BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mayın 22-də Vilnüsdə rəsmi səfərdə olan Prezident İlham Əliyevin litvalı həmkarı Gitanas Nauseda ilə görüşü əlbəttə ki, ilk növbədə, iki dövlət arasında ikitərəfli münasibətlərin müzakirəsi, iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Litva ilə Azərbaycan həm tarixi, həm də siyasi və iqtisadi inkişaf baxımından fərqli cəhətlərə malik olduğu kimi, bənzər və bu iki dövləti yaxınlaşdıran, birləşdirən tərəflər də var. Belə ki, oxşar tarixi keçmişi, eyni imperiyanın müstəmləkəsində olmuş və bənzər mübarizə yolu keçmiş bu iki postsovet ölkəsinin sonrakı inkişafı çox fərqli istiqamətlərdə davam edib. Belə ki, Qərbin dəstəyinə nail olan, ən yaxın qonşuları Latviya və Estoniya ilə çiyin-çiyinə verən Litva daha yumşaq və rahat inkişaf yolu keçərək dünyanın ən nüfuzlu təşkilatlarına, o cümlədən Avropa İttifaqına və NATO-ya üzv olaraq Avropa ailəsinin siyasi və iqtisadi cəhətdən inkişaf etmiş tamhüquqlu üzvünə çevrilib. Azərbaycan isə bu illər ərzində havadarlarına arxalanan bədxah qonşumuz Ermənistanın ərazi iddiaları, qanlı müharibə, torpaqlarının işğalı, Qərbin ədalətsiz münasibəti, haqsız təzyiqləri, nəhayət 44 günlük müharibə, möhtəşəm Zəfər, Qarabağın işğaldan azad olunması və digər çətin, əziyyətli, eyni zamanda, möhtəşəm və şərəfli tarixi yol keçib. Bu 30 illik keşməkeşə, çətin mübarizəyə rəğmən, Azərbaycan da artıq həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər inkişaf edib, regionun aparıcı dövlətinə, söz sahibi olan aktoruna çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

Bu cür əlaqələrin Azərbaycan və Litva üçün eyni dərəcədə vacib, əhəmiyyətli olduğunu söyləyən Ə.Abbasbəyli qeyd edib: “Litva Avropa ölkəsi, Avropa İttifaqının, NATO-nun üzvü olaraq həmin qurumlarla əlaqələrin inkişafı, Azərbaycan həqiqətlərinin çatdırılması və mövqelərimizin müdafiə edilməsi baxımından maraqlı tərəfdaş ola bilər. Xüsusilə regionda sülhün təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, rəsmi İrəvanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiyaları, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi kimi məsələlərlə bağlı obyektiv məlumatların ötürülməsində Litvanın dəstəyi çox əhəmiyyətlidir”.

İctimai Birliyin sədri bildirib ki, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu, nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr, Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələri barəsində, ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarə olunması kimi məsələlər də gələcəkdə Azərbaycan-Litva münasibətlərinin inkişafı baxımından diqqət mərkəzindədir.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər