BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

ABŞ yaxşı bilir ki, Azərbaycanla şantaj, diktə dili ilə danışmaq heç bir nəticə verməyəcək

"Son günlər ABŞ ölkəmizə qarşı açıq şəkildə qərəzli mövqe sərgiləməkdən çəkinmir. Hətta Konqres 907-ci əlavənin yenidən hüquqi qüvvəsinin təmin edilməsi qərarını verib. Bu, təcavüzkar Ermənistanın mövqelərinin dəstəklənməsi, eyni zamanda onu ölkəmizə qarşı revanşa həvəsləndirmək cəhdləri kimi qiymətləndirilməlidir". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, ABŞ ötən əsrin 90-cı illərinin əvvəllərində də Ermənistana tam dəstək verərək 907-ci əlavəni qəbul edərək onu Azərbaycan torpaqlarını işğala daha da həvəsləndirdi. 907-ci əlavə qəbul olunan zaman Ermənistan Azərbaycan torpaqlarını sistemli şəkildə işğal edirdi və xalqımıza qarşı soyqırımı həyata keçirirdi. Bütün bunların fonunda ABŞ-nin Ermənistana dəstək verməsi bütövlükdə region üçün çox ciddi təhlükə yaradırdı. Çünki Ermənistan müstəqil siyasət yürütmək imkanlarına malik deyil.
"Bu, nə üçün təhlükəlidir? Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var və bu iddialarından çəkilmək fikrində olmadığını nümayiş etdirir. Ermənistanın ABŞ-nin maraqlarına xidmət etməsi müqabilində isə bu ölkə heç bir ədalət prinsipini gözləmədən onu dəstəkləyir. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, torpaqlarımızı uzun illər işğal altında saxlayıb. Belə olan halda ABŞ-nin Ermənistana dəstək verməsi təbii ki, həm Azərbaycan, həm də bütövlükdə region üçün çox təhlükəlidir", - deyə E.Mirbəşiroğlu deyib.
Deputat vurğulayıb ki, Vaşinqton Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Bu, bütün region dövlətləri üçün təhlükəlidir. ABŞ Cənubi Qafqazda Azərbaycan kimi güclü, təsirli bir dövlətlə münasibətlərini qoruyub saxlamaqda maraqlı olmalıdır. Ermənistan hər mənada zəif dövlətdir. Amerika üçün Ermənistanın cəlbediciliyi ondan ibarətdir ki, orada tam Qərbyönümlü rejim yarada biliblər və bu rejim də Qərbdən gələn təlimatlar əsasında davranır. Bu baxımdan Amerikanın Cənubi Qafqaz regionu ilə bağlı yeganə ümid yeri Ermənistandır. 
Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü və milli maraqları çərçivəsində davrandığını qeyd edən deputat bildirib ki, ABŞ bir qayda olaraq belə halları qəbul etmir: "Yəni suveren davranan, müstəqil siyasət yürüdən ölkələr Ağ Ev üçün bir növ qəbuledilməzdir. Belə olan halda ABŞ qeyri-obyektiv yanaşma tətbiq edir. Birmənalı  şəkildə Ermənistanı dəstəkləyir, amma bu həm Amerikanın, həm də Avropanın maraqlarına zərbə vura bilər. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əlahiddə rol oynayan bir dövlətdir. Ayrıca olaraq Qafqaz regionunda həyata keçirilən logistika layihələrinin mərkəzində dayanmaqdadır ki, bu da Avropanın istehlak bazarlarının təchizatında çox mühüm rol oynayır". 
ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığını xatırladan deputat bildirib ki, ABŞ qarşısında tam müstəqil siyasət yürüdən Azərbaycan olduğunu, onunla şantaj, diktə dili ilə danışmağın heç bir nəticə verməyəcəyini dərk etdi.
Deputat hesab edir ki, E.Blinkenin Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri  qəbul etməsi ABŞ-nin yanlış davrandığının fərqində olduğunu göstərir. Amerika Azərbaycana təzyiq etməyə çalışsa da, bunun heç bir nəticə vermədiyini görərək ritorikasını dəyişmək məcburiyyətində qaldı.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər