BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan xalqının təkidilə yenidən ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev qısa zaman ərzində idmanın inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük uğurların əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi təmin olundu. Bu gün bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra olimpia hərəkatı ölkəmizdə geniş vüsət aldı. Tərəddüt etmədən demək olar ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.

Artıq Azərbaycan beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil edən ölkə statusu qazanıb. Formula-1 yarışları, I Avropa və lV İslam Həmrəyliyi oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, həmçinin futbol üzrə Avropa çempionatının 3 qrup oyunu və dörddə bir final mərhələsi ölkəmizdə möhtəşəm səviyyədə təşkil edildi. Beynəlxalq ictimaiyyət və aparıcı idman təşkilatları Azərbaycanı yarışlara təşkilatçılığını yüksək qiymətləndirirlər. Bütün bunların təməlində dövlətimizin başçısı Cənab İlham Əliyevin düşünülmüş uğurlu idman siyasəti dayanır. Beynəlxalq yarışlarda layiqli yer tutan idmançılarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə iştirak edən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırdı. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2022-ci il də ölkəmizin idman həyatında uğurlu il oldu. İl ərzində idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında və digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Onlardan da 356-sı Olimpiya, 384-ü qeyri-Olimpiya, 97-si isə paralimpiya proqramına aidir. Bu, kifayət qədər böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizin idman siyasəti uğurlu nəticələrini verməkdədir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə, mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək.

Cəbi Quliyev 
Milli Məclisin deputatı

3

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər