BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xankəndi-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin, KİV nümayəndələri və könüllülərədn ibarət yüzlərlə vətəndaşın keçirdiyi aksiya 4 gündür ki, davam edir. Əslində bu aksiyanın olacağı gözlənilən idi.

Silaha sarılıb hərb yolu ilə, qanla hər şeyə nail ola biləcək gücdə ordumuz olsa da, Azərbaycan xalqı hər zaman səbrli davranışları ilə seçilib. İndi də Rusiya sülhməramlılarının bölgədən çıxarılması, ərazilərdə monitorinqlərin aparılması üçün bu aksiyalar ilk addımlardır. Yəni hələ ki, düşmənlə “xoş” danışırıq! Əgər tələblərimiz yerinə yetirilməsə, o zaman ordumuz tələblərimizin yerinə yetirilməsi üçün lazım olanları edəcək!

"Xeber 7" məlumat verir ki,Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aksiyada səsləndirilən bütün fikirlər və qərarlar, şüalar 10 milyonluq deyil, 50 milyonluq Azərbaycanın fikirləridir. KİV nümayəndələri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin üzvləri öz dövlətinin, hökümətinin və Ali Baş Komandanının yanında olduqlarını sübut edir. Onun bütün fikirlərini dəsəkləyir və yumruq kimi onun ətrafında sıx birləşib. Bu səbəbdən də keçirilən aksiyaların səbəbi məlumdur.

“Bilirsiniz ki, həmin ərazilərdə yerləşdirilmiş Rusiya sülhməramlıları orada monitorinq keçirmək istəyən aidiyyəti qurumların fəaliyyətinə mane olub, öz vətəninə keçməsinə mane olmuşdu. Bu etirazlarla biz sülhməramlılara öz mövqeyimizi göstərmiş olduq. 10 noyabr üçtərəfli bəyanatda olan 6-cı maddəni qeyd edirlər. Bu maddədə Xankəndidə yaşayanların sərbəst şəkildə Ermənistana gedib-gəlməsi üçün şərait yaradılması göstərilmişdi.

Amma elə həmin bəyanatın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması yer almışdı. Amma bu gün Ermənistan həmin dəhlizin açılmasına maneə yaradır Süni əngəllər törədir”,- deyən politoloq vurğulayıb ki, aksiyalar davam etməlidir.  Ramiz Alıyev hesab edir ki, digər ictimai-siyasi təşkilatlar, siyasi partiyalar, xüsusilə müxalifət yönümlü siyasi partiyalar da bu aksiyalara qoşulmalıdır. "Müxalif partiyalar ona görə qoşulmalıdır ki, dünya ictmaiyyəti görsün, biz birlikdəyik və bu məsələdə dövlətimizin yanındayıq. Biz öz torpaqlarımızda ekoloji terrorun əleyhinəyik və ona əngəl yaradacağıq . Dünya dövlətləri və beynəlxalq təşkilatlar bütün dövrlərdə ekoloji terrora qarşı çıxdıqlarını bildirirlər. Ekologiyanın çirkləndirilməsinə qarşı çağırışlar edirlər. Biz də bu gün həmin təşəbbüsdən çıxış edərək, ekoloji terrorun qarşısının alınmasına çalışırıq. Və ekoloji terrorun üzə çıxarılması üçün dövət orqanlarının həmin ərazilərdə monitorinqlərinin keçirilməsinə şərait yaradılmasını tələb edirik”,- deyə R. Alıyev bildirib.

 

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər