BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində seçicilərin 86.02 faizinin səsini qazanmış cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi gözlənilən və təbii idi. Ölkədə aparılan köklü islahatlar, müsbət dəyişikliklər Azərbaycan xalqı tərəfindən dəstəklənirdi. Azərbaycan Prezidentinin daxili və xarici siyasət kursu, atdığı addımlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin seçkilərdən sonra cənab İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında qarşıdakı illər ərzində prioritetləri müəyyən etdi. Həiqətən də, 2003-2018-ci illər ərzində Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşadı, ölkədə demokratik inkişaf prosesi çox sürətlə getdi, bütün azadlıqlar təmin edildi, azərbaycançılıq məfkurəsi hər yerdə özünü göstərdi. Bu müddət ərzində ölkəmiz qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildi. Sənaye istehsalı, valyuta ehtiyatlarımız artdı, sahibkarlığın inkişafı sürətlə getdi, bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib, ölkə daxilində enerji təminatı yaxşılaşdırılıb, böyük infrastruktur layihələri icra edilib. 2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Eləcə də su təchizatı sahəsində ciddi addımlar atıldı . 2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük proqramlar həyata keçirildi. Təbii ki, qeyd olunan müddət ərzində görülən işlərin, qazanılmış uğurların hamısını sadalamaq mümkün deyil. Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, mədəniyyət və idman sahəsində qazanılan uğurlar, ekoloji təhlükəsizliyə böyük diqqət ayrılması, ölkədə ümumi daxili məhsulun, büdcə gəlirlərinin artması, yeni iş yerləri açılması, əhalinin məşğulluq səviyyəsinin artması, əlbəttə ki, Prezident İlham Əliyevin düzgün strategiyasının nəticəsi idi.

Həmin dövrdə Azərbaycanın xarici siyasət sahəsində də uğurlarla zəngin olub. 2004-cü ildə ölkəmiz əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa Qonşuluq Siyasətinə qoşulub, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazanıb. Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaradıb. 2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olub. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır.

Azərbaycanın regionda bir nömrəli enerji dövlətinə çevirilməsi, enerji sahəsində Avropanın etibarlı tərəfdaşı statusu qazanması Prezident İlham Əliyevin böyük əməyi sayəsində mümkün olub.

Cənab Prezidentin andiçmə mərasimində səsləndirdiyi fikirlər, doğrudan da, gələcək inkişaf strategiyasına çox aydın baxışların olmasından xəbər verirdi.

 “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var”.

Bütün bu uğurları sadalamaqla yanaşı, əminliklə deyə bilərik ki, ilk dəfə prezident seçildiyi dövrdən başlayaraq, Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələlərdən biri, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olub. Ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasına daxil olmasında mühüm rol oynayıb. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutub. 2018-ci il iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirilib. 240-dan çox hərbi texnika, gəmi, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu parad Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki təchizat baxımından gücünü bütün dünyaya nümayiş etdirib.

Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdıq. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müharibə Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmçinin ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. O cümlədən Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Birmənalı olaraq demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər