BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bildiyimiz kimi 16-22 oktyabr tarixlərində Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edir.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi verilən məlumata gorə, Buxara səhərinin "Yoshlar markazi"ndə keçirilən tədbirdə Azərbaycandan gələn qonaqlar, yerli hakimiyyət, mədəniyyət və sənət xadimləri, yerli Azərbaycanlılar, universtet tələbələri, jurnalistlər və s. iştirak etmişlər.Buxara şəhər hakimi Jamol Nasirov Azərbaycandan gələn qonaqlara öz təşəkkürlərini bildirmiş və şəhərdə ilk dəfə olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin iki ölkə arasında dostluq, mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.      Özbəkistandakı Heydər Əliyev adına Azerbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışaraq, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Diplomat mədəni əlaqələr haqqında məlumat verərək, keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara vilayət sakinlərinə milli mədəniyyətimiz, musiqimiz, rəqs, rəsm sənətimiz, musiqi alətləri, milli libaslarımızın təqdim ediləcəyini, kitabxanalara və yerli diaspor təşkilatına Azərbaycana dair xeyli nəşrlərin hədiyyə olunacağını bildirib. O, bu ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Şuşa ili" elan olunduğunu və bu istiqamətdə Özbəkistanda keçirilən tədbirlər və layihələr barədə danışıb.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri, millət vəkili Qənirə xanım Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayaraq, belə tədbirlərin daimi keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Qənirə Paşayeva Türk dünyası arasında həmrəylik haqqında danışaraq Azərbaycanın Qarabağdakı zəfəri və Vətən müharibəsində Türk ölkələrinin haqq işimimizə dəstək göstərdiklərini minnətdarlıqla anıb. 

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa ediblər.

Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Kaykeb Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. 

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər