BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Davos İqtisadi Forumunun 53-cü iclası müasir qlobal çağırışlar fonunda mahiyyət və keyfiyyətcə tam yeni bir mərhələyə təsadüf edir. Postpandemiya dövrü, faktiki III Dünya müharibəsi, siyasi, sosial-iqtisadi və demoqrafik böhranın dərinləşdiyi bir vaxtda artıq köhnə baxışlar, hətta ötənilki yanaşmaların belə effektiv olmadığı üçün yeni düzənin formalaşması zərurətdir. Bu mənada Davos ən yaxşı platformalardan biri kimi çıxış edir və qlobal güclər də anlayır ki, ortaq yol tapılmazsa dərinləşməkdə olan geosiyasi və geoiqtisadi parçalanma, təhlükəsizlik problemləri, iqlim və ərzaq böhranı nəzarətdən tam çıxaraq fəlakətə səbəb ola bilər.Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.Onun sözlərinə görə, bu cür fors-major vəziyyətdə Dünya İqtisadi Forumunun 53-cü illik toplantısına fürsət kimi baxılması məntiqlidir və dəvətlilərin də məhz regional və qlobal müstəvidə həllqabiliyyətli və nüfuzlu liderlər olması şərtdir. Bu mənada Foruma dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.“Aydındır ki, Davos Forumu iqtisadi müstəvi hesab olunur, lakin o da sirr deyil ki, alınan qərarların nəticələri dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi formada inikas olunur. Hazırkı mürəkkəb geosiyasi şəraiti nəzərə aldıqda isə siyasi təsirlərin çəkisinin əvvəlkilərdən daha çox olacağı aydındır. Lakin əvvəlki alət və vasitələr, eyni zamanda, köhnə hədəflər artıq effektiv deyil. Bu gün tələb olunan əsas alətlər ən müasir innovasiyalar və alternativ bərpaolunan daimi mənbələr hesabına təmin edilən enerji təhlükəsizliyidir. Bu sahədə təbii ki, ixtisaslaşmış dünya nəhəngləri var. Lakin o da faktdır ki, Prezident İlham Əliyevin ardıcıl səylərinin davamı olaraq Azərbaycana artıq həmin müasir enerji tendensiyalarının elit klubunun yeni üzvü kimi baxılır. Faktiki olaraq Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli söz sahibi olması, alternativ mənbələr hesabına enerji istehsalçısı kimi sürətlə aparıcı mövqeyə yüksəlməsi 53-cü Forumda Azərbaycana baxış rakursunda da köklü dəyişikliklərə yol açıb. Prezident İlham Əliyev də praqmatik siyasətçi və təcrübəli iştirakçı kimi həm yeni tendensiyalardan qarşılıqlı faydalanaraq Azərbaycanda həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinə diqqət çəkmək, həm də Azərbaycan həqiqətlərini bəyan etmək üçün Davos Forumunun əhəmiyyət və imkanlarını düzgün qiymətləndirir”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputat qeyd edib ki, bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Prezident İlham Əliyevin Davos təqviminin ilk günündə ifadə olunan tezislərinə diqqət etsək, Bakının artıq dünya ilə yeni tendensiyaların dilində danışmağı bacardığını görərik. Məsələn, dövlətimizin başçısı Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarının və sazişlərinin ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacağını bəyan etməklə Avropanın milli təhlükəsizliyində artan rola sahib olacağını bəyan edir. Eyni zamanda, ölkə ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığı nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac olduğunu bəyan etməklə dövlətimizin başçısı Azərbaycanın formalaşdırdığı infrastrukturun, Zəngəzur dəhlizinin Avropa üçün ən etibarlı və ən təhlükəsiz variant olduğunu, yaxud başqa bir məsələdə, Azərbaycan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrini işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirməyi planlaşdırdığını bəyan etməklə, Zəngilanın timsalında mövcud uğurlu əməkdaşlığa digər investorların da cəlbi üçün münbit şəraiti diqqətə çatdırdı. Üstəlik bütün bunlar yeni dünya düzənin tələbinə uyğun, dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq həyata keçirildiyi bəyan edilməklə Prezident İlham Əliyevin Azərbaycanı yeni çağırışlar dövründə alternativsiz tərəfdaşa çevirməkdə olduğu aydın görünür.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər