BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Almaniya iqtisadi inkişaf baxımından Avropa məkanında aparıcı rol oynayır. Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı yüksəkdir. Digər tərəfdən nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilmsəinə yönəlmiş təşəbbüslərdir.

Azərbaycan Avropa Birliyinə böyük həcmdə qaz nəql edir. Gələcəkdə bu nəqlin miqdarı dəfələrlə artırıla bilər. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda bu sahədə Azərbaycanın rolu daha da önə çəkilir. Bu, tək enerji təhlükəzsizliyində deyil, nəqliyyat-logistika sahəsində də özünü göstərir.

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Azərbaycan Avropa Komissiyası üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Bu illər ərzində əldə etdiklərimizin bu səviyyədə qiymətləndirilməsi böyük nailiyyətdir. Azərbaycan gələcəkdə də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır

Hesab edirəm ki, Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək. Bundan başqa, Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda, Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir.

Bildiyiniz kimi Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Proqramı tərtib edilib və ilk sınaq layihəsini artıq həyata keçirilmişdir. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaq prioritet olaraq yer tutur. Bu səfərdən sonra Almaniyanın Azərbaycana investisiyalarını artıracağını gözləyə bilərik. Çünki, Azərbaycan hazırda mühüm geosiyasi faktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atmaqdadır.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Son xəbərlər

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Bütün xəbərlər