BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Ukrayna dinc əhalinin qorxudulması ilə sınmayacaq. Həmçinin, Rusiya Federasiyasının bu hərəkətləri hələ də Putinlə sülh danışıqlarının aparılmasını mümkün hesab edən hər kəs üçün arqumentdir”

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz tviter hesabında yazıb. Kuleba qeyd edir ki, Putinin yeganə taktikası Ukraynanın dinc şəhərlərinə qarşı terrordur və Putin, danışıqları raketlərlə aparan terrorçudur.

Qeyd edək ki, bir neçə öncə Krım körpüsü partladılmışdı. Bu partlayış Kremli bir qədər də aqressivləşdirib. Bəzi mütəxəsisslər hesab edir ki, Ukrayna Rusiyanı belə bir addımla aqressivləşdirəcəyini bildiyi üçün bu addımı atmaz. Yəni Krım körpüsü bu müharibəni alovlandırmaq istəyən tərəflər tərəfindən törədilib.

Politoloq Ramiz Alıyev isə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mülki əhalinin hədfə alınması müharibə cinayəti hesab edilir. Azərbaycan isə, özü də hər zaman hərbi cinayətlərə məruz qaldığı üçün dünyanın istənilən ərazisində dinc əhaliyə qarşı edilən zorakılıq və hücumları, dinc əhalinin yaşadığı binalara və mülki infrastruktura dəyən zərbələri pisləyir.

 “Fərqi yoxdur - hansı ölkə hansı ölkəyə hücum edibsə, hansı ölkənin əhalisinə qarşı təcavüz, raketlərin atılması və yaşadıqları mülki obyektlərə dəyən zərərlər varsa, biz onları pisləyirik və qəbuledilməz sayırıq. Bu müharibə cinayətləridir. Bilirsiniz ki, Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman müharibə cinayətlərinə qarşı çıxmış və pisləmişdir. Çünki Azərbaycan xalqı və dövləti qonşu dövlət Ermənistan tərəfindən mütəmadi olaraq belə terrorlara məruz qalmışdır. 1992-ci ildə Xocalı soyqırımı zamanı mülki şəxslərin başına gətirilən bəlalar, Kəlbəcərdə, Laçında və digər rayon və şəhərlərimizdə törədilən cinayətlər, 1990-cı ildə mülki əhaliyə qarşı qətliamlar, onların yaşadığı ərazilərə raket zərbələrinin endirilməsi və bu kimi hallar baş verirdi” - deyən politoloq vurğulayıb ki, biz bunu 2020-ci ildə də görmüşük. Belə ki, Vətən müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər ətraf rayonlarında yaşayan mülki əhalinin yerləşdiyi binalara, mülki infrastruktura zərbələr endirilirdi. Kasetli və fosforlu raketlərdən istifadə edilirdi. Bunu bütün dünya görürdü. Ümumiyyətlə, müharibə zamanı belə fosforlu silahlardan istifadə etmək qadağandır.

Politoloq hesab edir ki, müharibənin belə qaydada aparılması, həm Rusiya, həm Ukrayna üçün yaxşı nəticələr verməyəcək. Dövlətlər zərər görəcək.

“Müharibə başlayan ilk zamanlarda da biz deyirdik ki, bu müharibə Ukrayna-Rusiya müharibəsi deyil, böyük güclərin maraqları var. Böyük güclərin maraqlarının nəticəsidir ki, bu gün Ukrayna ciddi zərbələr alır” - deyən ekspert qeyd edib ki, nə Ukrayna, nə də Rusiya xalqı müharibə tərəfdarı deyil. Çünki orada minlərlə uşaq, qoca, mülki vətəndaşlar və hər iki tərəfdən hərbçilər həlak olub. Müharibənin növbəti fəsadları daha böyük olacaq. İqtisadi sanksiyalar insan həyatını bərpa etmir, xilas etmir. Bu gün raket zərbələri Ukraynanın paytaxtı Kievi vurursa, növbəti günlərdə də bu "şiddət yağışı"davam edəcək.

Politoloqun fikrincə, bir neçə gün öncə Krımda körpünün partladılması Rusiyanı daha da qıcıqlandırdı. Bundan sonra Rusiya daha da aqressivləşəcək.

“Rusiya və Ukrayna prezidentləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın təklifini qəbul edib görüşərsə və sülh müqaviləsi bağlanarsa, qan tökülməsi dayanacaq. Əks halda hansısa güclərin təsiri ilə müharibə daha da qızışacaq. Müdaxilə edən dövlətlər öz maraqlarını Ukraynada tətbiq etməyə çalışacaq. Burada zərəri, Rusiya və Ukrayna dövlətləri və onların xalqları görəcək. Bu səbəbdən hər iki lider danışıq masasına oturmalıdır. Danışıqlar aparılmalı, atəşkəs elan edilməli və sülh bağlanmalıdır”,- deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər