BAKU Azərbaycan
28.72 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal Risklər Hesabat 2023" hesabatında növbəti 2 il və 10 il üçün risklər göstərilmişdir. Təbii ekosistem, insan sağlamlığı, təhlükəsizlik, rəqəmsal hüquqlar və iqtisadi sabitlik sahələrində riskləri göstərən sənəd 2023-2033 cü illərin dünya iqtisadiyyatı üçün transformasiya periodu olacağını qeyd edir.  Növbət 10 il ərzində çoxsaylı iqtisadi, siyasi və ekoloji şoklar dünyanı xeyli dəyişək. 

 

Görünməmiş borc xaosundan qlobal iqlim dəyişikliklərinə qədər kütləvi iqtisadi çağrışlarla üzləşəcək dünya ölkələri ilk dəfə olaraq bu periodda "çoxlu böhranların eyni anda baş verməsi" ilə üzləşəcəkdir. İqtisadçılar bu hal üçün hətta yenin termin də müəyyən ediblər - POLİKRİZİS (polycrisis). Mənası "çoxlu böhran" deməkdir. Əslində bu cür  böhranlarla hər bir ölkə ayrı-ayrılıqda müxtəlif vaxtlarda üzləşiblər. Amma ilk dəfə olaraq ölkələr bu böhranların hamısı ilə eyni vaxtda üzləşəcəklər. 

 

Hazırda hökumətlər və biznes sektoru daha çox qısa müddətli çağırışlarla - inflyasiyanın artması, resessiya riskləri ilə mübarizə aparmaqda aktivlik göstərirlər. Dünyanın fokusu hazırda "bü günkü krizis"dən canını qurtamağa yönəlib. Amma uzun müddətli risklərlərlə lazımı mübarizənin aparılmaması - 2033-cü ilədək dünyada nəhəng Polikrizisin baş verməsini qaçılmaz edəcəkdir. 

 

Əsas uzunmüddətli risklər - iqlim dəyişikliklərinin yumşaldılması, iqlim dəyişikliklərinə uyğunlaşmaqda uğursuzluqlar, ekstrim hava hadisələri və biomüxtəlifliyin məhv olmasıdır. Bu risklər dünya iqtisadiyyatında mühüm şərtlər olan - yaşayış xərcləri, qida çatışmazlığı, resurs qıtlığı kimi amillərə ciddi təhlükələr yaradırlar.

 

Bu qısa və uzunmüddətli risklər Polikrizis yaratmaq üçün yetərlidir. Dünyada müharibə risklərinin artması bu şəraiti daha da yaxınlaşdırır.

Azərbaycanın Polikrizisdən yumşaq təsirlənmək üçün ilkin imkanları mövcuddur. İqtisadi imkanların və dayanıqlılığın mövcud olması, təbii resurslar, dövlətin çevikliyi və uzaqgörənliyi bir çox böhranlardan yan keçməyə imkan verəcəkdir. Amma dünya iqtisadiyyatının bir hissəsi kimi Polikrizisin bütün təsirlərindən yan keçmək mümükün olmayacaqdır. Məsələn, ekoloji böhran, su çatışmazlığı, iqlim dəyişiklikləri hər il ölkəmizdə də daha çox hiss olunur və bu problem dövlət xərclərini artıracaqdır. 

 

Qlobal Polikrizis riskləri ilə yanaşı Azərbaycanın təhlükəsizlik və ərazilərin bərpası üçün böyük çağırışlarla üzləşməsi dövlətimiz qarşısında mühüm çağırışlar yaradacaqdır. Bu sınaqlardan uğurlu çıxmaq üçün dövlət-sahibkar-vətəndaş birliyin daha da güclənməsinə ehtiyac yaranacaqdır. Böhranlardan minimum itkilərlə çıxmağın tək yolu isə hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi olacaqdır. 

Çünki təcrübə göstərir ki, ancaq güclü dövlət-vətəndaş birliyi sərt böhranların öhdəsindən gələ bilir.

 

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri

 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər