BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun daxili işlər üzrə sədr müavini Mehdi Mehdiyev: “Su hövzələrinin və sahil boyu ərazilərin təmizliyi, balıqların yaşadılmasında qaydaların qorunması, balıqların populyasiyasına bütün qaydalara və qanunvericiliyə riayət etməklə şərait yaradılması, qadağan olunmuş torlardan, tokdan istifadənin qəti şəkildə aradan qaldırılması lazımdır”

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun daxili işlər üzrə sədr müavini Mehdi Mehdiyevdir.

Mehdi müəllim, Azərbaycanın hansı bölgələrini balıqçılıq turizmi baxımdan daha əlverişli hesab edirsiniz?

Bakı ərazisində Xəzər dənizi sahili, Türkan, Zirə, Şıx həvəskar və ya idman balıq ovu, eləcə də balıqçılıq turizmi baxımından əlverişli sayıla bilər. Qaradağ rayonunu da buraya əlavə edərdim. Rayonlardan Lənkəranın Xəzər sahili və Xanbulan gölü, habelə, Mingəçevir su anbarı, Şəmkir su anbarı kimi hövzələr bu baxımdan münasib sayıla bilər.

Azərbaycanda su resurslarının və onlardakı bioresursların qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz? 

Yaxın keçmişə baxdıqda, bəli, bu sahədə vəziyyət aktuallaşır. Ümumilikdə, ölkəmizdə su hövzələrinin və onlardakı bioresursların qorunması üçün hələ çox işlər görmək lazımdır. Bu sahədə daha müsbət nəticələr əldə etmək məqsədilə beynəlxalq təcrübəni öyrənmək olar.

Su resurslarının və onlardakı bioresursların qorunmasında bir həvəskar balıqçı kimi daha hansı təklifləriniz ola bilər?

Mən mədəni balıqçılığın inkişafının tərəfdarıyam. Bu işi həm də təbiəti sevərək etmək lazımdır.Çünki hamımız bu təbiətin bir parçasıyıq. Su hövzələrinin və sahil boyu ərazilərin təmizliyi, xırda balıqların yaşadılmasında qaydaların qorunması, balıqların populyasiyasına bütün qaydalara və qanunvericiliyə riayət etməklə şərait yaradılması, qadağan olunmuş torlardan istifadənin qəti şəkildə aradan qaldırılması lazımdır. Tok alətləri ilə balığın ovlanması hallarına qarşı barışmaz münasibət göstərməliyik. Cəmiyyətin hər bir nümayəndəsi bu cür hallara qarşı barışmaz olmalı, lazımi müqavimət göstərməli, müvafiq qurumlara bu barədə məlumat verməlidir. Bundan başqa, balıqların populyasiya vaxtının düzgün təyin olunması və onların ovlanma vaxtlarına və qaydalarına düzgün əməl olunmasına ciddi nəzarət etmək lazımdır.

Azad edilmiş ərazilərmizdə su resursları və onlardakı biomüxtəliflik necə qorunmalıdır?

O ərazilərdən bu barədə kifayət qədər məlumatım yoxdur. Hal-hazırda dövlətimiz oranın inkişafı üçün çalışır. O ərazilərdə də balıqçılıq turizminin yaranması üçün şərait var və gələcəkdə bundan səmərəli istifadə olunacağına əminəm.

Brakonyerliyə qarşı mübarizədə hər bir həvəskar balıqçı necə davranmalıdır?

Qeyd etdiyim kimi, belə yaramaz hallara qarşı dövlətin dəstəyilə sərt və ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bunun üçün balıqçılar və cəmiyyət də əlbir olmalı və lazımi işlər görülməlidir.

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər