BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, bu günlərdə Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyətinin Türkiyənin  Ərzurum şəhərinə səfəri olub. Səfərdə YAP idarə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili də iştirak edib. YAP rəsmisi səfərlə bağlı təəssüratlarını özünün sosial şəbəkə profilində paylaşıb: "Səfər Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirildi. Səfərin əsas məqsədi müqəddəs Ramazan ayında Türkiyəli qardaş və bacılarımızla bir yerdə olmaq, zəlzələ zamanı yaşadıqları ağır faciədən sonra bir daha onlara dəstək olmaq, Türk Dünyası qarşısında duran əsas çağırışlar barədə müzakirələr etmək, güclü Türkiyənin və Türkiyənin güclü liderlik ilə idarə olunmasının vacibliyinə kənardan-Azərbaycandan baxışı izah etmək, qardaşlıq münasibətlərinin daha da inkişafına təkan vermək idi. 
Xeyli görüşlərimiz oldu. Həm müttəfiqimiz olan hakim AK partiyası təmsilçiləri, həm Bələdiyyə nümayəndələri, sahibkarlar, vətəndaşlar, zəlzələdən zərər görmüş ailələr, universitet nümayəndələri ilə maraqlı görüş və müzakirələrimiz oldu. 
İlk hiss etdiyimiz -  bütün insanlarda Azərbaycana və onun prezidenti cənab İlham Əliyevə qarşı böyük hörmət və sevgi oldu. Azərbaycandan gəldiyimizi eşidən kimi hər kəsin gözündə bir sevgi dərhal yaranırdı. Əksər hallarda isə “bizden sayın Aliyevə salam söyləyin” deyirdilər. Qarabağda əldə etdiyimiz zəfərin qürur hissini burdakı bütün insanlarda da gördük. Əliyev-Ərdoğan qardaşlığının Türk Dünyasının inkişafının məhəng daşı olduğunu hər kəs söyləyirdi. 
Son 20 ildə Ərzurum böyük inkişaf yolu keçib. İqtisadi, sosial cəhətdən şəhərdə və şəhər ətrafı kəndlərdə xeyli işlər görülüb. Şəhər bələdiyyəsi yaxşı işləyir. İnsanlar əsasən razıdırlar. Küçədə təsadüfən görüşdüyümüz insanların əksəriyyəti seçkidə cənab Ərdoğana və AK partiyaya səs verəcəklərini söyləyirdilər. 
Azərbaycanın zəlzələ zamanı zərərçəkənlərə böyük dəstəyini hər görüşdə qeyd edirdilər. Bizim qardaşlıq səfərimizi çox sevinclə qarşıladılar. Ümumiyyətlə, bütün görüşlərdə “Bir millət İki dövlət” olduğumuz çox aydın hiss edilirdi.
Universitetə səfərimiz zamanı burda aparılan elmi tədqiqatlar bizi yaxşı mənada çox təəcübləndirdi. Hər il 100-150 elmi patent alan bu universitet ən müasir texnoloji yanaşmaları tətbiq edir. Azərbaycandan burda 3500 tələbə təhsil alır. 
Ərzurum dünyanın ən yüksəkdə yerləşən şəhəridir. Burda kökləri Azərbaycandan olan, Təbrizdən olan xeyli insan var. Hətta danışıq şivələrini belə çox hallarda saxlayıblar. Məsələn, onlar da “gedirəm, gəlirəm” deyirlər. Bütün görüşlərdə bir daha əmin oldum ki, əlaqələrimizi daha da inkişaf etdirmək üçün xeyli imkanlar mövcuddur. 
Biz bir-birimizi daha da yaxından tanımalıyıq. İmkanlarımızı paylaşmaqla daha da inkişaf edə bilərik. Dövlət başçıları arasında qardaşlıq hər iki ölkə üçün unikal şansdır". 

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər