BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, vətənpərvər şair, publisist, jurnalist, BDU-nun kafedra müdiri, S.Yesenin, H.B.Zərdabi və bir çox mükafatların laureatı, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Cəbhədən əsgər gəlir” poemasını təqdim etdi.

Poemada Qarabağı, işğal altında olan torpaqlarımızı azad edən, Ali Baş Komandana Zəfər sorağı verərək əzəmətlə dayanan, qalib, müzəffər, igid, qəhrəman, tarix yazan Azərbaycan əsgərinin obrazı tərənnüm olunur. Şair qürurla  vurğulayır ki,  igid Azərbaycan əsgəri Cəbrayılı, Suqovuşanı, Qubadlını, Ağdamı, Füzulini, Zəngilanı, Şuşanı, Laçını, Kəlbəcəri  və başqa torpaqlarımızı azad edərək  xalqımıza Qələbə sevincini yaşatdı.

 

CƏBHƏDƏN ƏSGƏR GƏLİR

Cəbhədən əsgər gəlir!..

Ərən gəlir, nər gəlir!..

Açılıb nur qolları,

Üzü gülür yolların,

Oğul gəlir, ər gəlir!..

Cəbhədən əsgər gəlir!..

 

Cəbhədən əsgər gəlir!..

Sevinc içində hamı,

Boylanır məhəbbətlə...

Verib əsgər salamı,

Dayanıb əzəmətlə...

Qayıdır ön cəbhədən

Müjdəylə, şücaətlə...

Ona güvənir Vətən,

Döyüşüb mətanətlə...

 

Görüb qanlı savaşı,

Öpüb torpağı, daşı,

Eldə ucadır başı,

Gəlir, xoş xəbər gəlir,

Cəbhədən əsgər gəlir!..

 

Cəbhədən əsgər gəlir!..

Göylərdə dalğalanan

Bayraqlar rəngbərəngdir...

Azərbaycan!.. 

Türkiyə!..

Sədası həmahəngdir...

Əsgər paltarı geyən

Hər uşaq bir çələngdir!..

Bu gün güllər, çiçəklər

Qəşəngdən də qəşəngdir!..

 

Qurub inam dağını,

Qırıb işğal bağını,

Yarıb yağı bağrını,

Qələbə, zəfər gəlir,

Cəbhədən əsgər gəlir!..

Cəbhədən əsgər gəlir!..

Xoş müjdələr alınca

Ürəklər dönür şama,

Zəfər zəfər dalınca 

Məlhəm olur yarama...

 

Soraq var Cəbrayıldan,

Qubadlı yetir kama,

Suqovuşan azaddır,

Ağ gün doğur Ağdama...

 

Füzuli qəlb yarımız,

Zəngilan zər varımız,

Şuşa Şah damarımız, 

Laçın, Kəlbəcər gəlir,

Cəbhədən əsgər gəlir!..

 

Sərkərdəmiz əyninə 

Geydi əsgər libası,

Bağlandı bir-birinə

Xalqla ordu təması.

Şükür, qalmadı yerdə

Şəhidlərin qisası!..

 

İgidlər ön səngərdə

Tutdu düşmənə yası...

Şəhidlər baş tacımız,

Yaralılar acımız,

Qazilər əlacımız,

Əmrə səfərbər gəlir!

Cəbhədən əsgər gəlir!..

 

Otuz illik qəm bitib,

Təbiət gəlib cana,

Həsrət çəkən dağların

Nisgili çatıb sona,

Gözündə sevinc yaşı 

Şadlanır ata, ana...

 

Doğmalar iftixarla 

Dayanırlar yan-yana...

Uca tutub bayrağı,

Yetib şöhrətə, şana,

Qanla alıb torpağı,

Tarix yazıb zamana!..

 

Qaytarıb Qarabağı 

Anam Azərbaycana,

Verib Zəfər sorağı 

Ali Baş Komandana,

Qalib, müzəffər gəlir!..

Cəbhədən əsgər gəlir!..

Cəbhədən əsgər gəlir!..

 

 

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər