BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547


Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirir, əməkdaşlığı genişləndirir, bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. 44 günlük müharibə Azərbaycanın həm iqtisadi, həm də hərbi gücünü dünyaya nümayiş etdirdi. Artıq ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, eləcə də, beynəlxalq təşkilatların sayı getdikcə artır. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, müstəqil dövlətimiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. 
Ümumiyyətlə, ölkəmiz beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, respublikamızda həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, indiki dinamik inkişafı şərtləndirib. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq miqyasda əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların fəal üzvünə çevrildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi. Azərbaycan müstəqillik dövründə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı kimi bir çox təşkilata üzv olmuşdur. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə də təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Bu gün Prezident cənab İlham Əliyevin dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasi kursu beynəlxalq aləmdə məmnunluqla qəbul olunur. Ölkə başçısı bu siyasəti müasir dövrün çağırışlarına və gələcəyin tələblərinə uyğun olaraq həyata keçirir.
Bildiyiniz kimi car ilin fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmişdir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Bu plenar iclas bir daha onu göstərdi ki, bəzi qüvvələr Azərbaycanın yaratdığı yeni regional reallıqlarla hələ də barışmaq istəmirlər. Bu barədə panel müzakirələrindən sonra Azərbaycan telekanallarına müsahibə verən cənab Prezident İlham Əliyev fikir bildirdi: "İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək". Həmçinin Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: "Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir".
Prezident cənab İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibə bir çox məsələlər müzakirə olundu. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məğlub Ermənistandan fərqli olaraq, respublikamız Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatlara, həmçinin digər razılaşmalara sadiqlik nümayiş etdirir. Qeyd edək ki, dövlət başçımız postmüharibə dövründə dəfələrlə  sülh və əməkdaşlıq çağırışları səsləndirib. Bu mövqe birmənalı şəkildə regionda təhlükəsizliyə və inkişafa yeni imkanların yaradılması kimi dəyərləndirlir. Bütün bunlar Azərbaycanın sülhyaratma prosesində sərgilədiyi prinsipial yanaşmanın beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini və qəbul edildiyini əyani şəkildə təsdiqləyir. 


İman ABDUYEV, politoloq

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər