BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar Beynəlxalq Həmrəylik Qrupunun dəstəyi ilə "Böyük İpək Yolu – iqtisadiyyat, mədəniyyət, birlik, sülh yolu" adlı onlayn formatda beynəlxalq konfrans keçiriblər. Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Avstraliya, İordaniya, Oman, İngiltərədən millət vəkilləri, alimlər, ictimai xadimlər, diaspor liderləri, müəllimlər, gənclər, xanımlar, jurnalistlər, politoloqlar, araşdırmaçılar, mədəniyyət xadimləri qatılıblar.

Tədbirdə ilk olaraq çıxış edən Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü bu formatda keçirilmiş beynəlxalq konfranslardan, onların əhəmiyyətindən, görülən işlərin səmərəliliyindən bəhs edib. M.Göyüşlü tədbirin təşkilində Beynəlxalq Həmrəylik Qrupunun aktiv iştirakını xüsusi vurğulayıb. O, qalib və qürurlu millətin nümayəndəsi olaraq Azərbaycan, Türk-İslam dünyası və bəşəriyyət üçün önəmli məsələlərin müzakirəsində aktivlik edəcəklərini söyləyib. M.Göyüşlü İpək Yolunun yalnız iqtisadi məsələ deyil həm də mədəniyyət hadisəsi olduğunu qeyd edib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa beynəlxalq konfransın təşkilinə Beynəlxalq Həmrəylik Qrupunun verdiyi dəstəkdən danışıb. O, Böyük İpək Yolunun əhəmiyyətini vurğulayaraq, bu yolu həm də “Turan yolu” adlandırıb.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov “Böyük İpək Yolunun geosiyasi əhəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. M.Cəbrayılov Azərbaycanın geosiyasi proseslərdə aktiv iştirakından bəhs edib. O, tarixi İpək Yolunun əhəmiyyətindən, onun geosiyasi, geoiqtisadi əhəmiyyətindən söz açıb.

Millət vəkili Ceyhun Məmmədov Azərbaycana qarşı beynəlxalq miqyasda mövcud olan ikili standartlardan danışıb. O, məhz bu səbəbdən ictimaiyyətin beynəlxalq miqyaslı çalışmaları genişləndirməli olduğunu vacib sayıb. C.Məmmədov belə bir beynəlxalq konfransın təşkilini müsbət hal kimi xarakterizə edərək bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə Orta Dəhlizi, tarixi İpək Yolunu təbliğ etmək, onun əhəmiyyətinə həsr olunan çalışmalar həyata keçirmək çox vacibdir.

Türkiyənin Qazi Üniversitetinin müəllimi, “İpək Yolu” Tarix, Kültür, Sənət Araşdırmaları Dərnəyinin başqanı, doç. dr. Fahri Atasoy “Qloballaşma dönəmində İpək Yolu üzərində yenidən başlayan kültürəl təsir" mövzusunda çıxış edib. F.Atasoy çıxışında dünya miqyasında gedən proseslərdə mədəniyyətlərin təsirindən bəhs edib. O, bu istiqamətdə dilin əhəmiyyətindən, onun təsir imkanlarından da danışıb. Çıxışçı qeyd edib ki, İpək Yolu xalqları, dövlətləri bir-birinə yaxınlaşdıran mühüm bir layihədir.

ADPU-nun dosenti, tarixçi alim Mübariz Ağalarlı “Böyük İpək Yolu dünən və bugün: tarixi aspektdən dəyərləndirmə” mövzusunda çıxış edib. O, İpək Yolunun həm də bir tarixi proses olduğunu söyləyib. M.Ağalarlı qədimdə İpək Yolu ilə Çindən Avropaya ticarət və səyahət edildiyini diqqətə çatdırıb. Tarixçi alim İpək Yolu termininin meydana gəlməsi tarixindən də danışıb.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə ermənilərin anti-türk fəaliyyətlərinə, beynəlxalq miqyasda apardıqları qaralama kampaniyasına toxunub. O, buna qarşı mübarizə aparmaq üçün konkret təkliflər səsləndirib.

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin əməkdaşı, Sankt-Peterburq-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xeyransa Mirzəyeva xalqların inkişafında mədəniyyət amilinin əhəmiyyətinə toxunub, yaşadığı şəhərdə bu istiqamətdə erməni yalanlarına qarşı apardıqları mübarizədən bəhs edib.

Əməkdar müəllim Aydın Allahverdiyev müasir dünyada türk xalqlarına qarşı olan təhlükələrdən danışıb. O, türk xalqlarının mədəniyyət tarixinin yazılmasının vacibliyindən, bunun türk dünyasının inteqrasiyasında önəmli rol oynaya biləcəyindən bəhs edib.

Türkiyənin Nişantaşı Universitetinin müəllimi, Bengü Türk TV-də proqram aparıcısı Fatih Yurttaş İpək Yolunu türk yolu adlandırıb. O, dünyada türk ölkələrinə qarşı aparılan fəaliyyətlərdən bəhs edərək, buna qarşı hər kəsi aktiv olmağa səsləyib.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta İpək Yolunun, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. O bildirib ki, Çindən Avropaya uzanan bu yol “Turan yolu”dur.

Sonda tədbir iştirakçıları bu istiqamətdə çalışmaların davam etdirilməsini, Beynəlxalq Həmrəylik Qrupunun bu istiqamətdə faydalı fəaliyyətlər təşkil etməsinin əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, tədbirdə eyni zamanda AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim, dosent Hacı Həsənov, hüquqşünas Fərman Salmanlı, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, Türkiyənin Antalya şəhərindən ictimai xadim Ceyran Səttarova, Rusiyanın Yaroslavl şəhərindən “Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova, İordaniya üzrə koordinator, diaspora rəhbəri Zümrüd Dadaşova, Rusiyanın Sankt-Peterburq şəhərindən “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Gürcüstandan Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Omandan ictimai xadim Emiliya İbrahim, Türkiyənin İstanbul şəhərindən ictimai xadim Əhməd Rza, Moskva vilayəti Ruza rayonunda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri Sahib Musayev, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, kikboksinq üzrə dünya və Avropa çempionu Hafiz Baxşəliyev, Türkiyədən filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı Yurttaş, “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov, Sumqayıt Dövlət Universitetinin tələbəsi Əbülfəz Məmmədov də iştirak ediblər.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər