BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Taleyin hökmü ilə Vətənimiz Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşib. Qonşularımızın ən azı üçü – Rusiya, İran, Ermənistan bizə yumşaq desək, səmimi “dost” münasibətində deyil, daim təhlükə və təhdid mənbəyidir. Bu gün Rusiya və Ermənistan haqqında danışmaq istəmirəm. Son aylar daha aktual olan bir ciddi məsələ İranın Azərbaycana qarşı qərəzli, məkrli siyasəti (davranışı) açıq düşmənçilik müstəvisinə keçib. Dövlətimizin taleyinə laqeyd qalmaq istəməyən, vətəndaşlarımız bu barədə öz mövqelərini açıqlayır, fərziyyələr irəli sürür, açıqlamalar verirlər. Əslində, İranın məqsəd və niyyətləri barədə danışsaq həddən artıq çox vaxt aparar.  Bir cümlə ilə onu belə ifadə etmək olar: İran tarix boyu dini təriqət, özünün yaratdığı yeni bir dini ideologiya yaradaraq, bunu dövlət siyasətinə çevirmiş, bununla qonşu dövlətlərə, islam dünyasına təsir etmək, xüsusi mövqeyə sahib olmaq, öz təsir imkanlarını genişləndirmək məqsədi güdür. Bu yolda o, qonşu dövlətlərdə müxtəlif (hərbi, hərbi-siyasi, dini təriqət və s.) qruplaşmalar yaradaraq, müxtəlif təxribatlar törədir, hətta ölkədə vətəndaş müharibəsi səviyyəsi qədər çıxarırlar. Çox uzağa getmədən buna  misal kimi Livan, Fələstin, Yəmən, İraq, Suriya və s. adlarını çəkmək olar. Təbii  ki, Azərbaycanla bağlı məsələ daha fərqli, bir az da qəlizdir və İranın ambisiyaları da daha böyükdür. Bu, məsələnin bir tərəfidir, digər tərəfi isə onların bu məkrli siyasətinə ölkəmizdə rəvac verən, İranın bizimlə belə təhdid dilində danışmağa, hədə-qorxu gəlməyə cəsarət verən səbəblərdir. Görəsən, İran nəyə və kimlərə güvənir? Onu Azərbaycan dövləti ilə ultimativ dildə danışmağa həvəsləndirən nədir? Ola bilsin ki, bunun da səbəblərinin müxtəlif izahları var. Bu səbəblərdən biri, məncə dövlət olaraq bizi daha çox narahat edən bir problemlə bağlı müzakirə açmağa ehtiyac var. Əlbəttə ki, bu, yenə din, təriqət məsələləri, onlardan sui-istifadə ilə bağlıdır. Diqqətinizi hələ illər öncə mütəmadi olaraq  qaldırlan (o cümlədən bəndəniz tərəfindən) bir mühüm problemə yönəltmək istəyirəm. Bu, ölkədə milli təffəkkürlü, dövlətçilik dəyərlərini uca tutan din xadimlərinin, ruhanilərin yetişdirilməsi ilə bağlıdır. Gəlin, etiraf edək ki, təəssüf ki, bu sahədə ciddi boşluqlar var, ölkədə dövlətimizə, onun həyata keçirdiyi siyasətə sadiq, ona səmimi xidmət edən din xadimlərinin, ruhanilərin yetişdirilməsi diqqətdən kənar qalıb və bu gün də bu məsələnin həllinə ciddi ehtiyac var. Bu boşluqlardan məharətlə istifadə edən ölkələr, əsasən də İran fars şovinizminə əsaslanan dini ideologiyanın yayılması üçün Azərbaycanın müstəqilliyinin ilk illərindən hərəkətə keçdi. Qonşuluqda yeni, müstəqil bir türk dövlərinin – Azərbaycanın yaranmasından narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verdilər.  Dinin təbliği, dini maarifləndirmə adı altında fars şovinizminin, İranın imperiya ambisiyalarını həyat keçirmək məqəsdi ilə, müxtəlif yollardan, üsullardan istifadə etməyə başladı. Bu üsullardan - İranda, xüsusilə Qum şəhərində dini təhsil alan vətəndaşlarımızın təsir altına salınması, "İmdad” komitəsi vasitəsi ilə insanlara pul verilməsi və sərhəd bölgəsində hər ay ailələrə ucuz ərzaqların paylanması, vətəndaşlarımızın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması və s. qeyd etmək olar. Müstəqilliyinin ilk dövrlərində dövlətimizin gənc və zəif olmasından, həmçinin digər bir düşmən dövlətlə müharibə şəraitində olmağımızdan hiyləgərcəsinə istifadə edən İranın müvafiq strukturları, heç nədən, heç kimdən çəkinmədən, heç bir əxlaqi-mənəvi dəyərlərə, dövlətlərarası diplomatik davranış qaydalarına, beynəlxalq hüquq normlarına hörmət etmədən, vicdansızcasına və həyasızcasına, geninə-boluna öz murdar, mənfur əmələrini həyata keçirməyə başladı və son dövrlərə qədər davam etdirdi.  Bu tipli çirkin "əməllər" törədənlər  multikultural və tolerant dəyərlərə söykənən Azərbaycanda göstərilən münaibətdən sui-istifadə edərək, insanların inancını istismar edir, müəyyən dairələri təsir altına salmağa çalışırlar. Ölkədə qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə "dini təhsil" verib "ruhani" kimi yetişdirən İranın dini mərkəzləri və digər təşkilatlarının yetişdirdiyi "kadrlar"ı vasitəsilə "İslamı müdafiə" adı altında pozucu fəaliyyətə əl atmağa sövq ediliblər.  Azərbaycan dövlətinin qonşuluq və birgəyaşayış qaydalarının rəhbər tutaraq  bu proseslərə səbrlə, təmkinli davranışı, diplomatik çağırışları  İranın riyakarlığını və iştahasının azalmasına təsir etmədi.

    Əslində, İran bu illər ərzində nə ilə məşğul olub? Uzun illərdir,  əksər dini məclislərdə dini təriqətçiliyin, ayrı-seçkiliyin təbliği, islam dinin parçalanması, İran –fars şovinizminin, hətta İran dövlət siyasətinin, imperiya ambisyalrının, siyasi və din xadimlərini açıq təbliği aparılır, dini təəssübkeşlik, islami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil, islam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaradılır. 
İranın xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən biri də, ölkədə İranyönümlü “5-ci kolon”u yaratmaq olub. Təəssüf ki, buna da müvvəfəq olub. 
Son zamanlar sosial şəbəkələrdə casuslar tərəfindən  İran ideologiyasının yayılması o qədər vüsət alıb ki, alternativ fikir söyləyənlərə hücumlar, təhdidlər təşkil edilir.  Müxtəlif dini mərasimlər adı ilə fars şovinizminin artıq küçə və meydanlara ayaq açmasının şahidi oluruq.  Bir vədəndaş, bir siyasi-ictiami fəal olaraq bunları görmürdük? ...Görməməzlikdən gəlirdik! Əslində, bizim bu cür loyal münasibətimiz onları daha cəsarətləndirmiş, onlar açıq terrora əl atmağa başladılar. Həm də ölkə daxilində.   
      İllərboyu İran  xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirildiyi, şəxsiyyətləri gizlədilərək başqa adlarla ərazilərimizdə terror-təxribat əməllərinin törədilməsinə, İran xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb olunması prosesi gedib.  Uzun müddət İran bu fəaliyyəttini pərədləməyə, müxtəlif cür  don geyindirməyə müvəffəq olub, həmçinin o, Azərbaycanı zəif, gücsüz, 1-ci Qarabağ  müharibəsində özünə dost, bizə isə düşmən Ermənistana (oxu Erməistan-Rusiya cütlüyünə) məğlub durumda olmağımızdan sui-istifadə edərək, qorxmadan, çəkinmədəm riyakarlıq etməyi bacarıb. Amma 2020-ci ildən, 44 günlük Vətən müharibəsindən, Azərbaycanımızın zəfərindən sonra artıq o öz xislətini, əsl simasını gizlədə bilmədi. Açıq düşmənçilik siyasətinə əl atdı, təhdidlərə keçdi. Amma bu dəfə İran yanıldı. Artıq Azərbyacan 90-cı illərin Azərbaycanı deyildi!!! Dövlətimiz, onun rəhbəri heç bir təhdiddən, hədə-qorxudan çəkinmədi! Bir də ki, dünyada təcrid olunmuş, beynəlxalq aləmdə radikalizmi, terroru dəstəkləyən, aqressiv, nüfuzu aşağı olan bir dövlət kimi tanınan İran, gündən–günə iqtisadi, hərbi-siyasi gücü artan, beynəlxaqlq nüfuza sahib, nüfuzlu, güclü dövlətlərlə əməkdaşlıq dostluq əlaqələri olan Qalib Azərbaycanı hədələməsi, təhdid etməsi mənasızdır. İran Müstəqil Azərbaycan dövlətinə qarşı məkrli siyasət aparmaqdansa, İran islam dəyərləri ilə uzlaşmayan hərəkətlərdən əl çəkməlidir. İran sülh və barışa böyük önəm verən İslam dəyərlərinə uyğun olaraq, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsinə - Azərbaycan əleyhinə şər və böhtan kampaniyasına, ideoloji təxribatlara son qoymalı, 30 il düşmən tapdağı altında qalan məscidlərimizi donuz axuru kimi istifadə edən erməni qəsbkarlarına etiraz etməli, onu qınamalı, regionda sülh və əmin-amanlığın bərqərar olması üçün səy göstərməlidir. 

   Əhməd N. Abbasbəyli

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər