BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ali Baş Komandan: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”

 Uzun illər Qərb dairələri Qarabağ münaqişəsi ilə bağlı danışıqları sürətləndirmək görüntüsü yaratmağa çalışırdılar. Bu zaman geosiyasi maraqlarını da ortaya qoyurdular. Ancaq bütün bunların həqiqi mənada münaqişənin həllinə yardım edəcəyi barədə susurdular. Buna görə də Qarabağ münaqişəsinin həlli gecikirdi. Azərbaycan dövləti isə vasitəçilərin verdiyi quru vədlərə artıq inanmırdı. Bu baxımdan dövlət qurumlarının diplomatik hücum siyasətinə keçməsində Qarabağ məsələsi üstünlük təşkil edirdi. Bu, Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti idi. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olmuşdur. Azərbaycan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışarkən, Ermənistan öz təxribatlarını davam etirirdi. Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatlarını isə cavabsız qoymaq mümkün deyildi. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Ermənistan ordusunu susdurmaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatlarının keçirilməsi ilə Vətən müharibəsi başlamışdır. Azərbaycan Ordusu bu müharibədə qəhrəmancasında vuruşmuşdur. Elə müharbənin ilk günlərindən torpaqlarımızın işğaldan azad oluması ilə bağlı xəbərlər gəlirdi. Azərbaycan Ordusu xalqımıza 30 il idi ki, həsrətində olduğu milli qürur hissini yaşatdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Xalqın milli ruhu daha da gücləndi. Xalq-dövlət birliyinin sarsılmazlığı bu müharibədə özünü bir daha göstərdi. Dünya azərbaycanlıları Ali Baş Komandanın ətrafında birləşdi. Həmin zaman ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi. Bununla, xalqımızda çox böyük ruh yükəskliyi yarandı. Xalq Ali Baş Komadanın qətiyyətini, diplomatik cəsarətini bir daha gördü. Azərbaycanın beynəlxalq aləmdə yeni imici formalaşdı. Müharibə bitəndən sonra noyabrın 8-də cənab Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Artıq Azərbaycanın tarixində yeni səhifə başlayıb. Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı sosial paketlər həyata keçirilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Bütün bunlarla yanaşı, azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilməkdədir. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Bütün bu işlər işğaldan azad olunan rayonların təsdiq edilmiş Baş planlarına uyğun olaraq həyata keçirilir. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Bu ərazilərə yerli əhali mərhələ-mərhələ köçürülür. İnsanlar ata-baba yurdlarında öz həyatlarını yaşayırlar. Artıq qaçıqın və məcburi köçkünlük həyatına son verilib. Onlar dövlət tərəfindən müasir tipli yeni tikilmiş evlərdə yaşayaraq ənənəvi işlərini görür, fəaliyyət göstərirlər. Əlbəttə ki, ən önəmli məsələ bu insanların təhlükəsizliyinin təmin edilməsi idi. Qarabağda qeyri-qanuni silahlı erməni qüvvələrinin tərksilh olunması ilə bu təhlükədə də aradan qaldırıldı. Bunun üçün Azərbaycan Ordusu 19 sentyabr 2023-cü ildə  lokal xarakterli antiterror tədbirləri keçirməli oldu. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısı alındı.  Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarıldı. Artıq Qarabağda dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyi tam təmin olunub.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər