BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ayan Məmmədli: “Azərbaycan musiqi sənətini yaradan böyük sənətkarların yolunu layiqincə davam etdirməyi, onları təbliğ etməyi özümə borc bilir və bundan qürur duyuram”

 

Avstriyanın paytaxtı Vyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 16.12.2022 tarixində, görkəmli Azərbaycan musiqişünası, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 90 illik yubileyinə həsr olunmuş “Musiqiyə həsr olunmuş ömür” adlı tədbir keçirilib. “Culture Meeting Point” mədəniyyət təşkilatının təşəbbüsü və Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Akademik Birliyinin iştirakı ilə keçirilən tədbirdə musiqisevərlər, Avstriya ictimaiyyətinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

    Tədbirdə “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova, Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, musiqiçi-pedaqoq Kəmalə Əhmədova və görkəmli musiqişünasın qızı Kəminə Məmmədova çıxış ediblər. Çıxışlarda 1977-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş görkəmli musiqişünasın Azərbaycanda musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Diqqətə çatdırılıb ki, E.Abasovanın elmi-pedaqoji fəaliyyəti çoxşaxəli olub. Buraya musiqi tədrisi və maarifçiliyindən tutmuş musiqi sahəsində jurnalist yaradıcılığı, müəllimlik, tədrisin idarə edilməsi və ictimai-təbliğat musiqi fəaliyyəti daxildir. Çıxışlardan sonra E.Abasovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub.

     Tədbirin bədii hissəsində çıxış edən Avstriyanın Anton Brukner adına Konservatoriyasının azərbaycanlı tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli qeyd edib ki, “Dünyada hər bir xalqı təmsil edən əsas amillərdən biri, onun zəngin mədəniyyətə malik olmasıdır. Bu baxımdan Azərbaycanın zəngin mədəniyyətinin dünyaya tanıdılmasında  milli musiqilərimizin  xüsusi rol oynadığını, onların ölkə sərhədlərindən kənarlarda sanballı şəkildə təqdim edilməklə təbliğ olunması çox vacibdir. Məlumdur ki, çox qədim mədəniyyəti olan Azərbaycanın zəngin musiqiləri, bu musiqiləri yaradan və yaşadan böyük bəstəkarlarımız, musiqişünaslarımız, pedaqoqlarımız  var. Mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, bu musiqiləri yaradan, yaşadan, inkişaf etdirən, yeni gənc nəsilə öyrədən, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində illər boyu böyük işlər görmüşdür. Bu cür sənət adamlarına hər zaman xalqımızın və dövlətimizin hörməti, qayğısı və onların xatirələrinin əziz tutulması sahəsində görülən işlər, Azərbaycan mədəniyyətinin inkişafında, onun dünya miqyasında yayılmasında böyük rol oynayır. Məhz bu baxımdan bu gün yubiley tədbirinə yığışdığımız professor Elmira xanım Abbasovanın dəyərli bir musiqiçi kimi xatirəsi biz gənc nəsil üçün çox əzizdir. Çünki bu gün böyük nəzəriyyəçi alim, professor Elmira xanım Abbasovanın apardığı tədqiqat əsərləri əsasında, Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun yaradıcılığına həsr etdiyi "Ü. Hacıbəyovun opera və musiqili komediyaları", "Üzeyir Hacıbəyovun "Koroğlu" operası", "Ü. Hacıbəyov: həyat və yaradıcılıq yolu"na həsr olunmuş fundamental əsərləri, həmçinin müxtəlif nəsillərdən olan bəstəkarların və görkəmli ifaçıların yaradıcılığına həsr olunmuş qiymətli sənət əsərləri biz yeni nəsil üçün qiymətli ədəbiyyat mənbəyidir. Qeyd edildiyi kimi, Elmira xanım Abbasova uzun illər Azərbaycan Dövlət Konservatoriyasının müəllimi və rektoru kimi onlarla gənc musiqiçi kadrlar hazırlanmışdır. Bu gün mən çox xoşbəxtəm ki, Azərbaycan musiqi sənətində böyük iz və məktəb qoymuş, unudulmaz musiqişünas-pedaqoq, professor Elmira Abbasovanın belə bir gecəsində iştirak və çıxış etmək mənə nəsib olub. Çünki, mən də çoxsaylı gənc musiqiçilər kimi, özümü belə dəyərli pedaqoqların mənəvi sələfi hesab edirəm. Və Azərbaycan musiqi sənətini yaradan böyük sənətkarların yolunu layiqincə davam etdirməyi, onları təbliğ etməyi özümə borc bilir və bundan qürur duyuram”.

      Daha sonra gənc pianoçu Ayan Məmmədli tədbir iştirakçılarına dünya klassiklərinin və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim etmişdir.

     Tədbirdə həmçinin gənc avstriyalı musiqiçilərin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət nümunələr də dinlənilmişdir.

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər