BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində xalqımızın tarixi keçmişi ilə bağlı uzun müddət gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Ən əsası, vaxtilə bizim olanları, amma tarixin gedişi ilə əlimizdən alınanları özümüzə geri qaytarırıq. Tarixin və zamanın gedişatını öz xeyrinə dəyişən müstəqil Azərbaycan 2020-ci ildə 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytarmağı bacardı, bundan cəmi 3 il sonra isə suverenliyini tam bərpa etdi. İllərdir beynəlxalq tribunlarda müzakirə edilən münaqişəyə Azərbaycan öz gücü ilə son qoydu. Zəfəri ilə regionda yeni reallıq yaradan dövlətimizin qarşısında digər hədəflər vardır. Bu hədəflərdən biri də Qərbi Azərbaycan məsələsidir. Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi Prezident İlham Əliyev siyasətinin bir hissəsi və uğurlu addımıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Tarixə ekskursiya edən deputat 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasının qoyulduğunu diqqətə çatdırıb: “Bundan sonra torpaqlarımızın zəbtinə başlanıldı. Qısa bir müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.

Torpaqlarımızda gözü olanlar xalqımıza qarşı dəfələrlə soyqırımı törədiblər, insanlarımız işgəncələrə məruz qalaraq öz doğma ev-eşiklərindən didərgin düşüblər. SSRİ-nin süqutundan istifadə edən və illərdir hazırladıqları "Böyük Ermənistan" ideyasını həyata keçirməyə cəhd edən ermənilər qərbi azərbaycanlıların növbəti deportasiyasını 1988-ci ildə reallaşdırdılar. Beləliklə, XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmayıb. Həmçinin ermənilərin tarixi torpaqlarımızda törətdikləri vandalizm aktları nəticəsində tarixi, dini və mədəniyyət abidələrimiz məhv edilib”.

M.Abbaszadə deyib ki, tarixi faktlar Cənubi Qafqazda heç vaxt erməni dövlətinin mövcud olmadığını sübut edir: “Ermənilər xalq olaraq eramızdan əvvəl XII əsrdə Trakyadan Kiçik Asiyaya köçüb gəliblər. Köçürülən ermənilərin indiki erməni etnosu ilə əlaqələri olduqca ötəri olub. Hələ 1893-cü ildə Göyçə gölünün sahillərində Gölkənd yaxınlığında eramızdan əvvəl VIII əsrə aid yazılar tapılıb və bu yazılarda Urartu çarının İrəvan adlı yeri fəth etməsindən danışılır. Bu da sübut edir ki, həmin ərazidə qədim türklər yaşayıblar. Çar Rusiyasının işğalı dövründə hərbi topoqraflar tərəfindən tərtib edilmiş xəritələrdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir və bu, ermənilərin Cənubi Qafqazın yerli etnik qrupu - ən qədim yerli əhali olmadığını sübut edir. Cənubi Qafqazın ən qədim yerli əhalisi bu toponimlərin mənsub olduğu aborigenlər - azərbaycanlılardır.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşüb, onların qarşısında mühüm vəzifələr qoyub. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri müəyyənləşdirib. Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu və bunu sübut edən faktlar və xəritələr olduğunu vurğulayıb. Təsadüfi deyil ki, 1903-cü ilə aid olan coğrafi xəritədə əks olunan köhnə yer adları türk mənşəlidir”.

Deputat bildirib ki, dövlətimizin başçısının Azərbaycanın tarixi toponimiyası ilə bağlı verdiyi xüsusi tapşırıqlar əsasında mühüm işlər görülür, xəritələr, kitablar çap olunur: “Onlardan biri 2022-ci ildə çap olunan “Azərbaycan tarixi xəritələrdə” atlasıdır. Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlanması isə mühüm işlərdən biridir. Ermənistanın Qərbi Azərbaycanda törətdikləri vandalizm aktlarının, tarixi, dini və mədəniyyət abidələrinin dağıdılmasının dünya ictimaiyyətinə olduğu kimi təqdim edilməsi istiqamətində mühüm işlər görülür. Biz ədalətli mövqeyimizi bütün dünya ictimaiyyətinə çatdırmaqla Qərbi Azərbaycana qayıdışı təmin etməliyik. Qərbi Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistan dövlətinin ərazisində yaşayanlar bilməlidirlər ki, onlar bu torpaqların əsl sahibi deyillər”.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər