BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda 20 ildir ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 Azərbaycan xalqı 2003-cü ildə prezident seçimində yanılmamışdır. Həmin ilin oktyabrında xalqımız Azərbaycan Respublikasının Prezidenti seçilməyi üçün cənab İlham Əliyevə böyük etimad göstərmişdir. Azərbaycan xalqı seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməklə, eyni zamanda Heydər Əliyev siyasətinə səs vermişdir. Bu həm də sülhə, tərəqqiyə və sabitliyə verilən səs idi. Prezident İlham Əliyev 2003-cü ildə andiçmə mərasimindəki nitqində xalqın bu böyük etimadını doğruldacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, Azərbaycanı tərəqqiyə aparcağına vəd vermişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Artıq Azərbaycanda 20 ildir ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Bu gün Azərbaycan xalqı, ictimaiyyəti, eləcə də vətəndaş cəmiyyəti Prezident İlham Əliyev siyasətini tam dəstəkləyir. Cənab Prezidentin 20 il ərzindəki çoxvektorlu fəaliyyəti təqdir olunur. Məhz buna görədir ki, Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul etmişdir. Deputatlar bəyanatın qəbulunu ayaqüstə alqışlamaqla cənab Prezidentə olan rəğbətlərini bildirmiş olublar.

Həmçinin Azərbaycan QHT-ləri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yaymışdır. Bəyanatda qeyd olunmuşdur ki, Prezident İlham Əliyev Azərbaycan xalqını və cəmiyyətini arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atılıb: “Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nəaliyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.Biz, qalib ölkənin qalib vətəndaşları, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!

Azərbaycan vətəndaş cəmiyyəti bundan sonra da dövlətimizin milli maraqlarının keşiyində dayanacaq, bu yolda bütün imkanlarını səfərbər edəcək”.

Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsi Qarbağın işğaldan azad olumasıdır. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Vətənpərvər əsgər və zabitlərimizin torpaqlarımızı işğaldan azad etdiksə Ali Baş Komandan böyük qürur hissi ilə Azərbaycan xalqına bu xəbəri verirdi. Dünya qalib Azəbaycan Ordusunun və Ali Baş Komandanın dəyanətini gördü. Hətta Azərbaycanı sevməyən ölkələr belə, hərbi qüdrətimizi, mübarizliyimizi etiraf etmək məcburiyyətində qaldılar. Belə bir zamanda məğlub Ermənistan ordusunun səfil durumu Azərbaycanla heç cürə müqayisəyə gələ bilmirdi. Ümumiyyətlə, Ermənistan heç zaman Azərbaycanla heç bir sahədə müqayisə oluna bilməz. Siyasi, iqtisadi və hərbi dayağı olmayan Ermənistan tarixən özünə havadar axtarıb. Bu günsə Ermənistana sahib çıxan yoxdur.  Ermənistan Azərbaycanla mehriban qonşuluq münasibətləri qurarsa Cənubi Qafqazda sülh daha tez bərqərar olar.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər