BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə həyata keçirilən “Diplomatik Masa” simulyasiya layihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Milli Məclisin deputatı Jalə Əhmədova, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, universitetin akademik və inzibati heyət üzvləri, layihənin iştirakçıları, ekspertləri və valideynlər iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, iştirakçılar Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Tədbiri Siyasi və ictimai elmlər kafedrasının müəllimi və simulyasiyaların moderatoru Rafiq İbrahimov açaraq “Diplomatik Masa” layihəsi haqqında məlumat verib. Rafiq İbrahimov qeyd edib ki, layihə tələbələrin debat, faktlardan istifadə, arqument irəli sürmə və qarşı tərəfi təkzib etmə bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski çıxışında simulyasiya xarakterli dərs və tədbirlərin tədris prosesindəki əhəmiyyətini vurğulayıb, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya təşəkkür edib. Kafedra müdiri bildirib ki, günümüzdə tələbələrə ənənəvi və nəzəri biliklərlə yanaşı yeni və təcrübi vərdişlərin aşılanması böyük əhəmiyyət kəsb edir. “Diplomatik Masa” iştirakçılarının əksəriyəti I kurs tələbələri arasından seçilib və müzakirə mövzularının aktuallığına xüsusi diqqət yetirilib. Elvin Talışinski qeyd edib ki, növbəti semestrdə “Diplomatik Masa” Simulyasiya Çempionatı keçiriləcək.

Milli Məclisin deputatı Jalə Əhmədova çıxışında layihənin aktuallığı ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, simulyasiya müzakirələrinin əhəmiyyətli bir boşluğu doldurduğunu vurğulayıb. Milli Məclisin deputatı, professor Hikmət Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diplomatik məharətinə toxunaraq müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə diplomatik bilik və bacarıqların aşılanmasının əhəmiyyətindən bəhs edib. Millət vəkilləri çıxışlarında Azərbaycanın diplomatiya sahəsindəki uğurlarının bundan sonra da dayanıqlı olacağını əminliklə qeyd ediblər.

Hesabat tədbirində rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, layihə iştirakçıları Rəhim Bayramov (Politologiya, II kurs) və Bəsti Ağalıyeva (Dövlət və ictimai münasibətlər, I kurs), valideyn və Azərbaycan Universitetinin məzunu Mehman İsmayılov (Hüquqşünaslıq, 2005), layihənin ekspertləri Kamran Behbudov və Rauf Səmədov da çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşüblər.

Tədbirdə simulyasiya layihəsində iştirak edən tələbələr və müzakirə olunan mövzular haqqında videoçarx nümayiş olunub, iştirakçılara sertifikat və döş nişanları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2023/2024-cü tədris ilinin payız semestrində start verilən layihədə Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-Fransa münasibətləri, Türkiyə-İsrail münasibətləri, Rusiya-Ukrayna münasibətləri və Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub. Simulyasiyalarda “Beynəlxalq münasibətlər”, “Politologiya”, “Dövlət və ictimai münasibətlər”, “Tarix” ixtisaslarında təhsil olan 48 tələbə (8 komanda və hər komandada 6 nəfər olmaqla) iştirak edib.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər