BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

19 oktybar 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi – praktiki konfrans təşkil olunub. Konfrans “Bakı Politoloqlar Klubu”nun Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək güdən layihəsi çərçivəsində baş tutub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhəri təşkilatının dəstəyi və təşkilatçılığı ilə reallaşıb.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov , YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Musa Quliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Qərbi Azərbaycan İcmasının Gəncə təşkilatının rəhbəri Mübariz Yusifov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasəti ilə bağlı videoçarx nümayiş olunub.

Niyazi Bayramov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan məsələsini daim diqqətdə saxlayıb. Şəhər rəhbəri mövzunun aktuallığına toxunaraq bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. Niyazi Bayramov ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini də qeyd edib.

Zaur Məmmədov “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb. O, “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir : Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda geniş çıxış edib.

Konfransda çıxış edən natiqlər Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəalliyyətindən, Azərbaycan torpaqlarının qeyri – qanuni şəkildə ermənilərə verilməsindən, qayıdış prosesində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıblar. Bununla yanaşı, Qərbi Azərbaycanla bağlı xatirələrindən və azərbaycanlıların deportasiyası vaxtı erməni milliyyətçilərinin vandallıqlarından bəhs olunub.

Konfransda həmçinin, “Qərbi Azərbaycan : tarixi – siyasi aspektlər” adlı məqalələr toplusu tədbir iştirakçılarına təqdim edilib.

Sonda xatirə şəkli çəkdirlib.

  

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər