BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası bir neçə gündür ki, davam edir. Əlbəttə ki, bu etiraz aksiyası qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir. Etirazçıların tələbi Azərbaycanın suveren ərazisində təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması, monitorinq qrupunun, ekoloqların həmin ərazilərdə öz işlərinin davam etdirilməsinə şərait yaradılmasıdır. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən bu aksiyası təşkil olunub. Azərbaycan həmişə olduğu kimi sülhməramlı siyasətini davam etdirir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən olan insanlar aksiyaya qoşulur. Təbii ki, fəallar general-mayor Andrey Volkovun aksiya yerinə gəlməsini tələb edirlər. İstənilən bir vəziyyətdə bir yumruq olaraq birləşməyi bacaran xalqımız bu gün də bu birliyi nümayiş etdirir. "Qızılbulaq" qızıl yatağına və "Dəmirli" mis-molibden yatağına buraxılmayanadək, eləcə də qeyri-qanuni istismarla bağlı bu və ya digər tələblər yerinə yetirilməyənə qədər bu aksiya davam edəcəkdir. Etirazçılar Azərbaycanın ekoloji qanunvericiliyinin normalarına müvafiq olaraq, ekoloji vəziyyətin ədalətli şəkildə qiymətləndirilməsini israrlı olaraq tələb edir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan tərəfindən ekoloji soyqırımı törədilib. İşğal altında olmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə dəymişdir. Ekoloji terror aktları törədərək, meşələri yandıraraq, öz hərbi məqsədləri üçün bundan istifadə etmişdir. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Bu gün Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovun aksiya iştirakçıları ilə görüşməsi vacib olsa da hələ də o, danışıqlara gəlməyib. 

          Rəsmi İrəvanın qərəzli iddialarına gəlincə bildirək ki,  bu,  əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtan xarakterli olduğundan bu heç bir həqiqəti əks etdirmir. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanılıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.

          Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması və s. məsələləri üzrə işçi qrup yaradılıb. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq, monitorinqin keçirilməsinə maneçilik törədilib. Ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı təkcə Azərbaycan üçün yox, region üçün də böyük ekoloji fəlakətə səbəb ola bilər.

          Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır.

          Əlbəttə ki, 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Ermənistan üçtərəfli Bəyanatı kobudcasına pozaraq, Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə edilir. Cinayətin qarşısı mütləq alınmalıdır. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

          Bu gün Azərbaycan fəallarının keçirdiyi etiraz aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki, inteqrasiya olunmayıb. Erməni yalan və uydurmaları müasir dünyamızda artıq qəbulolunmazdır. Bugünki Azərbaycan ötən əsrin 90-cı illərində olduğu dövlət deyil. Güclü iqtiasadiyyatı, modern ordusu olan, dünyada söz sahibi olan beynəlxalq aləmə inteqrasiya olan bir dövlətdir. Beynəlxalq tribunalardan Azərbaycanın haqq səsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən dünyaya çatdırılır. Bu gün regionda yeni reallıqlar yaratmış Azərbaycanın mövqeyi, sülhsevər siyasəti ilə  dünya ölkələri hesablaşır. Odur ki, regionda söz sahibi olan Azərbaycan haqsızlığa, ədalətin pozulmasına heç vəchlə imkan verməz. Xalq və iqtidar birliyi sarsılmazlığı istənilən bir vəziyyətdə özünü büruzə verir.

 

Aslan MEHDIYEV, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər