BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Hər bir ölkədə seçkilər xüsusilə də, prezident seçkiləri həmin ölkənin maraqlarını müəyyənləşdirən başlıca prosesdir. Sözsüz ki, ölkənin gələcəyi ilə bağlı öz üzərində məsuliyyət hissi daşıyan hər bir cəmiyyət üzvü bu proseslərdə öz fəallıqları ilə seçilməlidirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti yüksək siyasi mədəniyyətə sahibdir: “Cəmiyyətdə regionda beynəlxalq aləmdə cərəyan edən prosesləri çox aydın dərk edir və ona reaksiya nümayiş etdirə bilir. 2024-cü il 7 fevral tarixi Azərbaycan siyasi həyatında çox mühüm bir tarixdir. Müstəqilliyimizin tarixində ilk dəfə suverenliyimizin bütün ərazilərimiz boyunca təmin olunduğu şəraitdə prezident seçkiləri keçiriləcəkdir. Bu baxımdan, bu prezident seçkilərinin tarixi əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Lakin Azərbaycanda özünü müxalifət adlandıran bir qrup öz aləmlərində seçkiləri baykot etmək qərarına gəliblər. Bu təbii ki, bir sıra məqamlardan xəbər verir biricisi, bu mühüm prosesin əhəmiyyətinə kölgə salmağa cəhd kimi bunu adlandırmaq olar. Çünki ərazi bütövlüyümüzün təmin olunmasından sonra seçkilərə müxalifətin sərgilədiyi hazırkı reaksiya təbii ki, anlaşılan deyil və onların cəmiyyətin, dövlətin gələcəyi ilə bağlı proseslərdə maraqlı olmadığının göstəricisidir. Digər məqam ondan ibarətdir ki, görünür kənardan gələn təsirlər və təlimatlar əsasında keçiriləcək seçkilərlə bağlı şəffaf olmayan qərəzli müzakirələrin aparılması üçün də indidən əsas yaratmağa çalışırlar. Belə ki, seçkilərdən sonra müzakirə olunacaq müzakirələrin istiqamətini təxminən indidən müəyyənləşdirmək olar və əsas müzakirə də ondan ibarət olacaqdır ki, müxalifət bu seçkilərdə iştirak etmədi və bu da seçkilərlə bağlı fərqli mövqelər formalaşdırmağa imkan verə bilər. Çünki bu gün müxalifətin sərgilədiyi mövqe də məhz gələcəkdə bu müzakirələrə əsas yaratmaqdan ibarətdir. Onsuz da müxalifət çox aydın dərk edir ki, cənab İlham Əliyevə bu gün Azərbaycanda rəqib yoxdur, məhz cənab İlham Əliyevin iradəsi, strateji baxışları sayəsində və rəhbərliyi altında Azərbaycan şanlı ordusu torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan xalqı sözsüz ki, cənab İlham Əliyevin mandatının yenilənməsində yaxından iştirak etmək istəyir. Bununla da elə ölkə Prezidentinə seçkilər yolu ilə öz minnətdarlıqlarını, etimadını bir daha nümayiş etdirmək istəyirlər. Bunu bilən müxalifət təbii ki, özləri üçün ən rahat yolu seçkilərdə iştirakdan imtinanı görürlər”

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər