BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Pakistanın "Thediplomaticviews.com" saytında Ermənistan ordusunun Xocavəndin Edilli kəndində törətdikləri hərbi cinayətlərlə bağlı yazı dərc olunub. "Edillidə erməni vandalizmi" adlı məqalənin müəllifi  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.

Məqalədə ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı qırğınların həyata keçirildiyi qeyd edilib: "İşğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlar bunu bir daha sübut edir. Bu il fevralın 23-də Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkar edilib.  Oktyabrın 4-də isə Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Qəbiristanlıqda 12 nəfərin qalıqları tapılıb. Geyimlərindən onların əsgər olduqları müəyyən edilib. Qalıqlardan aydın görünürdü ki, həmin şəxslərin ölməzdən əvvəl əl və ayaqları kəndirlə bir-birinə bağlanıb.  Bütün bunlar erməni vandalizminin bariz nümunəsidir".
Müəllif vurğulayıb ki, bununla Ermənistan ordusu beynəlxalq hüququ və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub: "1949-cu ildə hərbi əsirlərlə rəftar haqqında III Cenevrə Konvensiyası qəbul edildi.  Ermənilər bu Konvensiyanın şərtlərinə məhəl qoymayaraq azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani davranışlar nümayiş etdirdilər".
Məqalədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevın  “Twitter” səhifəsində Edilli faciəsi ilə bağlı  paylaşımı qeyd edilib. 
Yazıda bildirilib ki, Qarabağ müharibəsində ermənilər tərəfindən girov götürülmüş 4000 Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil və Haaqa məhkəməsi Ermənistanı bu cinayətlərə görə cəzalandırmalıdır.
Məqalə ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
//thediplomaticviews.com/armenian-vandalism-in-edilli/

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər