BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Həftənin ilk günündə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası və Banklar Assosiasiyası ilə birlikdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin geniş müzakirəsi keçirilib.

Komitə üzvü, millət vəkili Elnur Allahverdiyev hesab edir ki, plenar iclasın müzakirəsinə çıxarılan qanun layihəsi dövrün tələbləri və iqtisadi trendlərinə cavab verir. “Layihə qəbul edildiyi tədqirdə qanun dövlətlə özəl sektor arasındakı münasibətlərin daha intensiv, konstruktiv və effektiv olacağına şərait yaradacaq. Biz bilirik ki, hökumətin başlıca iqtisadi kursu real iqtisadiyyatın mövqelərinin möhkəmlənməsinə və büdcənin enerji daşıyıcılarından əldə edilən gəlirdən asılılığının azaldılmasına yönəlib.

Bu baxımdan, sözügedən qanun layihəsi hökumətin kursunun ruhuna uyğundur” – deyə E.Allahverdiyev bildirib.

Deputat deyib ki, qanun qəbul edilərsə, “dövlət-özəl münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu qanun özəl sektor təmsilçilərinə mühüm üstünlüklər verən yeniliklərə səbəb olacaq. Söhbət azad rəqabətin, tərəflər arasında həm marağın, həm də risk balansının qorunması, hüquq bərabərliyi kimi prinsiplərdən gedir. Xüsusilə qeyd etmək istəyirəm ki, qanun həmçinin, şəffaflıq və səmərəliliyin artımına ciddi təkan verəcək”.

E.Allahverdiyevin sözlərinə görə, dövlət xüsusilə son illərdə sahibkarın yanında olduğunu nümayiş etdirən addımlar atır. Bu baxımdan, sözügedən qanunun qəbul edilməsi prosesin daha da intensivləşməsi ilə nəticələnəcək: “Gəlin pandemiya və postpandemiya dövrünü xatırlayaq. Hökumətin sahibkarları ayaqda saxlamaq üçün atdığı addımları, onlara kompensasiyaların ödənilməsi, postpandemiya mərhələsində özəl sektorun özünə gəlməsi üçün görülən tədbirləri unuda bilmərik. O cümlədən, vergi sisteminin təkmilləşməsi, gömrükdəki neqativ hallardan nəticənin çıxarılmasına doğru atılan addımları da vurğulamalıyıq”.

Millət vəkilinin verdiyi məlumata görə, sözügedən qanun tək özəl sektora dividentlər verməyəcək. Dövlət özü də bu prosesdən qazanan tərəf olacaq. “Təbii ki, dövlətin də öz xeyiri var. Ümumiyyətlə, əgər hökumət qarşısına özəl sektorun iqtisadiyyatdakı payının artırılması məqsədini qoyubsa, sahibkarın və milli biznesin inkişafı tək özəl iqtisadiyyata deyil, dövlətə də xeyirdir. Bu baxımdan, qanun dövlət vəsaitlərindən səmərəliliyin artmasına yol açacaq. Vəsaitlərin səmərəliliyi ilə yanaşı xidmətlərin də səməmrəliliyi və keyfiyyəti yüksələcək. Bu, özəl investisiyaların, habelə xarici kapital axınının artmasına səbəb olacaq. Rəqabət amili güclənəcək, məntiqlə, rəqabətəmeyilli yerli məhsul istehsalı və onun xarici ixracı səviyyəsi artacaq. Bütün bunların daha bir hədəfi təbii ki, iş yerlərinin açılması və məşğulluğun artımı olacaq” – deyə E.Allahverdiyev vurğulayıb.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər