BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistanın danışıqlarda “Qarabağ ermənilərinin hüquqları” mövzusunu gündəmə gətirməsi sülh prosesinə ciddi maneə yaradır. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, real danışıqlarda ölkəmizdə etnik azlıqda olan ermənilərə hansısa status verilməsi məsələsini qaldırırlar. Təbii ki, müharibədə uduzmuş, zəif düşmüş bir ölkə üçün bu cür arqumentlərlə “əlləri gücləndirmək” uğursuz cəhdən başqa bir şey deyil.

“Xeber7" məlumat verir ki, bunu Teleqraf.com-a açıqlamasıda politoloq Ramiz Alıyev ABŞ-da Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında davam edən danışıqları şərh edərkən bildirib.

Onun sözlərinə görə, 30 il ərzində, Minsk Qrupunun vasitəçiliyi ilə, Azərbaycandan heç bir güzəşt ala bilməyən Ermənistanın indidən sonra danışıqlarda hansısa əlavə dvident qazanacağını düşünmək sadəlövhlük olardı: “Prezident İlham Əliyevin də Şuşada beynəlxalq konfransda qeyd etdiyi kimi, Azərbaycan erməni tərəfinin sülh sazişinə əlavə etmək istədiyi absurd maddələrə heç bir halda buna razılıq verməyəcək. İrəvan özünün pozucu siyasətindən əl çəkməsə, hələ uzun müddən özünü bir sıra layihələrdən təcrid etmiş olacaq. Ermənistan hesab edir ki, ABŞ-ın siyasi çevrələrində çoxlu dostları, tərəfdarları var və belə bir şəraitdən sui-istifadə edir. ABŞ da prinsipcə, Ermənistanın bu cəhdlərinə qarşı çıxmır və ona meydan verir. Təbii ki, Vaşinqtonun əsas məqsədi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasına nail olmaqdan ibarət deyil. Çalışırlar ki, Cənubi Qafqazı təsir altında saxlasınlar, Rusiyanı prosesdən kənarlaşdırsınlar. Hətta istəyirlər ki, Azərbaycan və Ermənistan üçüncü bir tərəf olmadan öz aralarında razılıq əldə etsinlər. İndiki məqamda üçüncü tərəf olmadan Bakı və İrəvanın öz aralarında danışıqlar aparmaları və razılıq əldə etmələri inandırıcı görünmür. Kreml hesab edir ki, 10 noyabrda imzalanmış üçtərəfli razılaşmadan kənar əldə olunacaq anlaşma keçərli deyil. Yəni Moskva onun iştirakı və ya razılığı olmadan əldə ediləcək razılaşmanı qəbul etmir”.

Politoloq bildirdi ki, Ermənistanın baş naziri çıxışlarında özünü sülh tərəfdarı kimi aparsa da, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə etsə də pərdə arxasında fərqli addımlar atır: “Açığı mən Paşinyanın ötən gün parlamentdə səsləndirdiyi fikirləri səmimi qəbul etmədim. O bildirdi ki, Türkiyənin Ermənistanla sərhədi yenidən bağlamasının günahkarı ermənilər olub. Paşinyan İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara "Nemesis" abidəsinin ucaldılmasını yanlış addım saydı. Bildirdi ki, guya o, abidənin ucaldılmasına maneələr yaratsaydı, onu xəyanətdə ittiham edəcəkdilər. Paşinyan etiraf etdi ki, Ermənistan ağılla deyil, emosiyalarla idarə olunur. Erməni baş nazir özü də ölkəsini emosiyalarla idarə edir. Əks təqdirdə o, “Qarabağ Ermənistandır nöqtə” ifadəsini işlətməzdi, Azərbaycanın təkliflərini vaxtında qəbul edərdi və minlərlə gəncin ölümü hesabına başa gələn müharibəyə rəvac verməzdi. Paşinyan bu qədər ağıllıdırsa, “emosianal ermənilərdən” fərqlənirsə, niyə bütün bunları etdi? Əlbəttə ki, onun buna ritorik cavabı var. Deyəcək ki, xəyanətdə, satqınlıqda ittiham ediləcəyimdən qorxdum. Ermənistanda yaşayanlar öz ölkələrindəki acınacaqlı durumdan çox, özlərində olmayan Şuşa, Xankəndi, Cavaxetiya, Ağrıdağ kimi yerlərin xülyası ilə alışıb-yanırlar. Onlar “Böyük Ermənistan” deyə-deyə kiçik ermənistanı daha da balacalaşdırdılar”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycan danışıqlarda Ermənistan işğal etdiyi Qazaxın 7, Naxçıvanın 1 kəndini geri qaytarılması məsələsini haqı olaraq qaldırır: “Əgər Ermənistan özünə aid olmayanlara iddia edirsə, biz niyə özümüzə air olanları tələb etməməliyik. Düşünürəm ki, əgər iki ölkə arasında sülh müqaviləsi bağlanacaqsa, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması o sənəddə öz əksini tapacaq. İndiki halda mən Vaşinqtonda tərəflər arasında sülh müqaviləsinin imzalanacağına ciddi yanaşmıram. Hesab edirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti yoxdur. Onlar “x” gününü gözləyirlər. Hesab edirlər ki, hansısa təsadüf nəticəsində vəziyyət onların xeyrinə dəyişəcək və itirdiklərini geri alacaqlar. Necə deyərlər, tipik erməni xisləti onlara reallıqla barışmağa mane olur”.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər