BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avropa Parlamenti növbəti dəfə özünün qərəzli mövqeyini, anti-Azərbaycan yanaşmasını davam etdirərək, ölkəmizə qarşı qərəzli və heç bir halda reallıqlara, faktlara və Cənubi Qafqazdakı mövcud şəraitin diktə etdiyi şərtlərə uyğun olmayan qətnamə qəbul edib. Maraqlıdır ki, bu anti-Azərbaycan xarakterli qətnamədə ölkəmizin guya Ermənistana hərbi təcavüz etməsi, işğalçılıq siyasəti yeritməsi, Laçın yolunda blokada tətbiq etməsi və bunun nəticəsində Xankəndi və digər yaşayış məskənlərində erməni sakinlərin humanitar böhranla üzləşdiyi haqda sərsəm və əsassız fikirlər səsləndirib. Əvvəlcə onu qeyd edim ki, Avropa Parlamenti kimi korrupsiyada və rüşvətxorluqda ciddi faktlarla ittiham olunan bir təşkilatın Azərbaycan haqqında bu cür siyasi xarakterli və sırf hansısa qrupların, dövlətlərin maraqlarına xidmət edən beynəlxalq hüququn prinsiplərini kobud şəkildə ayaqlar altına atan belə qətnaməyə mənəvi haqqı yoxdur. Avropa Parlamenti hüquqi proseduralarla bağlı bu cür siyasi qərarlar qəbul etməklə Avropa və onun siyasi institutlarında artıq hüquqi nihilizmin baş alıb getdiyini bir daha nümayiş etdirir.Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.O qeyd edib ki, məhz Ermənistanın işğalçılıq, faşist və irqçi siyasətinin nəticəsi olaraq Naxçıvan siyasi, iqtisadi, enerji blokadasındadır. Məhz Ermənistanın tətbiq elədiyi bu siyasət nəticəsində 300 mindən artıq azərbaycanlı illərdi blokada və humanitar böhran şəraitində yaşayır. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu insanlarımız elementar ehtiyaclarını, tələbatlarını ödəyə bilirlər. Çox təəssüf ki, demokratiyadan, insan hüquqlarından, bəşəri dəyərlərdən bəhs edən, ağız dolusu danışan Avropa Parlamenti bir dəfə də olsun bu faktı işıqlandırmayıb, bununla bağlı hər-hansı bir qərar qəbul etməyib. Ermənistana hər hansı təzyiqlərin edilməsi ilə bağlı çağırış səsləndirməyib. Eyni zamanda, Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamenti nədənsə ötən 30 illik tarixini görməzlikdən gəlir. Bu illər ərzində qətnamələrində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir kəlmə də olsun fikir ifadə etmədiyini yaddan çıxarır.A.Əliyev bildirib ki, Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran və belə bir absurd ifadə səsləndirən Avropa Parlamenti Azərbaycan qoşunlarının Ermənistan ərazilərinə daxil olduğunu nəyin əsasında bəyan etdiyini əsaslandırmayıb. Bir ölkə ki, sərhədlərinin dəqiqləşməsini həyata keçirməyib və bu istiqamətdə addımların atılmasında da maraqlı deyil, o halda həmin dövlətin yerinə Avropa parlamentarilərinin sərhəd müəyyən etməsi, sərhədlərin demarkasiyasını həyata keçirməsi və “həmin ərazilərdə Azərbaycan qoşunlarının dayandığı” kimi absurd bəyanatlar səsləndirməsi artıq Avropa siyasətçilərinin reallıq hissindən nə qədər uzaq düşdüklərini ifadə edir.

“Otuz il ərzində məhz Avropa Parlamenti kimi saxta, riyakar, ikiüzlü beynəlxalq təşkilatların və güclərin dəstəyi ilə Ermənistan dövləti tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozularkən bir dəfə də bu fakt dilə gətirilmədi, hər hansı qərarlarda, qətnamələrdə qeyd olunmadı. Belə təşkilatlar münasibətlərin normalaşmasına deyil, hansısa qaranlıq məqsədlərə xidmət etməklə cəmiyyətlər, dövlətlərarası münasibətlərin gərginləşməsinə çalışırlar. Buna baxmayaraq Azərbaycan Avropa üçün çox ciddi etibarlı tərəfdaşdır. Ölkəmiz Avropa İttifaqının ayrı-ayrı strukturları ilə beynəlxalq hüququn prinsiplərini, dövlətlərin daxili işlərinə müdaxilə etməmə şərtlərini, qaydalarını özlərinin fəaliyyətində əsas prioritet olaraq qəbul edən qurumları, strukturları ilə qarşılıqlı faydalı münasibətləri davam edir. Əslində Avropa Parlamenti Azərbaycanın indiki gərgin beynəlxalq şəraitdə Avropanın enerji təhlükəsizliyində oynadığı rolu bir an belə unutmamalı, tam əksinə ölkəmizə və onun Prezidenti İlham Əliyevə sərgilədiyi qətiyyətli, dönməz və ardıcıl mövqeyə görə daim minnətdar olmalıdırlar. Məhz Azərbaycan dövləti və onun Liderinin ortaya qoyduğu şəxsi ali iradə nəticəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın karbohidrogen ehtiyatları çox mühüm və aparıcı rol əldə etməkdədir. Avropa parlamentariləri qərarlar qəbul edərkən bir daha dərindən düşünməli, oturduqları budağın baltalanmasının onlar üçün nələrlə nəticələnə biləcəyini bir daha götür-qoy etməlidirlər”, - deyə politoloq diqqətə çatdırıb.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər