb də bunu qiymətləndirməli, ona və Ali dini rəhbərə İranın daxilində islahatlar aparmağa kömək etməlidirlər.

- İranla İsrail arasında böyük savaş başlayarsa İran generalları Azərbaycanın infrastrukturuna raket zərbələri endirə bilərmi?

- Bu ehtimal çox azdır. O qədər axmaq deyillər ki, ikinci cəbhə açsınlar. Onlar başa düşməmiş deyillər ki, bunu Türkiyə, Rusiya, Çin, Pakistan, Azərbaycanda böyük maraqları olan Böyük Britaniya və digər ölkələr necə qarşılayar. İran bununla özünün məhvinə fərman vermiş olar. Bundan başqa belə bir avantüra türk Prezident və türk Ali dini rəhbərlə İnqilab Keşikçiləri Korpusunu üz-üzə qoyar. İran əhalisinin 35-40 %-i azərbaycanlılardır. Bu, İranda vətəndaş müharibəsinə yol açar.

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər