BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır”

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əlaqələinin tarixi qədim dövrlərə gedib çıxır. Qədimdən bu vaxta kimi Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Qərblə əlaqələrin yaradılmasında körpü olub. Ayrıca Mərkəzi Asiya ölkələri ilə Azərbaycanı eyni soy kök bağlayır. Həmçinin bu regionun bir çox ölkələri ilə adət-ənənə birliyimiz var. Prezident İlham Əliyev cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışında məhz bu tarixi və mədəni əlaqələrə toxunub: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir”.

Tarixən Mərkəzi Asiya ölkələrinin ticarət marşurutu Azərbaycandan keçib. Qədim İpək Yolu bu baxımdan əyani nümunədir. Diqqət çəkən məqam isə cənab Prezidentin çıxşında “Rəqəmsal İpək Yolu” layihəsini vurğulamasıdır. Dövlətimzin başçısının “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir” deməsi Mərkəzi Asiya ölkələri arasında virtual bağlılığın və ticarətin daha da güclənəcəyindən xəbər verir.  

Bu gün də Azərbaycan Mərkəzi Asiya ölkələri üçün tiranzit rolunu oynayır. Cənab Pezidentin dediyi kimi, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. “Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan istər avtomobil yolu, istərsə də dəmiryolu qovşağı baxımdan bu inkanlara sahibdir. Bu haqda da cənab Prezident danışaraq qeyd edib ki, nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur: “Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Ayrıca dəniz limanı baxımından da Azərbaycan bu region üçün əlverişli imkanlara sahib ölkədir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir: “Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”.

 Bütün bunlarla yanaşı, Azərbaycan geosiyasi və iqtisadi baxımdan da Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş ölkədir. Azərbaycanın iqtisadi baxımdan artan gücü Mərkəzi Asiya ölkələrini də cəlb edir. Bu baxımdan bu region ölkələri Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlıqda maraqlıdırlar. Və buna görə də əksər Mərkəzi Asiya ölkələri Azərbaycanla ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün təklif və təşəbbüslərlə çıxış edirlər. Əlbəttə ki, Azərbaycan bu çağırışlara ölklərarası münadibətlər səvyyəsində hər zaman müsbət reaksiya verir. Elə Prezident İlham Əliyev də bir daha çıxışında Mərkəzi Asiya ölkələri üçün perspektivli layihələri xatırladıb: “Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır”.

Cənab Prezidentin Düşənbədəki çıxışından göründüyü kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən formada əmədaşlığa açıqdır. Azərbaycan hər zaman olduğu kimi ölkələrarası münasibətlərdə etibarlı tərəfdaşlığa üstünlük verir. Bu, Azərbaycanın dünyadan artıq ən önəmli üstünlüyüdür. Çünki, bir çox dünya liderləri öz çıxışlarında Azərbaycanın etibarlı strateji tərəfdaş ölkə olmasını xüsusi vurğulayırlar. Bununla ölkəmizin məhz Prezident İlham Əliyevin simasında dünyada çox böyük müsbət imici formalaşıb.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər