BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

44 günlük Vətən müharibəsi dövründə Azərbaycana Türkiyədən sonra ən çox siyasi və mənəvi dəstəyi Pakistan İslam Respublikası verdi. Eyni zamanda müxtəlif ölkələrdəki Pakistan diasporu da həmin günlərdə Azərbaycan diasporu ilə həmrəylik nümayiş etdirdi.  Pakistan bununla bir daha dost və qardaş ölkə olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Pakistan dövləti və xaqlının bu dəstəyini xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Öz növbəsində Azərbaycan da Kəşmir və digər məsələlərdə hər zaman Pakistan İslam Respublikasına dəstək verir. Prezident İlham Əliyev bəyanatında bu haqda da danışaraq Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini vurğulayıb: “Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörməti bəsləyir və eyni dəyərlərə malikdir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk müsəlman dövlətlərindən biridir. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə yaradılıb. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.  Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində çoxşaxəli  addımlar atılıb. Dövlətimizin başıçısının dediyi kimi, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub”, - deyə cənab Prezident əlavə edib. Ümumiyyətlə, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir, dostluq münasibətləri daha da güclənir. Vətən müharibəsi zamanı biz bu dostluğun gücünə bir daha şahid olduq.

Prezident İlham Əliyev bəyanatında Pakistan və Azərbaycanın hər zaman çiyin-çiyinə dayanan ölkələr olduğunu vurğulayıb: “Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”. Həmrəyliyimizin nəticəsidir ki, Azərbaycanın Zəfəri eyni sevinclə Pakistanda da qeyd olundu. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları Pakistan kütləvi informasiya vasitələrində əsas başlıqla işıqlandırılırdı. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bəyanatında Azərbaycanın Ordusunun çox cəsarətlə döyüşərək Qarabağı azad etdiyini bildirib. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə də qardaş Pakistanın daima Azərbaycanın yanında olmasını, öz siyasi və mənəvi dəstəyini əsirgəməməsini böyük məmnunluqla qarşılayıb. Xüsusən Qələbə günü Azərbaycan xalqı Pakistanla bağlı öz hisslərini nümayiş etdirdi. İnsanlar birlik və qardaşlığımızın simovolu olaraq müharibə zamanı Pakistan bayraqlarını da dalğalandırırdılar. Pakistan xalqının heç zaman unudulayacaq bu dəstəyi Prezident İlham Əliyev səviyyəsində yüksək qiymətləndirilib.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər