BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə ilk gündən çalışmışdır

 Regionda sabitliyin yaranması və humanitar problemlərin aradan qaldırılması Azərbaycan üçün hər zaman prioritetdir. Azərbaycan öz gücünə Qarabağda münaqişələrin tamamilə dayandırılmasına nail olub. Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verir. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, erməni nümayəndələri arasında sülh danışıqlarının aparılmasına böyük əhəmiyyət verir.

Azərbaycan Respublikası ilk gündən Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə çalışmışdır. Azərbaycan və Rusiya Prezidentləri bu sənədin praktiki aspektlərini görüşlərində, eləcə də telefon danışıqlarında dəfələrlə müzakirə etmişlər. Amma Ermənistanın baş naziri Nikol Paşinyan isə bu mövzuda heç zaman sənədə əsasən atdığı hər hansı addımdan danışa bilməyib. Daha doğrusu, Ermənistan hələ bu istiqamətdə heç bir addım atmayıb. Əksinə, Ermənistan tərəfi Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları davam etdirib, Laçın-Xankındi yolundan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadəsinə şərait yaradıb. Bu baxımdan Ermənistan  Üçtərəfli Bəyanat üzrə öhdəlikləri pozub.  Buna görə də Azərbaycan tərəfindən 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulub. Bu da ərazi bütövlüyümüzün təmin olunması baxımıdan Azərbaycanın siyasi və diplomatik uğurudur.

Bəyanat imzalandığı müddətdən bu yana Azərbaycan qaçqınların geri qaytarılması, işğaldan azad olunan ərazilərdə tarixi abidələrin bərpası işini sürətlə icra etməyə başlamışdır. Azərbaycan Üçtərəfli Bəyanata müvafiq olaraq işğaldan azad olunan rayonlarda xristian məbədləri və monastırları da bərpa edir. Həmin ibadətgahlar da qorunub saxlanılır və normal fəaliyyəti təmin edilir. Prezident İlham Əliyev Azərbaycanın bu ərazilərində yerləşən xristian məbədlərinin də dövlət tərəfindən lazımi qaydada mühafizə olunacağını bildirib. “Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər”, - deyə dövlətimizin başçısı əlavə edib.

Yüksək səviyyədə əldə edilmiş məlum Üçtərəfli razılaşmaların fonunda ilk növbədə, nəqliyyat əlaqələrinin açılması önəmlidir. Bəyanat yeni kommunikasiya layihələri üçün də zəmin yaradıb. Rəsmi İrəvan isə bu istiqamətdə də Üçtərəfli Bəyanatın müddəalarını icra etməkdən boyun qaçırır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.

2020-ci il 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bu üç il ərzində Azərbaycanla bərabər Rusiya da Üçtərəfli Bəyanatın müddəlarının icrası üçün səy götərir. Rusiya rəsmiləri çıxışlarında da Üçtərəfli Bəyanatın Qarabağda ardıcıl həyata keçirildiyini vurğulayırlar. Üçtərəfli Bəyanatın ən əsas önəmi odur ki, qan tökülməsinin qarşısı alındı. Eyni zamnda sabitləşmə prosesi üçün imkan yaradıldı.

Prezident İlham Əliyev 10 noyabr 2020-ci il tarixində xaqla müraciətində deyib ki, bu bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Qarabağ münaqişəsi artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Bir sıra Qərb dövlətləri, həmçinin erməni lobbisi Qarabağdakı erməni tör-töküntülərinə hansısa statusun verilməsi tələbi ilə Azərbaycana beynəlxalq təzyiqləri artmağa çalışırdılar. Azərbaycan isə bütün bu cəhdlərin önünə keçərək problemi kökündən həll etdi. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam bərpa etdi. Azərbaycan Qarabağdakı terrorist qüvvələri tamamilə bölgədən çıxardı. Onlar ağ bayraq qaldıraraq özləri təslim oldular və silahlarını təhvil verdilər. Azərbaycan bu asan olmayan müharibədə, eləcə də diplomatik cəbhədə də qalıb gələrək, ərazi bütövlüyünün həllinə nail oldu. Bu bir tarxi missiya idi. Azərbaycanın Ali Baş Komadanı üzərinə götürdüyü bu missiyanı şərəflə yerinə yetirdi.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər