BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”

Ümummilli Lider Heydər Əliyev

Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyevin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur. Ulu Öndərin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. 

Bütün sahələrdə olduğu kimi xarici siyasətdə də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısnda xidmətləri misilsizdir. Dahi şəxsiyyət xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xarici siyasət sahəsində ölkəmiz mühüm uğurlar əldə etmişdir. Beləki, Heydər Əliyev addım-addım, səlis diplomatik gedişlərlə xarici siyasətdəki bütün boşluqları doldurdu. Öncə yaxın çevrədə münasibətlər möhkəmləndirildi. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə üzv oldu, ölkə bu formatda zəruri iqtisadi əlaqələrlə yanaşı, işğalçı Ermənistana qarşı ən azı siyasi tribuna əldə etdi. Bununla yanaşı, Rusiya ilə münasibətlər sahmanlanmağa başlandı. Xatırladaq ki, 14 iyul 1995-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə təşkil edilən qəbulda söylədiyi nitqində Ümummilli Lider demişdi: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.” Ulu Öndərin bu sözləri Onun beynəlxalq masştablı siyasətçi olduğunun daha bir təzahürü idi. O, hər zaman, hansı şəraitdə olmaısndan asılı olmayaraq, Azərbaycanın milli maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tuutmuş, bu istiqamətdə fəalliyyət göstərmişdir. Elə həmin dövlət maraqlarından irəli gəlirdi ki, 1993-cü ilin dekabrında Heydər Əliyev Prezident postunda ilk xarici səfərini Parisə etmişdi. Erməni lobbisinin güclü olduğu, həmin dövrdə Avropada mühüm sözə malik Fransa tədricən Azərbaycanla yaxınlığın strateji dəyərini (o cümlədən neft layihələrində) gördü.

1994-cü ilin fevralında Türkiyəyə səfər edən Ulu Öndər iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu bəyan etdi: «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir». İstanbulda keçirilən türk sammitində Mərkəzi Asiya respublikaları ilə səmimi dostluq bağları quruldu. Yenə həmin il BMT TŞ-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikasına səfərlə xarici siyasətin daha bir mühüm vektoru təmin edildi. Ardınca Belçikada NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına imza atıldı və Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasının təməli qoyuldu. Cənub qonşumuzla qarşılıqlı etimada söykənən münasibətlərə yol açan Tehran səfəri gerçəkləşdi. Səudiyyə Ərəbistanına səfər ərəb dünyası ilə sıx əlaqələrə zəmin yaratdı, Mərakeşdə gerçəkləşən İKT sammitində müsəlman ölkələri Qarabağ məsələsində Azərbaycana tam dəstək verdi. Ümumilikdə bir ilin içərisində Azərbaycanın xarici siyasətində əsas dəngələr düzəldildi. Bu xüsusda 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”ni ayrıca qeyd etmək gərəkdir. Heydər Əliyevin böyük strateq kimi tarixi uzaqgörənliyinin nəticəsi olan bu anlaşma Azərbaycanın təkcə iqtisadi dirçəlişinin deyil, uzunmüddətli beynəlxalq münasibətlərinin, eləcə də bu gün qazandığı uğurların başlıca“yol xəritəsi”dir deyə bilərik. Azərbaycan bu müqaviləyə və digər neft-qaz layihələrinə ABŞ, Britaniya, Fransa başda olmaqla Qərb dövlətlərini, qonşu Rusiyanı, İranı, Türkiyəni, İslam dünyasında mühüm söz sahibi Səudiyyə Ərəbistanını, hətta uzaq Yaponiya və Çini cəlb etməklə enerji diplomatiyasını xarici siyasətdə əsas güc alətinə çevirdi. Çağdaş dünyada güc amili olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün dünyada iqtisadi və siyasi gücün vəhdətini yarada bilən dövlətlər söz sahibidir. Təsadüfi deyil ki, Azərbaycan da belə dövlətlərdən biridir. Bu gün Azərbaycan güclü dövlət kimi öz taleyini özü müəyyən edir, xalqının və dövlətinin haqqının, hüququnun pozulmasına imkan vermir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyib: “Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir, heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır.”  Təəssüf ki, dünyada baş verən çətin və mürəkkəb proseslərin fonunda dünyada beynəlxalq hüquqdan daha çox güc amili ön plandadır.Əminliklə deyə bilərik ki, Azərbaycan güclü dövlət kimi şərtləri diktə edən tərəfdir. Azərbaycan dövlətinin gücünün bünövrəsində, şübhəsiz ki, mövcud siyasi hakimiyyətin Heydər Əliyev ideyalarının işığında, Onun siyasi kursunu uğurla davam etdirməsi dayanır. Bu sayədə Ulu Öndərin vəsiyyətini reallağa çevirmək mümkün olub. Onun diplomatiya sahəsində təməlini qoyduğu layihələr, ideyalar bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə vurğulamalıyıq ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Müstəqil, bütöv və suveren Azərbaycan!

Millət vəkili Tamam Cəfərova

 

 

 

 

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər