BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində kitabxananın Fəxri oxucusu, şair, qəzəlxan, yazıçı-publisist Gülarə Munisin 70 illik yubileyinə həsr olunmuş “Ulu Öndər ədəbiyyatımızın hamisidir” (Gülarə Munisin yaradıcılığı təmsilində) adlı yaradıcılıq gecəsi keçirdi.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəlinin qarşısına gül dəstələri qoydular, onun xatirəsini hörmət və ehtiramla yad etdilər.
Yaradıcılıq gecəsinin iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, AJB-nin üzvü Lətifə Məmmədova açaraq, 2023-cü ili yubileylər ili adlandırdı və qeyd etdi ki, 2023-cü ildə Heydər Əliyev – 100, Zərifə Əliyeva – 100, Ziya Bünyadov – 100, Zəhra Quliyeva – 100, Salam Qədirzadə – 100, Mircəlal Paşayev – 115, Mikayıl Müşfiq – 115, bir çox ədiblərimizin 90 illik yubileyi olmuşdur. O, daha sonra Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist Gülarə Munisin 70 illik yubileyi ilə əlaqədar ona Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və MKS-in Fəxri fərmanlarını təqdim etdi.
L.Məmmədova Ulu Öndər Heydər Əliyevin yazıçı və şairlərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açaraq, Ulu Öndərin yazıçı və şairlər haqqında söylədiyi bir çox fikirləri ilə mərasim iştirakçılarını tanış etdi. O qeyd etdi ki, Ümummilli Lider yazıçıları insan qəlbinin mühəndisi adlandırırdı. Ulu Öndərin: “Şair olmaq üçün şübhəsiz ki, fitri istedad lazımdır. Ancaq eyni zamanda, şair olmaq üçün vətənə, xalqa, torpağa bağlılıq lazımdır, sevgi-məhəbbət lazımdır və şair olmaq üçün sevgi lazımdır”, – sözləri şairlərimizin həyat kredosuna çevrilmişdir. Daha sonra L.Məmmədova Ulu Öndərin yazıçılar haqqında əbədiyaşar sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Bizim dilimizi, mədəniyyətimizi, milli dəyərlərimizi yaşadanlar həmişə bütün mərhələlərdə yazıçılar olublar”.
Mərkəzi Kitabxana tərəfindən hazırlanmış Şərqdə Azərbaycan türkcəsində ilk qadın iki “Divan” müəllifi olan Gülarə Munisin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.
“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl Gülarə Munisin yaradıcılığını yüksək qiymətləndirərək, rəhbərlik etdiyi fondun Dağıstanla birgə təsis etdiyi ordenlə onu təltif etdi.
Azərbaycan Dövlət Radiosunun diktoru Eldost Bayram Gülarə Munisi Cəfər Cabbarlının “Ana” şeirindəki ana obrazına bənzətdi və Gülarə Munisin ona illər öncə həsr etdiyi qəzəli səsləndirdi.
Yazıçı, publisist, “Yazıçı qadınlar” İB-nin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru Nüşabə Məmmədli şair, qəzəlxan Gülarə Munis yaradıcılığına nəzər saldı, onu qəzəl ustası adlandırdı və təbriklərini çatdırdı. “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbət qızı şairi yubiley münasibətilə təbrik etdi, ona qəzəl və söz ömrü arzuladı.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunuszadə Gülarə Munisin günümüzün sufiyanə mövzularına müraciət etdiyini, çağdaş ədəbiyyatımıza xüsusi rəng qatdığını vurğuladı.
Uşaq yazıçısı, şair, publisist Gülzar İbrahimova Gülarə Munisi ilk qadın qəzəlxan-şair kimi tanıdığını, yaradıcılığının çoxşahəli olduğunu bildirdi və yubileyi münasibətilə ona həsr etdiyi məqaləni təqdim etdi.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor, qəzəlxan, beş “Divan” kitabının müəllifi Şahin Fazil Gülarə Munisin iki “Divan”ı haqqında danışdı və onun qəzəlinə yazdığı təzmini oxudu.
Şair-publisist, “Azad qələm” jurnalının baş redaktoru Nəcibə İlkin Gülarə Munisin “Divan”ına yazdığı “XXI əsrin Heyranı” adlı məqalədən söhbət açdı və qeyd etdi ki, Gülarə Munisin nurlu söz dünyasında hər kəs özünü görə bilir. Daha sonra yubilyarın qəzəlindən parça səsləndirdi.
Şair, yazıçı Məhəbbət İbrahimova şair Gülarə Munisə yaradıcılıq uğurları arzuladı və öz kitablarını ona hədiyyə etdi.
Jurnalist Fəxrəddin Meydanlı çıxışında şairnin yazıları ilə şəxsiyyəti arasında harmoniyanın olduğunu söylədi, onun bir çox əsərlərinin uşaqlara həsr etdiyi haqqında məlumat verdi. “Sübhnur” Uşaq Tədris Mərkəzinin direktoru, AMEA-nın Fiziologiya İnstitutunun əməkdaşı Gülnarə Hüseynova yazıçıya yaradıcı uğurları arzulayaraq, onu yubileyi münasibətilə təbrik etdi. Texnika üzrə fəlsəfə doktoru, yazıçı-publisist, mərhum professor Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov Gülarə Munisin nəsr əsərlərini təhlil etdi və qeyd etdi ki, G.Munis yaradıcılığında vətənə, şəhidlərə bir çox əsərlər həsr etmişdir. Azərbaycan Dövlət Radiosunun əməkdaşı Ötərxan Eltac çıxışında yubilyarın yaradıcılığına nəzər saldı və onu təbrik etdi.
Sonda Gülarə Munis tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərə həsr etdiyi əsərlərdən söhbət açdı və tədbirin təşkilinə görə Yasamal rayon MKS-nin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbir iştirakçılarına Gülarə Munisin yaradıcılığı haqqında tanınmış şair və yazıçıların fikirlərini əks etdirən videoçarx nümayiş olundu.
Tədbirin bədii hissəsində xanəndə-qəzəlxan Səlim Nəsirli “Nə biləydim”, müğənni İslam Ələsgərli “Can Azərbaycan” mahnılarını ifa etdilər.
Uşaq yazıçısı, şair, publisist Gülzar İbrahimova Gülarə Munisin 70 illik yubileyinə ərmağan etdiyi yazını yubiley gecəsində ona təqdim etdi.

Məqalə aşağıdakı keçiddə yerləşdirilib:
//drive.google.com/file/d/19lBD4_KDdF2I7ZtsnKicIL-xUnN6hslo/view
Tədbirdə elm adamları, yazıçı və şairlər, media nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələri və oxucular iştirak etdilər.

   

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər